02 oktyabr 2017-ci ildə, KXCP İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.
gundemxeber.az xəbər verir ki, yığıncaqda, qərarların icra vəziyyəti, ictimai siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Yığıncaq iştirakçıları dünya şöhrətli alim Lüfi Zadənin xatirəsini sayğı ilə yad etmişlər. Vəsiyyətinə uyğun olaraq Lüfi Zadənin Bakıda dəfn edilməsi Azərbaycan xalqının ləyaqətli övladına vəfa borcu kimi qiymətləndirilmişdir.
KXCP İdarə Heyət hakimiyyətin sentyabr ayında keçirilən mitinqə razılıq verməsinə baxmayaraq vətəndaşlara qarşı mitinq qabağı başladığı basqıları bu gündə davam etdirmsindn narahatlığını bildirmişdir. Qaradağ rayon polisi əmkdaşları KXCP üvzləri Şahin Musayev, Cəmaləddin Ağayev və Mahmud Hüseynovu zor tətbiq etməklə evlərindən götürərək polis idarəsin aparmışlar. KXCP hakimiyyət orqanlarından mitinqlə bağlı həbs etdiyi bütün vətəndaşları azad etməyi, vətəndaş hüquqlarını qorumağı, qanunlara və insan haqlarına sayğı ilə yanaşmağı tələb edir.
KXCP hakimiyyətdən vətəndaşına qarşı zor tətbiq etməkdənsə Kataloniyada İspaniya dövlətinin konstitutsiyasını qoruyan İspaniya hökümətindən nümuunə götürərək işğal altındakı torpaqlarımzı azad etməyə çağırır.
İdarə Heyyəti KXCP Ali Məclisinin növbət sessiyasının 15 oktyabr 2017-ci il taruxində, saat 11.00-da çağrılması ilə bağlı qərar qəbul etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?