GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər – sabiq rəislərin konfliktinin yeni detalları

Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər – sabiq rəislərin konfliktinin yeni detalları

Tarix: 29-04-2020, 17:05 Bölmə :Siyasət Baxış: 689
 Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər – sabiq rəislərin konfliktinin yeni detalları


Boğaza qədər korrupsiyaya bulaşan, indi isə 3640 manat pensiya alan Tağı Əhmədovu bu günə qədər “qoruyan əl” hər kəsə maraqlıdır. Bu fikriləri oxuyanlar üçün həmin əlin Tağı Əhmədovu nədən və kimlərdən qoruması da maraqlıdır. Bunların hər biri haqda ətraflı məlumat verəcəyik.

Tağı Əhmədovun adı uzun illər ictimaiyyətə Bakı Metropoliten İdarəsinin rəisi kimi məlum olub. Son 5 ildə isə “MTN qurbanı” kimi mətbuatın gündəmindədir. Tağı Əhmədov nə az, nə çox, cəmi 3 milyon manatını “MTN çetesi”nə verdiyini deyib. Öz dili ilə desək, illər boyu aldığı əmək haqqı ilə yığdığı 3 milyon manatı…

Qısa olaraq “Tağı Əhmədov və MTN işi” olayını xatırlayaq. Tağı Əhmədov Bakı Metropolitenin rəisi vəzifəsindən çıxarılandan sonra ölkə gündəmi xeyli qarışmışdı. Hətta Tağı Əhmədova görə paytaxtın bir neçə nöqtəsində günlərlə aksiyalar keçirilirdi. Səbəb isə metro keçidlərindəki mağazaların bağlanması, mağaza sahiblərinin təmir və icarə haqqı üçün ödədiklərini geri ala bilməməsi idi. Bundan sonra hələ MTN-ə rəhbərlik edən Eldar Mahmudovun göstərişi ilə Tağı Əhmədovun fəaliyyəti təftiş edilib. Tağı Əhmədovun oğlunun metro keçidlərindəki mağazalardan yığdığı pullar, Tağı Əhmədovun mülkləri, banklarda olan nağd pulları bir-bir MTN-nin dosyelərində yer alıb.

Amma o zaman MTN-də “ovçuluqla” məşğul olan Eldar Mahmudov generalı Akif Çovdarov vasitəsi ilə bu fürsəti əldən verməyərək Tağı Əhmədovu da öz qurbanına çevirib. Tağı Əhmədovun dediyinə görə, onu oğlunun başına torba keçirməklə hədələyib 3 milyon manatını alıblar.

Akif Çovdarov həbs ediləndə də əsas zərərçəkmişlərdən biri kimi Tağı Əhmədov tanınmışdı. Tağı Əhmədov ilk ifadəsində olduqca özgüvənli, iddialı danışaraq 3 milyonu tələb etsə də sonradan fikrini dəyişmişdi və ya fikrini dəyişmişdilər…

Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyir ki, mətbuata qapalı keçirilən məhkəmə prosesində Tağı Əhmədov 3 milyonu necə və hansı şərtlə verdiyini izah edə bilməyib. Əksinə, Tağı Əhmədov həmin ifadəsi ilə özünü daha çıxılmaz vəziyyətə salıb. Daha sonra da Akif Çovdarovun üzünə durmağı məsləhət bilən adamın yeni məsləhəti ilə 3 milyondan vaz keçib…

Tağı Əhmədov niyə həbs edilmədi və niyə cəzalandırılmadı?

Sabiq metro rəisinin əmlakları, vəzifədə olduğu müddətdə topladığı nağd pullar sıradan bir adamın dili ilə yox, şəxsən bunu sənədlərlə araşdırmış MTN generalı AKif Çovdarovun dili ilə ictimaiyyətə açıqlanmışdı. Bundan başqa, Akif Çovdarov Tağı Əhmədovun illərlə metro rəisi olan zaman yol verdiyi korrupsiya faktlarını, cinayət əməllərini də açıqlamışdı.

Həbsdəki general Tağı Əhmədovun o zaman metroda gediş haqqı kimi istifadə edilən jetonlardan hər beşindən birinin onun cibinə getdiyini demişdi. Bundan başqa, Akif Çovdarov deyirdi ki, Tağı Əhmədov Moskvadan aldığı köhnə qatarları rəngləyib dövlət büdcəsindən hər qatar üçün 120 min manat silirmiş. Halbuki, bu məbləğ cəmi 30-40 min manat imiş.

Amma bütün bunlara baxmayaraq nə oldu? Tağı Əhmədov cəzalandırılmadı, cinayət məsuliyyətinə cəlb edilmədi.

Akif Çovdarovun vəkilinin səsləndirdiyi “bunların qarşılığında Tağı Əhmədova dedilər ki, Akif Çovdarovun üzünə dur” fikirlərini inandırıcı qəbul etmək olar. Tağı Əhmədov üzərinə düşəni elədi, onun qara əməllərinin üstündən xətt çəkildi.

Vəkil Kamandar Nəsibov Tağı Əhmədovu idarə edən həmin şəxsin vaxtı ilə hakimiyyətdə yüksək post tutduğunu, lakin indi vəzifədən çıxarıldığını deyib.

İndi dövlətdən 3640 manat pensiya, YAP rayon təşkilatının sədri kimi 1000 manat və kafedra müdiri kimi 1500 manat maaş alan Tağı Əhmədovun keçmiş əməlləri araşdırlacaqmı?

Bu sualı yenidən aktual edən Akif Çovdarovun azadlığa çıxması, onunla Tağı Əhmədov arasında mətbuat vasitəsi ilə yaranan qiyabi dialoq oldu.

Mövzu yenidən gündəmə gəlmişkən “Çovdarov və Əhmədov” cütlüyü arasındakı soyuq müharibənin bunda sonrakı gəlişmələri haqda məlumat öyrənməyə çalışdıq.

Məlumatlı mənbə bildirir ki, Tağı Əhmədovun həqiqətən də bu qədər korrupsiyaya, cinayətə bulaşdığı təqdirdə məsuliyyətdən kənarda qalması onu “qoruyan əl”in hökumətdə ən yüksək postlardan birini tutan şəxsin olması idi. Həmin şəxs indi vəzifədə deyil.

“Bu, hər kəsə bəlli olan məsələ idi. Tağı Əhmədov Ramiz Mehdiyevi özünə ağsaqqal bilirdi və MTN işində də onun göstərişi ilə Akif Çovdarovun əleyhinə ifadə verdi. Çünki Ramiz Mehdiyevin heç vaxt MTN rəhbərliyi ilə münasibətləri ürəkaçan olmayıb. Amma artıq bütün bunlar geridə qaldı. Tağı Əhmədov və Akif Çovdarov mətbuat vasitəsi ilə bir-birilərinə diş göstərsə də hər iki tərəf köhnə dəftərlərin açılmamasının tərəfdarıdır”- deyə məlumatlı mənbə bildirir.

Mənbə əlavə edir ki, Akif Çovdarov həbsdə keçən illərinin qisasını almaq niyyətində deyil: “Bir daha təkrar edirəm ki, hər iki tərəf üçün baş verənlər keçmişdə qalıb. Akif Çovdarov prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Hətta ölkə başçısına təşəkkürünü və minnətdarlığını da çatdırıb. Bundan sonra adının heç bir mənfi olayda hallanmasını istəməz. Bütün ağıllı adamlar bunu edər. Tağı Əhmədov da “MTN işi”ndə böyük nüfuz itirdi. İndi ona “pensioner vəzifəsi” veriblər. Bacardığı qədər mətbuatdan uzaq qalmağa çalışır. Nə adının hallanmasını istəyir, nə Akif Çovdarovu görmək, nə də bu haqda danışmaq. Tağı Əhmədov onu “qoruyan əl”dən də sükut və barışıq tapşırığı alıb”.

Ancaq mənbə onu da əlavə edir ki, Tağı Əhmədovun əməllərinə hüquqi qiymət verilməməsi də başadüşülən deyil: “Heç şübhə yoxdur ki, ortada xeyli sayda cinayət əməli var. Tağı Əhmədov Akif Çovdarovun fikirlərini təkzib edəcək heç bir fakt ortaya qoya bilmədi. İllərlə metrostansiyalardakı keçidlərdən nağd pullar yığılıb. Bununla bağlı bircə rəsmi sənəd də yoxdur. Tağı Əhmədov elə mətbuata açıqlamasında deyib ki, işçilərinə faizsiz olaraq yardım məqsədi ilə pul verib, aylıq olaraq geri alırmış. İşdən çıxarılanda bu məbləğ 500 min manat imiş. Hansı ağıllı adam buna inanar? Həmin 500 min manatın aqibəti necə oldu? Tağı Əhmədov metrostansiyaların ətrafında aparılan tikintilər üçün plan satdığını etiraf edib. Aldığı pulu isə əməyinin qarşılığı kimi qələmə verir. Təbii ki, bunları biz yox, lazımi qurumlar da bilir. Amma Tağı Əhmədov yenə də qorundu”.//Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovu məhkəməyə verdilər

    Tağı Əhmədovu məhkəməyə verdilər ...

    16-10-2013, 14:48

  • 
  • ANS Tağı Əhmədovu “vurdu”: "Mətbuatın düşmənidir" (VİDEO)

    ANS Tağı Əhmədovu “vurdu”: "Mətbuatın ...

    26-11-2013, 00:09

  • 
  • Tağı Əhmədov “28 may”a gəldi və...

    Tağı Əhmədov “28 may”a gəldi və... ...

    3-02-2014, 13:28

  • 
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Tağı Əhmədov: “... mən sürüşürəm”

    Tağı Əhmədov: “... mən sürüşürəm” ...

    23-11-2013, 15:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu