31 Avqust 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, Nazirlar Kabineti yanında qanuni əsası olmadan fövqaladə salahiyyət verilmiş Operativ Qərargaha müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir: “Azərbaycanda koranavirus pandemiyası ilə bağlı karantin tədbirləri 2020-ci ilin Mart ayından başlamış, fəaliyyətlərin kəskin məhdudlaşdırılması bu gün də davam etməkdədir. Dünyanın əksər ölkələrində bir çox fəaliyyət növlərinə icazə verilsə də, Azərbaycanda bu hal hələ də, nəzərə çarpmır. Qanuni əsası olmayan, fövqaladə səlahiyyət sahibi - Operativ Qərargah müxtəlif quruluş və strukturları daha çox məhdudlaşdırmaq, qapatmaq və cərimələmək tədbirləri əsasında fəaliyyət göstərir. Bu taktika və strategiya, ölkədəki bütün ictimai - siyasi, iqtisadi, təhsil, sosial, mədəni və idman fəaliyyətlərini iflic etmək üzrədir. Bu məhdudiyyətlərin qısa müddətli aradan qaldırılması, dərhal, daha sərt qadağa və cəzalarla əvəzlənmişdir. Bütün hərəkətlər ictimaiyyət üçün tam qiymətləndirilmir, baş verən hasdisələr: - yoluxanların sayı, dəqiq ərazisi, həyatını itirənlərin şəxsiyyəti naməlum olduğundan ciddi suallar doğurur. Dünyada baş verən pandemiyanın insan sağlamlığı üçün təhlükəli təsir ehtimalları, bu şəraitdə ölkə əhalisinin daha az ziyan çəkməsi niyyəti ilə, bütün Siyasi Partiyalar, QHT-lər və ictimai təşkilat nümayəndələri baş verənləri anlayışla qarşılamış, qadağalara etiraz etməmişlər. Klassik Xalq Cəbhəsi Partiyası, bütün baş verənləri bir daha qiymətləndirərək bəyan edir: - yarım ildən çox davam edən karantin tədbirləri zamanı, həyata keçirilən tədbirlər və yumşalmalar daha çox ticarət və iaşə obyektlərinə aiddir; - ictimai siyasi qurumların, siyasi partiyaların struktur və fəaliyyəti nəzərə alınmır; - sərt karantin dövründən qalmış, aradan qaldırılmamış toplantı və tədbirlərin keçirilməsinə tətbiq olunan hazırkı qadağalar, Siyasi Partiyalar Haqqında Qanuna, Siyasi Partiyaların Ədliyyə Nazirliyində təsdiq olunmuş Nizamnamələrinə ziddir, cari işləri tənzimləyən Əsasnamələrin və normativ aktların ölkə üzrə həyata keçirilməsini mümkünsüz edir; - Dünya ölkələrinin, xeyli müddət əvvəl, məsafə, təmizlik, maska və sair vasitələrdən istifadə edərək, anlaşılan, ağla batan qaydalarla bu problemli sahələri tənzimlədiyini; - Müxtəlif ölkələrdə, qapalı yerlərdə 20 nəfər, açıq havada 40-50 nəfərin iştirakı ilə (qoruyucu vasitələrdən və dezinfeksiya tədbirlərindən istifadə nəzərdə tutularaq) rəsmi tədbirlərin həyata keçirilməsi təcrübəsini məqbul sayaraq; - Türkiyədə müvafiq qurumların açıq havada qurultay keçirilməsinə icazə və şərait yaratmasını nəzərə alaraq; - Klassik Xalq Cəbhəsi Partiyası Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Operativ Qərargaha, Siyasi Partiyaların, ictimai təşkilatların fəaliyyətinin davam etməsinə şərait yaradan Qaydalar hazırlanmasına ciddi zərurət və tələbat yarandığını bəyan edir. Bu məsələyə ən yaxın və qısa müddətdə baxılması, uyğun bir qərar qəbul edilməsi zərurəti var. KXCP, ehtiyac olduğu halda, öz yardımını və təklifini etməyə hazırdır”. İdarə Heyətinin yığıncağında, mövcud ictimai- siyasi vəziyyət müzakirə edilmiş və iqtidarın yanlış - yarıtmaz siyasətinin mahiyyətinə etiraz bəyanatı qəbul edilmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?