GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ukraynanın "NATO şansı" yenə tutmadı: Rusiya ABŞ-ı nüvə savaşı ilə hədələyir

Ukraynanın "NATO şansı" yenə tutmadı: Rusiya ABŞ-ı nüvə savaşı ilə hədələyir

Tarix: 6-09-2021, 11:05 Bölmə :Siyasət Baxış: 1 063


İndiki mərhələdə ABŞ və NATO üçün Rusiyaya qarşı hərbi güc tətbiq edilə biləcəyi ilə bağlı təhdidlərin gündəmdə saxlanılması daha sərfəlidir: Əks halda, Qərb yalnız savaşdan qorxub, birbaşa iştirak etmədiyi müharibədə öz biabırçı məğlubiyyətini kənardan müşahidə etmək məcburiyyətində qala bilər...

Rusiyanın ABŞ və NATO ilə problemləri artır. Kreml Rusiyanın sərhədləri ətrafında cərəyan edən proseslərdən ciddi şəkildə narahatdır. Və ona görə də, qabaqlayıcı addımlar atmağa çalışır.

Hazırda Rusiyanı narahat edən üç önəmli coğrafi məkan var. Onlardan birincisi Ukrayna, digəri Cənubi Qafqaz, sonuncu isə Orta Asiyadır. Bu üç coğrafi məkanda yaxın gələcəkdə Rusiyaya qarşı ciddi təhlükə vəd edən situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil.

İndiki mərhələdə Rusiyaya qarşı təhlükə mənbəyi olaraq, Ukrayna və Cənubi Qafqaz nisbətən ön plana keçmiş kimi görünür. Çünki, Ukrayna və Cənubi Qafqaz ölkəsi olan Gürcüstan NATO-ya tamhüquqlu üzvlük məsələsində müəyyən məsafə qət etməyə nail olublar. Ukrayna və Gürcüstan Rusiya ilə sərhəd qonşusu olduğundan bu məsələ Kremlin rahatlığını pozan əsas faktora çevrilib.

_120369522_bf796fab-7644-44b1-ac6c-1cacc24545ad.jpg (34 KB)

Düzdür, Kreml bir müddət öncə Ukraynanı növbəti dəfə ABŞ və NATO-nun əlindən ala bildi. ABŞ və NATO hərbi kontingentlərinin Ukraynaya yerləşdirilməsi prosesini son anda, həm də bütün hərbi potensialını nümayiş etdirmək hesabına pozmağa nail oldu. Və növbəti dəfə analoji nəticədən uzaq qala biləcəyini də dəqiqləşdirdi.

Təbii ki, indi Kreml ABŞ və NATO-nun növbəti həmləsinə hazırlaşmaq məcburiyyətində qalıb. Çünki Ağ Evin niyyəti ciddidir və gələcək həmləyə intensiv hazırlığın getdiyini də qətiyyən gizlətmir. Və bu reallıq Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Ev sahibi Co Bayden ilə son təmaslarında da müşahidə olundu.

Rəsmi Kiyev Ağ Evdən Ukraynanın NATO-ya üzvlük prosesini sürətləndirməyi tələb edir. Əsas arqumentlərdən biri kimi isə Ukraynanın ərazi bütövlüyünün təmin edilməsində NATO üzvlüyünün önəmli rol oynaya biləcəyini və Rusiyadan gözlənilən hərbi təhlükənin artması ön plana çıxarılır. Və hələlik bu iki arqument Ukraynanın NATO-ya üzvlük məsələsində dəstəkləyici faktordan daha çox, əngəlləyici amil kimi də ön plana çıxmaqdadır.

Məsələ ondadır ki, ABŞ və NATO hazırda Ukraynanın Rusiya ilə hərbi-siyasi qarşıdurmasına bulaşmağa o qədər də həvəsli deyil. Digər tərəfdən, NATO-ya üzv olmaq üçün iddiaçı dövlətin ərazi bütövlüyü ilə bağlı problemlərinin olması da qəbuledilməz faktor hesab olunur. Bu səbəbdən də, rəsmi Kiyevin Ukraynanı NATO-nun "təhlükəsizlik çətiri" altında gizlətmək üçün gündəmə gətirdiyi arqumentlər indiki situasiyada o qədər də faydalı məzmun daşımır. Əksinə, Ukraynanın şanslarını müəyyən mənada, bloklayır.

Hazırda ABŞ və NATO Ukrayna ilə bağlı iki istiqamət üzrə fəaliyyətə üstünlük verir. Birinci istiqamət rəsmi Kiyevin dəvəti ilə Ukrayna ərazisində hərbi bazalar yaratmaqdır. İkinci istiqamət isə Rusiyanı Ukraynanın ərazi bütövlüyünə təcavüz etməkdə suçlayaraq, beynəlxalq sanksiyaları gücləndirməyi hədəfləyir. Hər iki istiqamət üzrə fəaliyyət Ukraynanın NATO-ya üzvlüyünü təmin etmək niyyətindən uzaqdır. Yəni, ABŞ və NATO-ya Ukraynanın problemlərinə şərik çıxmaq qətiyyən sərfəli deyil.

845-putin-zelenski.jpg (234 KB)

Maraqlıdır ki, rəsmi Kiyevin ABŞ və NATO-nun da siyasi maraqlarına cavab verən Krım platformasının işə salınması bu baxımdan, Rusiyaya ciddi problemlər yarada bilər. Ötən ay reallaşdırılmış bu tədbirdən sonra qıcıqlanan Kreml artıq əks hücuma keçmək qərarına gəlib. Əsas hədəf kimi isə məhz Ukrayna prezidenti V.Zelenski seçilib.

Rusiya mətbuatı Ukrayna prezidentinin Ağ Ev sahibi ilə son təmaslarını ironik məzmunda ictimailəşdirməkdədir. Eyni zamanda Rusiya telekanallarında prezident V.Zelenskinin keçmişinin gündəmə gətirilməsinə, onun çəkildiyi komediya filmlərinin nümayiş olunmasına üstünlük verilir.

Ancaq Kremldə bütün bunların yaranmış vəziyyətdən çıxış yolu olmadığını da anlamamış deyillər. Ona görə də, Kremldə Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünün keçirilmə ehtimalına da ciddi yanaşırlar. Bəzi məlumatlara görə, yaxın vaxtlarda belə bir görüşün həqiqətən də keçirilə bilər. Və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş tutacağı təqdirdə, həmin görüşün əsas şərtkərini açıqlayıb.

Dmitri Peskov xüsusi olaraq, vurğulayıb ki, Krım yarımadasının kimə məxsus olması Rusiya və Ukrayna prezidentlərinin görüşündə müzakirə mövzusu ola bilməz. Onun dediyinə görə, Ukrayna hakim dairələrində fərqli siyasi atmosfer hökm sürsə də, Rusiya öz qonşusu ilə münasibətləri normallaşdırmaq istəyini təsdiqləyir. Kreml təmsilçisi hesab edir ki, Ukraynanın NATO-ya can atması və Ağ Evin bu məsələni nəzəri olaraq, müzakirəyə meyl göstərməsi Rusiya üçün birbaşa təhlükə xarakteri daşıyır.

putin-uz.jpg (106 KB)

Halbuki, Rusiya prezidentinin mətbuat katibinin öz narahatlığını biruzə verməsinin əksinə olaraq, Ukraynanın, eləcə də, Gürcüstanın NATO-ya üzvlük perspektivləri ABŞ-ın Rusiyaya qarşı siyasi təzyiq xarakteri daşıyan bəyanatları ilə eyni məzmuna malik deyil. Çünki Qərbdə çox yaxşı anlayırlar ki, hazırda bu iki ölkə NATO-nun bütün təlimatlarını yerinə yetirirlər və ABŞ-ın xarici siyasət maraqlarının öz regionlarında davamlı olmasını təmin edirlər.

Ancaq Ukrayna və Gürcüstanın NATO-üzv qəbul edilməsindən sonra Rusiya dərhal hər iki ölkəyə qoşun yeridərsə, bu, Qərb üçün ağır məğlubiyyətə çevrilə bilər. Çünki, ABŞ və NATO bu iki ölkə uğrunda Rusiya ilə hərbi qarşıdurmaya hazır deyil. Halbuki, NATO öz üzvlərini xarici hərbi təcavüzdən qorumağa borcludur.

Ancaq ABŞ və NATO Rusiyaya hərbi qarşılıq verərsə, Kreml son addım kimi nüvə silahına sarıla bilər. Bu isə həm ABŞ və NATO-nun, həm də Rusiyanın eyni vaxtda məğlub ola biləcəyi nüvə müharibəsi deməkdir. Rusiyanın davranışlarının cavabsız buraxılması isə ABŞ və NATO-nun birtərəfli məğlubiyyəti anlamına gələcək. Bu baxımdan, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü nəticəsində ortaya çıxa biləcək hər iki alternativ variant Qərb üçün əlverişsizdir.

Ona görə də, ABŞ və NATO üçün Rusiyaya qarşı hərbi güc tətbiq edilə biləcəyi ilə bağlı təhdidlərin gündəmdə saxlanılması savaşdan qorxub, birbaşa iştirak etmədiyi müharibədə öz biabırçı məğlubiyyətini kənardan müşahidə etməkdən daha sərfəlidir. Ancaq indiki halda, ABŞ və NATO heç olmasa, Ukraynada hərbi bazalar yaratmaq və birgə hərbi təlimlər keçirməklə, Rusiyaya qarşı təhdid və təzyiq şanslarını qorumuş olur. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü isə ABŞ və Qərbin həm xərclərini həm də hərbi təhlükə risklərini də dəfələrlə artıracaq. Halbuki, Qərbdə xərclərin və risklərin azaldılması, mənfəətin isə qat-qat artırılması prinsipinə daha çox üstünlük verirlər.




ukr-nato-abss-111.PNG (143 KB)

Digər tərəfdən, Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul edilməsiylə, bu iki dövlətin statusu da dəyişərək, yüklənmiş olacaq. Yəni, Ukrayna və Gürcüstan indi verdikləri faydadan artığına qadir olmasalar da, NATO üzrə hərbi müttəfiqləri qarşısında haqlı olaraq, bir sıra tələblər irəli sürmək hüququ qazanacaqlar. Və Qərbdə bu kimi incə məqamları da "tərəziyə qoyub", hesablama aparmağı unutmurlar.

Onu da nəzərə almaq lazımdır ki, NATO-nun Rusiya sərhədçilərinə doğru hərəkəti heç də həmişə ABŞ-ın maraqlarını təmin etmir. Bu, yalnız Rusiyanın qorxub, geri çəkiləcəyi təqdirdə, effektiv ola bilər. Və bu reallığı Kremldə də bilməmiş deyillər, bu səbəbdən də daha cəsarətlə müqavimət göstərməyə üstünlük verirlər.

Ona görə də, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi hələ uzun müddət müzakirə mövzusu olacaq. Rusiya bu məsələ ilə bağlı cızdığı "qırmızı cizgilər"in toxunulmazlığını təmin etmək üçün hər imkanda aqressiv mövqeyini nümayiş etdirməyə çalışacaq. Və Kremlin "qırmızı cizgilər"nə təhdid olacağı təqdirdə isə Rusiya tanklarının Ukrayna, Gürcüstan, hətta NATO-nun "müdafiə çətiri" altında olan Baltikyanı regiona doğru hərəkət edə biləcəyi qətiyyən istisna deyil. Bu haldasa, qlobal savaş qaçılmaz xarakter daşıya bilər.

Bütün bunları nəzərə aldıqda, rəsmi Kiyevin ABŞ və Qərbin vədlərinə inanaraq, Ukrayna üçün təhlükə riski daşıyan addımlardan yayınması daha praqmatik mövqe olardı. Hər halda, Ukrayna siyasi dairələrinin indiki mərhələdə müvəqqəti də olsa, maksimalist hədəfləri nisbətən arxa plana keçirərək, mümkün qədər səbrli davranması vacibdir. Nəzərə almaq lazımdır ki, hazırda Ukraynanın NATO-ya üzvlük şansları qətiyyən real deyil. ABŞ və NATO-nun çəkingənliyə bağlı tərəddüdlü mövqeyi, Rusiyanın isə bütün hərbi risklərə hazır olduğunu nümayiş etdirməsi vəziyyəti ciddi şəkildə dəyişib./MUSAVAT.COM/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin...

    Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin... ...

    4-08-2017, 15:29

  • 
  • Ukrayna ABŞ-la birləşir: Rusiyaya qarşı ittifaq

    Ukrayna ABŞ-la birləşir: Rusiyaya qarşı ittifaq ...

    19-11-2017, 22:34

  • 
  • Avropa Rusiyanı yenə hədələdi

    Avropa Rusiyanı yenə hədələdi ...

    11-05-2014, 12:42

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini pozmaqda ittiham edib

    Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini ...

    3-03-2014, 16:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu