GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "3+3” formatının ilk toplantısı - kim nə qazanacaq? - ŞƏRH

"3+3” formatının ilk toplantısı - kim nə qazanacaq? - ŞƏRH

Tarix: 10-12-2021, 15:33 Bölmə :Siyasət Baxış: 368


Bu gün Moskvada “3+3” formatının ilk toplantısı keçiriləcək.

Toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal, habelə Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan və İran rəsmisi iştirak edəcək.

Gürcüstan tərəfi bu toplantıya qatılmayacaq.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "altılıq" formatında əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Azərbaycan, Türkiyə, Ermənistan, İran, Gürcüstan və Rusiyadan ibarət altılıq formatında əməkdaşlıq platforması hansı zərurətdən yaranıb? Bunun regiona və beynəlxalq əməkdaşlığa nə kimi faydası olacaq?

Ermənistanın Azərbaycan torpaqlarını işğalı və rəsmi İrəvanın yürütdüyü təcavüzkar siyasət səbəbindən 30 ilə yaxındır region ölkələri potensial imkanlarını tam reallaşdıra bilmir. Ermənilər Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə regional və beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, əməkdaşlığa da mane olublar.

Düzdür, Azərbaycan, Gürcüstan və Türkiyə bundan əvvəl bir sıra energetika və kommunikasiya layihələri həyata keçirməklə əməkdaşlığın faydalarını, üstün cəhətlərini çoxdan sübut ediblər.

Ermənistan tutduğu təcavüzkar və pozuculuq mövqeyinə görə həmin layihələrdən kənarda qalıb. Başqa sözlə, Azərbaycanın haqlı və ədalətli tələbləri, şərtləri bu ölkəni regiondakı irimiqyaslı layihələrdə oyundankənar vəziyyətə salıb. Ermənistan Azərbaycan torpaqlarını işğal və qonşu dövlətlərə qarşı əsassız iddialarla çıxış etməsəydi, həmin layihələrdə iştirak etməklə daha çox qazana bilərdi.

44 günlük müharibə sübut etdi ki, işğalçı dövlət 30 ilə yaxın müddət ərzində o torpaqlarda daşı-daş üstünə qoymayıb. Həmin ərazilərdəki tikililəri dağıtmaq, yeraltı sərvətlərin qanunsuz talan etmək və s. qanunazidd əməllərlə məşğul olub.

İşğalçılığı və təcavüzkar siyasəti Ermənistana uğur gətirmədiyi kimi, Azərbaycan torpaqlarındakı bu sayaq qanunsuz fəaliyyəti də faydalı olmadı. İkinci Qarabağ müharibəsi Ermənistan hakimiyyəti və cəmiyyətini reallığı görmək üçün silkələdi. Reallıq isə işğalçılıq və pozuculuq fəaliyyətindən əl çəkib, regionda əməkdaşlıq etməkdən ibarətdir.

İran və Ermənistan tutduqları mövqe ilə altılıq platformasında əməkdaşlığı bir il gecikdirdi. Ona görə də təşəbbüsün gerçəkləşməsi ləngidi. Ancaq son zamanlar rəsmi Tehran və İrəvan bu formatda əməkdaşlığın faydalarını görməyə başlayıb.

Gürcüstanın “3+3”də iştirak etməməsi müəyyən mənada başa düşüləndir. 

Rəsmi Tbilisi iddia edir ki, Rusiya ilə diplomatik əlaqəsi olmadığından onunla bir formatda əməkdaşlıq etmək istəmir. Əslində, bu, Gürcüstanın bəhs etdiymiz platformada əməkdaşlığı dolayı yolla qəbul etməsi kimi də başa düşülə bilər. Çünki bu ölkə regional əməkdaşlığın faydasını başqa layihələrin icrasında görüb. Bu baxımdan perspektivdə rəsmi Tbilisinin bu formata qoşulacağı istisna olunmur.

Dünyanın siyasi səhnəsində mühüm rol oynayan Türkiyə, İran və Rusiyanın bu platformada iştirakı “3+3”ün cəlbediciliyindən xəbər verir. Rəsmi Ankara, Tehran və Moskvanın yeni əməkdaşlıq formatı yaratması mümkün regional münaqişələrin qarşısının alınmasına, bölgədə davamlı sülhün yaradılmasına inamı artırır.

Eyni zamanda, Ermənistanın bu formatda iştirakı perspektivdə Türkiyə ilə sərhədlərin açılmasına təkan verə bilər. Bundan başqa, ermənilərin Türkiyəyə qarşı saxta iddialarının, türk düşmənçiliyinin qarşısının alınmasına yardım edər. “3+3” platforması həm də Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına təkan ola bilər. Bu dəhlizin açılması isə “altılıq” formatının potensialının reallaşmasına böyük dəstək olar.

Beləliklə, müharibələr sülhlə başa çatır. Savaşlar bitəndən sonra düşmən tərəflər bir-biri ilə əməkdaşlıq edirlər. Bu baxımdan İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Fransa arasındakı əlaqələrə nəzər yetirmək kifayət edər. Bu ölkələrin iştirakı ilə yaradılan Avropa İttifaqı indi dünyada əsas güc mərkəzlərindən biridir.

Odur ki, münaqişə bitdiyindən Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması zərurəti meydan çıxıb. Bunun üçün isə münaqişə edən tərəflərin bir platformada işləməsinə, vaxtaşırı təmasların baş tutmasına və s. ehtiyac var. Ümumilikdə isə “3+3”, yaxud “3+2” formatının perspektivdə bu funksiyanı yerinə yetirməsi mümkündür. Bugünkü toplantı etimad və əməkdaşlıq mühitinin yaranması üçün başlanğıc addımlardan sayıla bilər. Cənubi Qafqazda yaranacaq sülh və təhlükəsizlik beynəlxalq təhlükəsizlik zəncirinə töhfə verər.


GundemXeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Moskvada “3+2” formatında ilk görüş keçiriləcək

    Bu gün Moskvada “3+2” formatında ilk görüş ...

    10-12-2021, 10:46

  • 
  • Azərbaycan xarici işlər nazirinin müavini Ermənistandadır

    Azərbaycan xarici işlər nazirinin müavini ...

    13-09-2013, 11:14

  • 
  • Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB

    Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB ...

    10-07-2018, 13:20

  • 
  • Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi

    Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri ...

    14-12-2018, 11:14

  • 
  • Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin "Bakı bəyannamə"si qəbul edilib

    Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici ...

    15-03-2018, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu