“Konkret ad çəksin, onsuz da seçkidən sonra deyəcəklər “səhv etmişik”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun dünənki qalmaqallı bəyanatına münasibət bildirib.
S.Novruzov deputat “Milyarderlər İttifaqı" kimi tanın Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) rəhbərliyində təmsil olunan A.Abbasovun “Azərbaycanda onlara qarşı çirkin kampaniya aparılır”-deyə Bakıya ünvanladığı sərt mesajlara adekvat cavab verib.
S.Novruzovun sözlərinə görə, A.Abbasov kimə sözü varsa, konkret ad çəkməlidir. YAP rəsmisi həmçinin A.Abbasova xəbərdarlıq edib. Bildirib ki, onlar oktyabrın 16-da keçiriləcək prezident seçkilərindən sonra özlərini bağışlatmaq üçün vasitəçilər axtaracaqlar:
“Mən burada rezonanslı heç nə görmürəm. Burada elə bir çıxış da yoxdur. Bu yaxınlarda Azərbaycan Rusiya prezidentlərinin təşkilatçılığı ilə Azərbaycan və Rusiyada humanitar fomumlar keçirilib. İstər Prezident Administrasiyasından olsun, istər rayon icra hakimiyyətinin başçıları, o cümlədən deputatıar bu forumda iştirak elədilər. Qarşılıqlı səfərlər həddindən artıq çoxdur.
Tədbir bir neçə gün bundan qabaq ayın 5-6-da Volqoqradda keçirildi. Səfərlər tez-tez təşkil olunur. Dünən mən özüm də Rusiyanın Respublika günü ilə əlaqədar keçirilən tədbirdə.iştirak edirdim. Rusiya prezidenti Nərimanov rayon İcra Hakimiyyətinin başçısını “Dostluq” ordeni ilə təltif edib. Bunlar hamısı Rusiya ilə münasibətərin göstəricisidir
Kim nə deyirsə, özü üçün deyir. Rusiya ilə Azərbaycan arasında münasibətlər normal səviyyədədir. Dövlətlərimiz arasında heç bir problem yoxdur. Burada Abbas Abbasov kimə işarə edir, hansı müxalifət partiyasına işarə edir, özü bilər. Konkret olaraq ad çəkilmir. O bu fikri müxtəlif eyhamlarla ortalığa atır. Ola bilər hansısa dairələrə bu sərf eləmir. Onları da qızışdırıb ortaya salan adamlar var. Ordan-burdan bəyanatlar verirlər. Bu adamların da bəyanatları oktyabrın 16-a kimi olacaq. Bundan sonra başlayacaqlar üzrxahlıq eləməyə ki, “səhv eləmişik, günahlarımı bağışlayın”.
Bizim hakimiyyət tərəfindən onlara qarşı kampaniya aparılmır. Bizim belə bir fikrimiz də yoxdur. Abbas müəllim kimi nəzərdə tutursa, qoy konkret adını çəksin”-deyə deputat S.Novruzov A.Abbasova cavab verib.
Qeyd edək ki, baş nazirin sabiq birinci müavini, “Azerros” un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son bir neçə ayda gedən prosesləri sərt tənqd edən bəyanatla çıxış edib. A.Abbbasovun sözlərinə görə, Azərbaycanda onlara qarşı “yalan kampaniyası" aparılır.
“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politolq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzaqda yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Azərbaycandan müxtəlif səbəblərdən gedən və Rusiyada məskunlaşan soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin! Bu qarşıdurma kimə lazımdır? Başa düşürsünüzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir? –deyə bəyanatda qeyd edən A.Abbasov dünən Moskvadan Bakıya ciddi mesajlar yollayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?