GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qərb Azərbaycanda yeni müxalifət yaradır

Qərb Azərbaycanda yeni müxalifət yaradır

Tarix: 11-09-2013, 12:06 Bölmə :Siyasət Baxış: 847
 Qərb Azərbaycanda yeni müxalifət yaradır

9 oktyabrdan sonra nə olacaq?; Dağınıq və vahid komanda halında formalaşa bilməyən klassik müxalifətin hakimiyyətə gəlmək şanslarının xeyli aşağı olduğunu analiz edən güc mərkəzləri gəncləri təşkilatlandırır; bu iş üçün USAİD-ə 20 milyon dollar ayrılıb; xaricdə təhsil alan azərbaycanlı gənclərin siyahısı hazırlanıb
Azərbaycanda 2013-cü seçkilərində indiki prezident İlham Əliyevin üçüncü prezidentlik müddətinə qarşı Qərbin müxalifətin umduğu dirənişi göstərməməsinin səbəbləri barədə redaksiyamıza sensasion məlumat daxil olub. Məlumatda deyilir ki, Azərbaycanda mühüm maraqları olan Qərbin strateji araşdırmalar və beyin mərkəzləri ölkədəki situasiyanı təhlil etdikdən sonra indiki halda müxalifətin hakimiyyət dəyişikliyinə nail ola bilməyəcəyi qənaətinə gəliblər.
Dağınıq və təəssüf ki, illərdi vahid komanda halında formalaşa bilməyən, maddi imkanları “0" həddində qiymətləndirilən Azərbaycan müxalifətinin hakimiyyətə gəlmək şanslarının xeyli aşağı olduğunu analiz edən Qərb mərkəzləri ”yeni və gənc müxalifət" formalaşdırmaq prosesinə start verib. Qeyd edək ki, əsasən Qərb institutları və ABŞ-ın Bakıdakı səfirliyi bunadək də ölkədə ənənəvi klassik müxalifətdən kənarda öz güc mərkəzini formalaşdırmağa çalışsa da, istədiyi nəticəyə nail ola bilməyib. Müəyyən hədəf qruplarına maddi dəstək versə də, onların ətrafına daxildə elektorat toplaya bilməyib. Hakimiyyətin də həmçinin; “özünə müxalifət” yaradıb Qərbin gözündən pərdə asmaq niyyətləri baş tutmayıb. Bu layihəyə yüz milyonlar yatıran iqtidar yalnız ona nail olub ki, hazırda az qala hər oliqarxın işlətdiyi bir “müxalifət” partiyası var...
Amma indi Qərb şərti olaraq “yeni müxalifət” adlandıracağımız prosesin uğurlu alınacağına daha ciddi və optimist yanaşır. Məlumatlara görə, bu məqsədlə xaricdə təhsil alan azərbaycanlı gənclərin siyahısı tam hazırlanıb, onların CV-sində maraq dairələrindən tutmuş dünyagörüşlərinədək bütün məlumatlar əks edilib. O da maraqlıdır ki, hazırlanan siyahıda “iqtidar və ya müxalifət övladları” fərqi qoyulmayıb.
Xəbəri redaksiyamıza verən mənbə deyib ki, bu proses ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı bürosu vasitəsilə aparılır və nəzarət edilir.
1961-ci ilin noyabrında Con Kennedinin imzaladığı aktla yaradılan USAİD dünyanın bir sıra ölkələrində müxtəlif proqramlar həyata keçirir. ABŞ bu təşkilatın fəaliyyətinə ciddi önəm verir və USAİD üçün hər il ayrılan maliyyə dövlət büdcəsinin 1 faizini təşkil edir ki, bu da trilyonla hesablanan büdcədən kifayət qədər böyük vəsait dəstəyi deməkdir.
USAİD-in xüsusilə demokratiyanın az inkişaf etdiyi ölkələrdə vətəndaş cəmiyyəti institutlarına, müxalifətə dəstəyi də sirr deyil. Məhz bu səbəbdən Rusiya 2012-ci ildə USAİD-in ölkədə müxalifət və vətəndaş cəmiyyəti institutlarına dəstəyini bəhanə edərək fəaliyyətini dayandırıb.
İlkin olaraq Gənc Demokratlar Hərəkatı kimi tanınacaq bu təşkilatlanma prosesinə patronajlıq edən USAİD-in Azərbaycan bürosuna bu yaxınlarda yeni və personası çox maraqlı olan bir rəhbər təyin edilib. Bu, Bruk Ayşamdır. B.Ayşam Bakıya təyinatınadək USAİD-in Əfqanıstandakı missiyasının direktor müavini olub. Azərbaycana “döyüş bölgəsindən” gələn missiya rəhbəri Rusiyada da işləyib. Stenford Universitetinin məzunu olan B.Ayşam bu prosesin əsas fiqurantlarından biri hesab olunur. Qaynağımızın sözlərinə görə, Qərbyönümlü gənclərin təşkilatlanması, önə çıxması üçün USAİD-ə ilkin olaraq 20 milyon dollar ayrılıb.
Qərbin yeni nəfəs kimi baxdıqları gənc liderləri təşkilatlandırmasının daha bir mühüm səbəbi də var. Prezident seçkilərində fövqəladə bir hadisə baş verməsə, indiki hakimiyyət kürsüsünü saxlayacaq. Amma müxalifətin əsas qüvvələrinin heç olmasa, seçkidən bir il əvvələdək olan təsir imkanlarını saxlayacağına Qərbdə böyük şübhələr var.
9 oktyabr seçkilərindən sonra, əgər uduzarsa, müxalifətin daha da zəifləyəcəyi qaçılmazdır. Belə olan təqdirdə onların yerini İranpərəst və Rusiyayönümlü qüvvələrin tutacağı ehtimalı böyükdür. Məhz bu səbəbdən də belə təhlükələri önləmək üçün indidən hazırlıq başlayıb və bu prosesdə xeyli iş də görülüb. Yeni müxalifətin təşkilatlandırılmasından hakimiyyətin nə dərəcədə narahat olub-olmaması da maraq doğurur. Diplomatik kanallara yaxın bir qaynağımız deyib ki, ağıllı hakimiyyət bu prosesdən yararlanmalı, təkcə öz maraqlarını deyil, Azərbaycanın da gələcək taleyini düşünməlidirlər. Çünki hakimiyyət günlərin birində qarşısında elə bir radikal müxalifət görə bilər ki, nəinki özünü, hətta dövləti belə qorumaqda çətinlik çəkə bilər.
Maraqlıdır ki, bu təşkilatın ilk anonsu seçkidən dərhal sonraya, təxminən oktyabrın ayının axırlarında keçiriləcək bir beynəlxalq toplantıda verilməlidir. Redaksiyamıza daxil olan xəbərdə deyilir ki, dünyanın bir sıra ölkələrindən gələcək gənclərin toplantısı Bakıda keçirilməsinə hakimiyyət də ilkin razılığını verib.
Qərbin yeni müxalifəti tam bir güc kimi 2015-ci ildə-parlament seçkilərində ortaya çıxarmaq planı var. Bunun üçün maddi dəstək yəqin ki, ciddi faktordur. Amma əsas məsələ həm də onların arasından yeni liderlərin tapılmasıdır. Gələn məlumatlarda o da deyilir ki, həmin keyfiyyətdə bir neçə gənc liderlər var və onlarla fəal iş gedir....
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04

  • 
  • Siyasətin facebook ölçüsü

    Siyasətin facebook ölçüsü ...

    7-01-2013, 18:27

  • 
  • Müəmmalı 2013 Azərbaycana nə vəd edir?

    Müəmmalı 2013 Azərbaycana nə vəd edir? ...

    3-12-2012, 02:58

  • 
  • Hakimiyyət və müxalifətin 2013 planları

    Hakimiyyət və müxalifətin 2013 planları ...

    12-05-2013, 23:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu