GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Odla oyun: İrəvanın işğalçı ordu planları - Bakı isə xəbərdarlığını edib

Odla oyun: İrəvanın işğalçı ordu planları - Bakı isə xəbərdarlığını edib

Tarix: 11-08-2022, 12:11 Bölmə :Siyasət Baxış: 230

Bəzi qlobal güclərin əlində oyunca olmağa davam edən kapitulyant Ermənistan başına gələn faciələrdən dərs götürməyə tələsmir. Bunun əksinə o zaman əminlik hasil edəcəyik ki, mazoxist erməni toplumu da, onun iqtidarlı-müxalifətli siyasi kəsimi də, KİV-ləri də bütünlüklə sülh gündəminə köklənsin. Xam xəyallarla yaşamasınlar. Bu isə hələ ki gözə dəymir.
Doğrudur, qonşu ölkədə, ümumən ermənilər arasında ara-sıra rasional elementlərə malik çıxışlar, çağırışlar səslənir. Lakin bu, aparıcı, dominant xarakter daşımır. Gerçək belədir ki, Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları dərhal, “xain”, “Türkə satılan” elan edilir. Müşahidə edilən həmçinin budur ki, ermənilər özlərinə yazıq görkəmi verməklə indi də Qərb-xristian dünyasının Azərbaycana qarşı real dəstəyini alacaqlarına sadəlövhcəsinə ümid bəsləyirlər...

*****

“Əgər biz belə bir seçim qarşısındayıqsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, Qarabağı qurban verməyə məcburuq”.
Bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru, politoloq Beniamin Poqosyan yerli mediaya müsahibəsində bildirib.
Poqosyanın iddiasına görə, Ermənistan hərbi şantaj və müharibə ilə hədələnir. “Azərbaycanı qəzəbləndirməmək üçün biz indi hər cür qəti addımlardan qaçırıq. Əgər Ermənistan belə bir seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, ya Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək zorundayıq”, - deyə o vurğulayıb.
Digər erməni politoloq Stepan Danielyan facebook səhifəsində yazır ki, artıq postsovet məkanında komplementarizm dövrü arxada qalıb, Azərbaycan üçün isə “qızıl ulduz saatı” dövrüdür.
“Postsovet məkanında komplementarizm dövrü arxada qalıb. ABŞ və Rusiya arasında dolayı yolla müharibə gedir. İndi ya Rusiyanın yanındasınız, ya da Rusiyanın əleyhinəsiniz. Təbii ki, heç kim seçim etmək istəmir, amma məcburdur. Hazırda nə Qərb, nə də Rusiya Türkiyə-Azərbaycanla münaqişəyə girməyəcək, çünki hər ikisi bundan böyük ziyan görə bilər. Türkiyə fürsətlər sərhədində oynayır, Azərbaycan üçün isə bu, “qızıl ulduz saatı”dır və o, bundan maksimum istifadə edəcək. Ermənistan isə zəif həlqədir və onun hesabına başqaları öz problemlərini həll edir”, - deyə Danielyan qeyd edib.

*****

Əslində Ermənistan böyük siyasətdə “zəif həlqə”dən daha çox, daima bu və digər xarici gücün əlində “maşa” rolunda olub. Növbə ilə. Guya bununla qonşulara qarşı özünün əsassız ərazi iddiasını təmin edəcək, “miatsum” hədəfinə çatacaq. Lakin arzuları imkanları ilə həmişə tərs mütənasib olduğundan, bu cırtdan və iddialı toplum bir qayda olaraq, acınacaqlı nəticələrlə üzləşib. “Birdəfəlik əlcək” kimi istifadə olunaraq tullanıb.
Erməni xalqının hazırkı fəlakətli durumu bunu öz-özlüyündə əyani göstərir. Demək, belə böhrana, ağır vəziyyətə düşməmək üçün məntiqlə ən əvvəl erməni siyasi isteblişmenti, erməni ziyalı və ekspert kəsimi baş verənlərdən dərs götürməli, paslanmış və heç nəyə yaramayan iddia və taktikadan həmişəlik imtina eləməli və bir də “köhnə dırmığın dişləri” üzərinə ayağını basmamalıdır.
Əfsus ki, 44 günlük müharibədən sonra da bunu müşahidə eləmərik. Kapitulyant ölkədə ara-sıra eşidilən bəzi pozitiv notlar istisna olmaqla, müşahidə olunan budur ki, erməni ictimai-siyasi fikri, “miatsum”dan, “Böyük Ermənistan” xülyasından tam imtina eləməyib, daha doğrusu, öz xəstə iddialarını sadəcə, “dincə qoyub”, bir azca fasilə veriblər. Yəni təzədən toparlanıb əvvəlki iddialara qayıtmaq üçün fürsətlər, imkanlar, resurslar axtarışındadırlar. Söhbət ilk növbədə işğalçı ordunun təzədən bərpasından gedir.
Xəstə təfəkkürə diqqət edin: özünü guya ermənilərin ağıllı başlarından sayan politoloq Poqosyan deyir ki, “əgər Ermənistan seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək məcburiyyətindəyik”.
Sual: Qarabağ nə vaxtdan sizin olub ki, onu Ermənistan naminə hələ bir qurban da verəsiniz?! Ermənistan qalsa da, yox olsa da, Qarabağdan imtina eləmək zorundasınız! Yəni yenə sağalmayan “Böyük Ermənistan” xəstəliyi...

*****

Nə yaxşı ki, mövcud regional və qlobal şərtlər ermənilərin irili-xırdalı bütün sərsəm arzularının üstündən yağlı xətt çəkir. O sırada yeni ordunun qurulması ən azı yaxın və orta perspektiv uçub istisnadır. Çünki kapitulyant ölkənin minimum səviyyədə özünü bərpası, hərbi güc əldə edib ayağa qalxması üçün yetərli maliyyə potensialı yoxdur, blokada rejimi davam etdikcə gözlənilmir də. Bunsuz isə normal ordu qurmaq, ən müasir, 4-cü, 5-ci nəsil silahlar almaq qeyri-mümkündür.
İrəvanın ən çox güvəndiyi Rusiya da daha öz satellitinə ucuz qiymətə və ya havayı, keyfiyyətli silahlar vermək, ordu qurmaq imkanında deyil, olmayacaq. Rusiyanın başı hələ uzun müddət Ukraynada aldığı və alacağı ağır “yaraları yalamağa”, xeyli dərəcədə sarsılmış hərbi potensialını bərpa eləməyə qarışacaq.
Qısası, zaman əsla ermənilərə işləmir. Bunu anlamaq üçün dərin siyasi savada ehtivaya yoxdur. Erməni xalqının bədbəxtliyi də normal idraka malik siyasi liderin yoxluğundadır. Ki, onu başa salsın ki, xarici sərhədlərini belə başqa dövlətin - Rusiyanın qoruduğu 2 milyonluq, yoxsul və balaca ölkəyə ordu gərək deyil. Polis qüvvələri olsa, yetər. Axı kim ona hücum eləməyə hazırlaşır? Heç kim. Yetər ki, Ermənistan yad torpaqlara göz dikməkdən əl çəksin, qonşu dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Qonşuluqda özünü qonşu kimi aparsın, terrorçu dövlət, vəhşi qəbilə kimi yox!

*****

Azərbaycan üçün isə artıq fərq eləməz. İrəvan Bakı ilə 5 məlum prinsip əsasında ya böyük sülh müqaviləsi imzalayacaq, ya da imzalayacaq! Əks təqdirdə, nələr olacağı gərək ki, xain qonşulara məlum olsun. Biz xəbərdarlığmızı eləmişik.
O halda Ermənistan adlı qondarma dövlətin öz taleyi gündəmə gələcək. Onu bu dəfə nəinki Rusiya, Qərb (ABŞ) və Avropa da xilas edə bilməyəcək. Bu, Ermənistan və onun hələ də “yuxudan ayılmayan” xəyalpərvər xalqının öz varlığını saxlamağının ən axırıncı şansıdır. “Hərb, yoxsa sülh” seçimi onundur.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Ermənistana əl verməyən KÖHNƏ NƏFƏSLİKLƏR... - Sərhədlər və dəhlizlər tezliklə açılmasa...

    Ermənistana əl verməyən KÖHNƏ NƏFƏSLİKLƏR... - ...

    2-12-2021, 10:03

  • 
  • 2022-ci il Ermənistana qarşı məhkəmə iddiaları ili olacaq... - GƏLİŞMƏ

    2022-ci il Ermənistana qarşı məhkəmə iddiaları ...

    29-12-2021, 09:16

  • 
  • Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana hədiyyə edəcək”

    Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana ...

    20-11-2013, 13:56

  • 
  • Nə Rusiya, nə də uzaq Avropa və Amerika Ermənistanı xilas edəcək... - Avropa Birliyinin 2.6 milyard avrosu isə...

    Nə Rusiya, nə də uzaq Avropa və Amerika ...

    6-10-2021, 10:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu