GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya-Ukrayna savaşının QARABAĞ İNİKASI... - GƏLİŞMƏ

Rusiya-Ukrayna savaşının QARABAĞ İNİKASI... - GƏLİŞMƏ

Tarix: 3-03-2022, 16:36 Bölmə :Siyasət Baxış: 247

Rusiya-Ukrayna müharibəsi başlayandan sanki Qarabağa dair proseslər bir qədər kölgədə qalıb. Bu istiqamətdə hər hansı bir müzakələrin, danışıqların getdiyi də müşahidə olunmur. Çoxları hesab edir ki, bu prosesın dayanması birbaşa 8 gündür davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.


Zəngəzur dəhlizi ətrafında hansı proseslərin getdiyi də məlum deyil. Sanki bu məsələ də gündəmdən düşüb. GUNDEMXEBER.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov müəyyən qədər bu fikirlərlə razılaşır: “Bu bir həqiqətdir ki, bu gün dünyanın nəbzi Ukrayna ilə döyünməkdədir. Rusiya ilə Ukrayna arasında Avropanın mərkəzində müharibə getməkdədir. Bu müharibə ilə üç dövlət qarışıb. Dünyanın digər dövlətləri isə əslində bu müharibənin iştirakçısıdır, yəni informasiya müharibəsinin. Əslində bu günləri informasiya cəbhəsində, diplomatik cəbhədə III Dünya müharibəsi getməkdədir. Bunu məhz belə qiymətləndirmək lazımdır. Bütün bu hadisələr fonunda dünyanı narahat edən digər məsələlər, regiondakı problemlər bir qədər kölgədə qalıb. Eyni zamanda postmünaqişə dövrünün həlli edilməli olan məsələləri var. Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demakrasiyası, bundan başqa Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər ətrafında bir qədər ləngimə diqqətdən yayınmır. Bu da haradasa anlaşılandır. Amma hər halda, Azərbaycan strateji hədəfinə çatmaq siyasətini davam etdirir. Bu gün Qarabağın qurulması, bərpası intensiv şəkildə getməkdədir. Böyük Qayıdışın təminatı naminə nə lazımdırsa edilməkdədir. Yəni bu prosesdə heç bir pauza yoxdur. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfi həm dəmiryol, həm də avtomobil yolunun tikintisi prosesini aparır. Bu prosesdə də heç bir azalma yoxdur. Pauza daha çox Ermənistan tərəfindən gəlməkdədir.

Hələ ki etimad mühitinin formalaşdırılması ilə bağlı diqqəti xüsusi cəlb edən addımlar atılmır. Ermənistan tərəfi gözləmə mövqeyindədir. Bütövlükdə tənzimlənmə prosesində Rusiyanın fəal iştirak etməsi faktorunu nəzərə alsaq, eyni zamanda Rusiyanın hazırda başının böyük müharibəyə qarışdığı reallığını diqqətdən kənarda saxlamasaq, Cənubi Qafqazda proseslərin niyə sönük getdiyini başa düşmək olar. Amma bir daha qeyd edirəm ki, bu, heç bir halda Azərbaycanın postmünaqişə dövrünün tənzimlənməsi istiqamətində davranışlarına təsir etmir. Biz bu gün Qarabağın bərpa edilməsi siyasətini uğurla həyata keçiririk. Böyük tarixi qayıdışın həyata keçirilməsi üçün bütün mümkün addımlar atılmaqdadır. Avropanın mərkəzində müharibənin gedib-getməməsindən asılı olmayaraq işlərimizi görməkdəyik”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Qarabağda Azərbaycanın əlini gücləndirən proseslərin getdiyini bildirdi: “Əslində proses davam edir. Bu gedişatda Azərbaycan rəhbəri, o cümlədən Ermənistan rəhbəri Vladimir Putinlə telefon danışığında 10 noyabr, 11 yanvar və 26 noyabrdakı görüşlərin nəticələrini müzakirə etdilər. Hesab edirəm ki, bu, beynəlxalq aləmdə baş verən proseslər fonunda, xüsusilə Rusiya ilə bağlanmış müttəfiqlik sazişindən sonra imkan verdi ki, bu suallar ətrafında daha ciddi addımlar atılsın. Məncə, bu, beynəlxalq aləmdə baş verən gündəliyə aid bir məsələdir. Xüsusilə Qarabağda Azərbaycanın əlini gücləndirən proseslər davam edir. Hətta Ukrayna-Rusiya toqquşmasının fonunda gördük ki, bir neçə müddətdir separatçıların səsləri belə gəlməməkdədir. Onlar ciddi şəkildə təhlükələri qiymətləndirə bilirlər. Çünki Azərbaycan tərəfin 26 fevraldan, yəni Xocalı soyqırımının 30 illiyindən sonra atdığı ciddi addımlar oldu. Separatçılara xəbərdarlığın edilməsi, Xocalı şəhidlərinin ruhlarının yad edilməsi ilə bağlı azanın səsləndirilməsi ciddi xəbərdarlıqdan xəbər verir. Biz yaxınlıqda bir sıra sürprizlərin şahidi ola bilərik. Hətta indiki beynəlxalq məqamda ola bilər ki, Qarabağda müəyyən antiteror əməliyyatları üçün hərəkətlənmə olsun”.

Politoloq Züriyə Qarayeva isə məsələni “fırtına öncəsi səssizlik” kimi dəyərləndirir: “Fikrimcə, dünyada yaşanan beynəlxalq gərginlik, Rusiya və Ukrayna arasında müharibə Azərbaycanın da antiterror əməliyyatları keçirməsi üçün əlverişli mühit yaradır. Çünki Qarabağda istər ərazi, istərsə də infrastruktur baxımdan problemlərin kökü separatçı məsələsi ilə bağlıdır. Buna dair presedentlər də az deyil. Məsələn, Yaponiya tərəfi hazırda faktiki olaraq Rusiyanın Ukraynanı işğal etdiyini deyərək Kuril adaları uğrunda ehtimal hərbi münaqişəni legitimləşdirməyə çalışır. Tərəflər arasında məlum toqquşma dünya tarixində çox az sayda nümunələrdən biridir ki, sülh müqaviləsi ilə yekunlaşmayıb. Eyni durum Qarabağ münaqişəsinə də şamil edilir. Ukraynada müharibə başladıqdan sonra Çinin də xüsusən Yaxın Şərq və Afrikada hərbi bazalar yaratması ilə bağlı məlumatlar yayılıb. Çin məxsusi olaraq Afrikanın Atlantik okeanı sahillərində yerləşən hissəsində hərbi dəniz bazası qurmağı hədəfləyir. Əslində Rusiyanın da məhz indiki geosiyasi vəziyyətdə hücum planını icra etməsi bəhs etdiyimiz mövzu ilə eynilik təşkil edir. Nəzərə alaq ki, ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmə dərinləşib. ABŞ-ın Çini əsas strateji rəqib elan edərək, əsas gücünü Hind-Sakit okean regionuna yönəltməsi Moskvanın ikinci cəbhə açmasına fürsət yaradıb. Eyni presedenti Qarabağla bağlı icra etməyin zamanı olduğunu düşünürəm. Lakin başqa nümunələrdən fərqli olaraq, geosiyasi mühitin yetişib-yetişməməsindən asılı olmayaraq biz öz suverenliyimizə təhdid törədən problemləri aradan qaldırmaqda tamamilə haqlıyıq və beynəlxalq hüququn heç bir prinsipini pozmuruq. Zəngəzur dəhlizi separatçıların varlığı səbəbindən dalana dirənib. Üstəlik, bu məsələdə başlıca əngəl həm də sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlıdır ki, onun da kökündə terrorçu ermənilərin hələ də bölgədə varlığı məsələsi dayanır. O baxımdan hazırda Qarabağdakı səssizliyi fırtına öncəsi səssizlik də adlandırmaq olar. Fırtınanın burulğanında dönənlər isə ərazi bütövlüyümüzü həyasızcasına pozanlar olacaq”.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53

  • 
  • Ukrayna ordusu tələyə salındı

    Ukrayna ordusu tələyə salındı ...

    13-06-2014, 12:43

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52

  • 
  • Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

    Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb ...

    1-03-2016, 18:41

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    23-02-2022, 18:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu