GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Milli Şurada İsa Qəmbər qələbəsi: vahid namizəd razılaşdırıldı

Milli Şurada İsa Qəmbər qələbəsi: vahid namizəd razılaşdırıldı

Tarix: 17-06-2013, 11:55 Bölmə :Siyasət Baxış: 871
Milli Şurada İsa Qəmbər qələbəsi: vahid namizəd razılaşdırıldı

İyunun sonunadək Müsavat başqanının namizədliyi elan olunacaq

Milli Şurada vahid namizəd müzakirəsi yekunlaşmaq üzrədir.

Daxil olan məlumata görə, artıq MŞ-in vahid namizədi artıq demək olar ki, müəyyənləşib. Bu şəxs hər kəsin gözlədiyi kimi Rüstəm İbrahimbəyov yox, Müsavat başqanı İsa Qəmbərdir.

Qeyd edək ki, MŞ-in sədri Rüstəm İbrahimbəyov son müsahibəsində bildirib ki, iyunun 18 və 28-də qurumun növbəti toplantıları keçiriləcək və hər iki toplantıda vahid namizəd məsələsi müzakirəyə çıxarılacaq. Böyük ehtimalla da bu ayın sonunda Milli Şuranın vahid namizədinin kimliyi elan olunacaq.

Onu da bildirək ki, İctimai Palatanın son sessiyasında müxalifətin vahid namizədi ilə bağlı məsələdə bir çox kartlar açıldı. Müxalifətin əsas güc mərkəzləri olan AXCP və Müsavat partiyalarının rəhbərlərinin açıqlamaları vahid namizədi məsələsinin böyük ölçüdə razılaşdırıldığını göstərdi.

Bildirək ki, İP-in son toplantısında AXCP sədri Əli Kərimli vahid namizəd kimi İsa Qəmbəri dəstəkləyə biləcəyini açıqlayıb. İsa Qəmbərlə şəxsi münasibətinin çox yaxşı olduğunu deyən AXCP sədri bildirib ki, əgər İ.Qəmbər keçid dövründə iki illiyə prezident olmaq istəsə, buna razılıq verə bilər: “İsa bəy keçid dövrü üçün namizəd şəxsə olan tələbləri özü üçün məqbul bilsə və digər Milli Şura təmsilçilərinin razılığını ala bilsə, hesab edin ki, mənim də İsa bəyə razılığım var”.

Kərimlinin sözlərinə görə, vahid namizəd elə bir kompromis fiqurun ətrafında ola bilər ki, onun siyasi iddiaları və uzun müddətli hakimiyyət qurmaq planları olmasın.

Elə bu açıqlamadan bəlli olan ştrixlər vahid namizəd məsələsinin həll edildiyini göstərir. Mənbə bildirir ki, əslində R.İbrahimbəyov özü də vahid namizədlik üçün Müsavat başqanının adını çəkməyi planlayır. Burada narahatlıq doğuran əsas məqam isə MŞ-dəki İsa Qəmbər əleyhdarı olan qüvvələrin də Müsavat başqanını dəstəkləməyə razı salmaqdır.

Əslində, AXCP sədrinin də İ.Qəmbərin yox, R.İbrahimbəyovun namizədliyini dəstəkləməsinin səbəbi məhz bu məqamdır. Ə.Kərimli bu barədə İP-in son sessiyasında deyir: “Mən İsa bəyə o dəstəyi ona görə vermərəm ki, Milli Şura bölünsün iki yerə - bizimkilər və digərləri. Sonra oradan da “El” hərəkatı, ACP, ALP və başqaları da bir namizəd çıxarsın və biz Milli Şuranı bölək. Kiminsə belə arzusu varsa, mən belə projedə iştirak etmərəm”.

Ə.Kərimlinin Müsavat başqanına mesajları çox netdir: MŞ daxilində ümumi razılıq əldə et, səni dəstəkləyim.

Mənbə bildirir ki, bu razılıq böyük ölçüdə əldə edilib. Belə ki, məlumata görə, əslində R.İbrahimbəyovun özünün alternativ namizədi də məhz İsa Qəmbərdir.

Vahid namizədin müəyyənləşdirilməsi üçün əsas fiqurlar olan Ə.Kərimli və R.İbrahimbəyovun Müsavat başqanına dəstək verməsinin səbəbi isə sonuncunun İP-in axırıncı sessiyasındakı açıqlamasında görünür: “Milli Şuranın 2 illik dövr ərzində seçəcəyi namizədin ölkədə köklü islahatlar aparacaq. Həmin dövr ərzində prezident respublikasından parlament respublikasına keçiləcək. 2 il sonra isə parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq” – İ.Qəmbər deyir.

Açıqlamadan görünür ki, AXCP sədrinin “vahid namizəd elə bir kompromis fiqurun ətrafında ola bilər ki, onun siyasi iddiaları və uzun müddətli hakimiyyət qurmaq planları olmasın” şərti Müsavat başqanı tərəfindən qəbul edilib. Mənbənin sözlərinə görə, artıq Kərimli, İbrahimbəyov və Qəmbər arasında sonuncunun 2015-ci ildə siyasi iddialarından əl çəkəcəyi və prezidentliyə namizəd olmayacağı ilə bağlı centlmen razılaşması da əldə edilib. Bütün bu şərtlər isə MŞ daxilində qəbul ediləcək rəsmi sənədlərdə öz təsdiqini tapacaq. Bu barədə isə Müsavat başqanı özü açıqlamasında demişdi. O, vahid namizəd olacaq şəxsin qəbul edəcəyi şərtlərin öncədən imzalanacaq razılaşdırma sənədi ilə müəyyənləşdirilməsinin vacibliyini bildirmişdi.

Mənbə bildirir ki, İ.Qəmbər həmçinin, prezident seçiləcəyi halda səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı da razılığa gəlib və bir sıra güzəştlərə getməyi qəbul edib. Məhz bu məqam da onun namizədliyinin Ə.Kərimli və R.İbrahimbəyov tərəfindən dəstəkləməsi variantını gücləndirib.

Adı çəkilən fiqurların, həmçinin, MŞ-dəki digər qüvvələrin İ.Qəmbəri dəstəkləməyə razılıq verməsinin digər bir sıra səbəbləri var. Belə ki, siyasilər hakimiyyətin R.İbrahimbəyovun vurulması və namizədliyinin qeydə alınmamağı ilə bağlı xeyli kartlarının olduğunu nəzərə alaraq, onun namizədliyi üzərində israr etməkdən vaz keçiblər. Mənbə deyir ki, MŞ sədrinin ikili vətəndaşlığının olduğu iddiası, həmçinin, onun Azərbaycanda davamlı yaşamamağı ilə bağlı məqamlar hakimiyyətin yekunda R.İbrahimbəyovun namizədliyini qeydiyyata almaqdan imtina etməsinə yol aça bilər. Bu isə müxalifətin 2013-cü il seçkilərində fiaskoya uğramasına və öz sonuna imza atmasına səbəb olar. Bu baxımdan da, MŞ-dəki qüvvələr İbrahimbəyovun vahid namizəd olması barədə qərarlarında israrlı deyillər.

Qaynağın sözlərinə görə, başqa AXCP sədri olmaqla, MŞ-dəki bütün siyasilər yaxşı bilir ki, hakimiyyətin Müsavat başqanı ilə bağlı bütün kartları ortadadır və onun hər hansı yeni ittihamlarla küncə sıxışdıra bilməz. R.İbrahimbəyovla bağlı bu məqam isə tamamilə qaranlıqdır və iqtidarın tanınmış dramaturqu hansı ittihamlarla vura biləcəyi heç bir şəkildə bilinmir.

Mənbə bildirir ki, MŞ-də İsa Qəmbərin vahid namizədliyinin dəstəkləməyə istəkli görünməyən “El”, ALP, ACP kimi İsa Qəmbər düşməni olan siyasi qüvvələri yola gətirmək isə R.İbrahimbəyova tapşırılıb. Belə ki, vahid namizəd kimi İbrahimbəyovu dəstəkləyən adı çəkilən qüvvələri İ.Qəmbərin vahid namizədliyinə inandırmaq məhz tanınmış dramaturqun öhdəsinə buraxılıb.

MŞ-in vahid namizəd olaraq İ.Qəmbərə “stavka” etməsinin digər bir səbəbi isə maliyyə məsələləri ilə bağlıdır. Bildirilir ki, hazırda MŞ-də olan ən pullu fiqur kimi görünən R.İbrahimbəyovun quruma maliyyə yardımını ölkədən kənarda etməsi daha optimal variant kimi görünür. Liderlər razılaşdırıb ki, İbrahimbəyov ölkədən kənarda qalaraq, MŞ-ə beynəlxalq siyasi dəstək və maliyyə yardımı məsələlərinin həlli ilə məşğul olur, İ.Qəmbər isə ölkə daxilində siyasi dəstək qazanmaq və xalqın siyasi passivliyini aradan qaldırmaq üçün fəaliyyət göstərir.

Məlumatda bildirilir ki, MŞ-in vahid namizədinin açıqlamasının ləngidiyini dərk edən siyasilər bu məsələnin bu ayın sonuna qədər həll edilib, elan olunmasını qərarlaşdırıblar. İyunun sonuna qədər İ.Qəmbərin vahid namizəd elan olunmasının ardınca isə müxalifət siyasi aktivliyi artırmağa və kütləvi mitinqlər keçirməyə başlayacaq. R.İbrahimbəyovun ölkəyə gəlişi isə yayın sonuna qədər ertələnəcək. Seçki təbliğatının rəsmi qaydada başlayacağı müddətə qədər isə R.İbrahimbəyovun ölkədən kənarda beynəlxalq birlikdən MŞ-ə dəstək toplamağa çalışacağı bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə olunacaq”- AÇIQLAMA

    “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə ...

    6-06-2013, 12:31

  • 
  • "Sabah daha bir vahid namizəd müəyyən olunacaq"

    "Sabah daha bir vahid namizəd müəyyən ...

    18-08-2013, 18:24

  • 
  • “Vahid namizəd olmağa razılıq vermişəm”

    “Vahid namizəd olmağa razılıq vermişəm” ...

    28-06-2013, 19:22

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu