GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Seçkilərdən sonra Əliyevin Putinə zəngini zəruri edən kritik səbəblər - TƏHLİL

Seçkilərdən sonra Əliyevin Putinə zəngini zəruri edən kritik səbəblər - TƏHLİL

Tarix: 25-06-2021, 10:33 Bölmə :Siyasət Baxış: 308
Seçkilərdən sonra Əliyevin Putinə zəngini zəruri edən kritik səbəblər - TƏHLİL


Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonra 10 noyabr üçtərəfli sazişi məxsusi aktuallıq qazanıb. Bu da gözlənilən idi. Ona görə ki, rəsmi Bakı məğlub ölkədə siyasi qeyri-müəyyənliyin bitməsini və legitim hökumətin formalaşmasını gözlədiyi üçün adıçəkilən sənədin bəzi bəndlərinin həyata keçməsindəki ləngimələrə göz yumurdu.

Ancaq artıq məlumdur ki, Ermənistanda Rusiyaya bağlı revanşist qüvvələr, konkret olaraq Qarabağ klanı və onun odioz siması, Xocalı canisi Robert Köçəryan seçkilərdə fiaskoya uğrayıb, onun hakimiyyətə qayıdış planı baş tutmayıb. Qərbyönlü Paşinyan parlaq qələbə qazanaraq, radikal qüvvələrə heç bir şans saxlamayıb. Bununla həm də Rusiyanın Ermənistanda manevr imkanlarını daraldıb. Hər necə olmasa, Moskva hələ də N.Paşinyanın arxasında geniş xalq kütləsinin durması faktı ilə barışmaq zorundadır.

*****

Diqqətçəkicidir ki, seçkilərin nəticələri bitər-bitməz, Xankəndində rusiyayönlü qüvvələrin, Qarabağ klanının, bütövlükdə separatçı ünsürlərin fəallaşması müşahidə edilməyə başlayıb. Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin srağagün rusiyalı həmkarı Vladimir Putinə telefon zəngi açması xüsusi maraq doğurur. Əsas da o səbəbə ki, Bakının seçkilərlə bağlı İrəvana tanıdığı əlavə vaxt limiti tamama yetməkdədir və indi 10 noyabr kapitulyasiya sənədinin icra olunmamış bəndlərini daha sürətli həyata keçirmək lazım gələcək, nəinki Qarabağda qalmış bir ovuc erməni separatçının əli ilə təzə bir Qarabağ oyunu qurub prosesi yenidən köhnə axara qaytarmağa, Azərbaycana qarşı təzyiq alətləri yaratmağa çalışmaq.

10 noyabr sənədinə görə başlıca qarant dövlət isə məhz Rusiyadır, Putindir. Sülhməramlıların nəzarətində olan ərazidəki separatçı-kriminal ünsürlərə ən güclü təzyiq rıçaqı da Rusiyanın əlindədir, Ermənistanın, Paşinyanın yox. Demək, Kreml kefi istəsə, 10 noyabr sənədinin həyata keçməsini tezləşdirər. Söhbət öncəliklə Zəngəzur dəhlizinin işə salınmasından və ərazimizdəki qanunsuz erməni silahlı dəstələrinin qalıqlarının tərk-silah olunmasından gedir (kapitulyasiya sənədinin 4-vü bəndi).

İstisna deyil ki, İlham Əliyevlə Vladimir Putin arasında son telefon danışığı zamanı rəsmi Bakı ən əvvəl bu məsələləri diqqət mərkəzinə gətirib. Eyni zamanda Xankəndində oynanılan yeni tamaşa ilə bağlı xəbərdarlığını edib, Kremlə “öz itlərini zəncirdə saxlamağı” tövsiyə edib...

*****

“Qarabağ erməniləri artıq başa düşüb ki, Ermənistan və Ermənistan erməniləri daha onlara dəstək verən, onların yerinə vuruşan deyil. Bu baxımdan onlar Ermənistandan ümidlərini kəsiblər. Amma deyirlər ki, yox e, biz oyuna davam edəcəyik. Köçəryan və digərlərinin dəstəsi də bu oyunu təkbaşına oynamaq iqtidarında deyillər, onların havadarları var. Bu, Rusiya və Qərbdəki havadarlardır. Həmin havadarlar düşünürlər ki, bəlkə bu yolla oyuna qayıda bilərlər”.

Belə bir fikri “Yeni Müsavat”a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağ separatçılarının son hərəkələnməsi və bu hərəkətlənmədə maraqlı olan böyük güclərdən danışarkən söyləyib.

“Aydındır ki, Ermənistan artıq Qərbə doğru gedir. Rusiyanın dayaqlarının əsas kütləsi isə hazırda Qarabağ ermənilərindən ibarətdir. Bölgədə münaqişə zonası yaradırlar ki, bununla manipulyasiya edib, regionda bu və ya digər şəkildə öz maraqlarını təmin etsinlər”, - deyə politoloq hər şeydən öncə Kremlin Bakıya qarşı mümkün planlarına işarə edərək vurğulayıb.

Öz növbəsində bəzi digər siyasi müşahidəçilər Əliyevlə Putin arasında telefon söhbətində əsasən üç məsələnin müzakirəsini mümkün sayırlar: 1. Üçtərəfli formatda İşçi Qrupunun bərpası (bu rəsmi məlumatda da əksini tapır), kommunikasiyanın bərpası işində bu vacibdir; 2. Sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi və Rusiya hərbçilərinin yerləşəcəyi mövqelər; 3. Sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması. Üçtərəfli razılaşmaların praktik icrasında Azərbaycan üçün əsas məqamlardan biri isə 10 noyabr razılaşmasının 4-cü bəndi, yəni erməni qoşunların Qarabağdan çıxarılmasıdır.

*****

Bu arada 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri işləmiş Vardan Oskanyan öz ölkəsini seçkilərdən sonra gözləyən perspektivlərə, o sırada Azərbaycanla gələcək münasibətlərə həsr olunmuş məqalə yazıb. Oskanyana görə, Ermənistan tezliklə bir neçə ciddi problemlə qarşılaşacaq (Teleqraf.com).

Onun sözlərinə görə, Azərbaycan Ermənistandakı daxili siyasi hadisələri müzakirə etmək üçün əlverişli anın yetişməsini gözləməyə hazırdır. “Bu gündəmi ən qısa müddətdə həyata keçirmək üçün Bakı Ermənistanın zəif müdafiəsindən və danışıqlardakı mövqelərindən istifadə edərək bütün mümkün rıçaqlardan istifadə etməyə çalışacaq. Birincisi, anklav məsələsi ilə məşğul olan mümkün delimitasiya sənədidir. İkincisi, 10 noyabr bəyanatının müddəası olan, Azərbaycandan onun Naxçıvan muxtariyyətinə gedən yol/dəhliz məsələsidir. Üçüncüsü, Ermənistan-Azərbaycan arasında sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasına dair mümkün sazişin imzalanmasıdır”.

Eks-nazir hesab edir ki, bunların hər üçü Ermənistan üçün çox ciddi problemlərdir: “Üstəgəl, sülh sazişi Dağlıq Qarabağın itkisini tamamlayacaq. Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıması şərti ilə Azərbaycanın sənədini imzalayacağı açıqdır. Ən yaxşı halda sənəddə Qarabağın qalan hissəsindəki ermənilərə mədəni muxtariyyətı təmin edən müddəa təqdim oluna bilər. Bu isə yuxarıda göstərilən üç sənədin ən təhlükəlisidir, ilk ikisinin həyata keçirilməsi əvvəlcədən üçüncünün həyata keçirilməsi ilə əlaqəli olacaq. Başqa sözlə, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan sərhədlərinin açılması, əlaqələrin bərpası sülh sənədinin imzalanması ilə bağlı olacaq”.

Məgər Ermənistanın və Qarabağdakı separatçı tör-töküntülərin ayrı yolu qalıbmı?..

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda seçki başa çatdı: ”Qarabağ klanı” və Rusiyapərəst qüvvələr fiaskoya uğradı

    Ermənistanda seçki başa çatdı: ”Qarabağ klanı” və ...

    10-12-2018, 09:47

  • 
  • Məğlub ölkə xaosa sürüklənə bilər: seçkilər olsa da, olmasa da... - GƏLİŞMƏ

    Məğlub ölkə xaosa sürüklənə bilər: seçkilər olsa ...

    1-06-2021, 12:11

  • 
  • Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?

    Qarabağ klanının siyasi “meyitlər”i - Kreml ...

    6-02-2021, 12:38

  • 
  • Azərbaycanla barışıq üçün “polad” mandat - “Böyük Ermənistan” ideyası basdırılır

    Azərbaycanla barışıq üçün “polad” mandat - “Böyük ...

    22-06-2021, 10:19

  • 
  • Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL

    Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL ...

    4-09-2019, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu