GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əli Kərimli İsa Qəmbərə "hə" deyəcək

Əli Kərimli İsa Qəmbərə "hə" deyəcək

Tarix: 18-08-2013, 19:08 Bölmə :Siyasət Baxış: 610
Əli Kərimli İsa Qəmbərə "hə" deyəcək

"İbrahimbəyov öz namizədliyi ilə bağlı problem yaranacağı halda İsa Qəmbəri dəstəkləyəcəyini ilk gündən deyib"
Milli Şuranın vahid namizədi ilə bağlı yaranmış müəmmalı vəziyyətə qurumun 19 avqust sessiyasında son qoyulacağı, həmin gün ya yeni vahid namizədin müəyyənləşdiriləcəyi, ya da müxalifətin çoxsaylı namizədlərlə seçkiyə qatılacağı gözlənilir. Belə bir situasiyada görünən budur ki, kinorejissor Rüstəm İbrahimbəyovun vahid namizəd kimi proseslərə rəhbərlik etməsi və demokratik düşərgənin əsas kəsimini seçkilərə daşıması real görünmür.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin aylardır anonsunu verdiyi təhlükə - müxalifətin alternativ planlar hazırlamayacağı təqdirdə seçkilərdən kənarda qalacağı ilə bağlı deyilənlərin real olduğunu qəbul edən ayrı-ayrı partiya və şəxslər də, nəhayət, bu barədə danışmağa başlayıblar. Digər tərəfdən Mehman Əliyev xaric digər intellektual namizədlər seçkilərdə iddialı olmadıqlarını bəyan ediblər. M.Əliyev özü isə məsuliyyətin altına girməyə hazır olduğunu deməklə yanaşı, gözlənilən sessiyada sürprizlərin olacağını da istisna etmir. Bu mənada gözləntilər var ki, yenə də siyasi partiya liderlərindən birinə “stavka” olunsun. Düzdür, AXCP sədri Əli Kərimli “Obyektiv.tv”yə müsahibəsində İsa Qəmbərin namizədliyini dəstəkləyə biləcəyinin anonsunu verib: “İsa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyini alsın”.

Ə.Kərimli İ.Qəmbərin Rəsul Quliyev və Lalə Şövkətin də razılığını almasını zəruri sayıb və qeyd edib ki, o, gərək 2 illik prezident olmaqla bağlı şərtlə də razılaşsın: “Burada konsepsiya bundan ibarətdir. Mənim dəstəyimə gəlincə, kompromisin əldə olunmasını istəyiriksə, biz bu saat başqa istəklərimizin üzərində israr etməli deyilik. Bəlkə də kimsə kimdənsə bir qədər artıq imkanlara malikdir, yaxud əksinə. Bu saat onun üzərində diskussiya açmaq lazım deyil. Biz seçki kampaniyasına Milli Şura ideyası ilə getməliyik. Milli Şuradakı əsas siyasi partiyalar var ki, onların razılaşacağı istənilən ziyalı və siyasətçiyə razılıq verməyə hazıram. Təki vahid namizədlə seçkiyə gedək”. Düzdür, Ə.Kərimli seçkiyə qatıla biləcəyinin də mesajını verib: “Mən öz partiyamızın adından deyə bilərəm ki, biz bu kampaniyaya çox ciddi hazırıq. Təkbaşına 5-7 günə bütün 45 min imzanı toplamağa hazırıq. Bütün dairələrdə seçki qərargahları yaratmışıq. 10 mindən artıq könüllü səfərbər olunub, bunların hamısı rayon təşkilatlarımızda qeydiyyatdan keçib, 60-a qədər rayonda da təşəbbüs qruplarının yaradılması planlaşdırılıb. Adamların siyahısı da tutulub, sənədləri də toplanıb, təşəbbüskarlar da müəyyən olunub”. Sonuncu fikirlərdən belə qənaətə gəlmək olar ki, AXCP sədri də seçkilərə iddialıdır. Ancaq partiyanın mövqeyi bunu istisna edir.

AXCP sədrinin ortaya qoyduğu şərtlərə gəldikdə, artıq Müsavatın mövqeyi bəllidir. Partiya başqanının müavini Gülağa Aslanlı deyib ki, “Əli Kərimlinin belə bir mövqedən çıxış etməsi o anlama gəlməyə əsas yaradır ki, mən səni dəstəkləyə bilərəm, sən də məni dəstəkləməlisən”.

İki gün əvvəl yazdığımız kimi, təklif var ki, Rüstəm bəy heç Rusiya vətəndaşlığından imtinasını sona çatdırmasın. Ona da əminik ki, İbrahimbəyov Bakıya gəlsə, həbs edilməyəcək, düşərgənin birliyini qoruyacaq, Azərbaycana gəl-gedinə problem yaranmayacaq. Əminik ki, o, 19 avqustda İsa Qəmbərin vahid namizəd kimi dəstəklənməsinə çağırış etsə, Əli Kərimli, yaxud Lalə Şövkət bu təklifə qarşı çıxmayacaq. Niyə məhz İsa Qəmbər sualına gəlincə, qərəzdən uzaq olan hər kəs etiraf edir ki, İsa Qəmbər müxalifətdə birinci olmağa layiq siyasətçi olduğunu bu il bir daha sübut etdi. Üstəlik, R.İbrahimbəyov öz namizədliyi ilə bağlı problem yaranacağı halda İsa Qəmbəri dəstəkləyəcəyini ilk gündən deyib. AXCP sədri Müsavat başqanının vahid namizəd olması üçün digərlərinin razılığını da vacib sayır. Ancaq hər kəs qəbul edir ki, əsas razılıq müttəfiq AXCP rəhbərliyindən gəlməlidir. Müxalifətin iki aparıcı qüvvəsinin bir-birinə dəstək verdiyi halda nə Rəsul Quliyev, nə də Lalə Şövkətin əks mövqe sərgiləməsi vəziyyəti dəyişməyəcək. Əsas Əli Kərimlinin dəstəyidir, hökm deyil ki, başqaları da dəstəkləsin. Onsuz da Müsavat başqanı seçkilərə qatılacaq, AXCP liderindən fərqli olaraq. Belə olan təqdirdə İsa Qəmbərə dəstək verməməyin anlamı qalmır. Hər halda razılaşma üçün fürsət tam itirilməyib, həm birliyi qorumaq, həm də böyük qüvvə olaraq seçkilərə qatılmaq olar./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd Əmin Rəsulzadənin nəvəsindən İsa Qəmbərə dəstək

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsindən İsa Qəmbərə ...

    19-07-2013, 14:37

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • “Mənim vahid namizədliyə iddiam yoxdur”

    “Mənim vahid namizədliyə iddiam yoxdur” ...

    12-07-2013, 23:25

  • 
  • İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən partiyalar toplantı keçirib

    İsa Qəmbərin prezidentliyə namizədliyini ...

    5-07-2013, 17:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu