“Siz iddia edirsiniz ki, guya yeganə arzu və istəyiniz – azad, dürüst, şəffaf seçkilərdir. Çox gözəl. Elə isə, ay əzizim, iki gözüm, gəlin də. Bu zavallı Vətən axı yolunuzu nə qədər gözləyəcək? Rusiya vətəndaşlığı ilə məsələni həll edin və gəlin”.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyev yazıçı, kino xadimi, Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyova xitabən belə yazıb.
“Media forum” saytı bildirir ki, deputatın “Hərdəmxəyalın seçki sərgüzəştləri” adı verdiyi açıq məktubu rəsmi dövlət agentliyi – AzərTAc yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?