GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan “erməni xəyalları”nı dəfn edir: Ermənistan üçün demontaj təhlükəsi var

Paşinyan “erməni xəyalları”nı dəfn edir: Ermənistan üçün demontaj təhlükəsi var

Tarix: 22-01-2024, 21:59 Bölmə :Siyasət Baxış: 194

ABŞ və Qərbin vədlərinə arxayın olan Ermənistanın “təhlükəsizlik resepti” əslində, o qədər də qəliz deyil, rəsmi İrəvanın dövlətin gələcək mövcudluğunu təminat altına alması üçün ilk növbədə qonşu ölkələrlə normal münasibətlər qurması qaçılmazdır... Xüsusilə də, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə dinc qonşuluq münasibətləri taleyüklü məsələyə çevrildiyindən mümkün qədər sürətlə konkret addımlar atmaq məcburiyyətində qalıb, ABŞ və Qərbin geopolitik maraqları dəyişdikdəsə, bu, çox gec ola bilər...


Cənubi Qafqaz uğrunda mübarizədə dünya nəhəngləri tərəfindən “geopolitik alət” kimi istifadə olunan Ermənistan hazırda real təhlükələr qarşısında qalmış kimi görünür. Hər halda, son vaxtlar baş verən hadisələr onu göstərir ki, rəsmi İrəvan beynəlxalq himayədarları tərəfindən ciddi şəkildə dəstəklənsə də, bu, Ermənistanın geopolitik təhlükəsizliyini təmin etmək üçün qətiyyən yetərli deyil. Bu baxımdan, Paşinyan hakimiyyətinin qarşısında həlli təxirəsalınmaz xarakter daşıyan önəmli problemlərin dayandığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın əsas himayədarı rolunda ABŞ, Avropa Birliyi və Fransa çıxış edir. Ancaq nə Ağ Evdən, nə Brüsseldən, nə də Parisdən verilən çoxsaylı vədlər Ermənistanın üzərində olan “qara buludlar”ın dağıdılması üçün yetərli olmayıb. Əsas səbəbsə, Ermənistan beynəlxalq məkanda dsətəklənsə də, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik maraqlarının mövcudluğu ilə birbaşa bağlıdır. Və bu maraqlar bəzi hallarda Ermənistanın mövcudluğuna belə, təhlükə yarada bilər.

1538384900_ggg.jpg (128 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan hazırda ABŞ və Qərbin təhlükəsizlik vədlərinə arxayın olaraq, atdığı yolverilməz addımlarla həm Ermənistanın üzləşdiyi situasiyanı qəlizləşdirir, həm də zaman itirir. Halbuki, Paşinyan hakimiyyəti yaxın gələcəyi daha düzgün proqnozlaşdırmağı bacarsaydı, daha praqmatik davrana bilərdi. Belə ki, ABŞ və Qərbin vədlərinə inanaraq, onların maraqlarının reallaşdırılması prosesində “geopolitik alətə” çevrilməyin nə qədər təhlükəli seçim olduğunu nəzərə alardı. Çünki dünya nəhənglərinin geopolitik maraqları qətiyyən sabit qalmayıb, situasiyaya uyğun olaraq, müəyyən dəyişikliklərə məruz qalır. Və Ermənistan üçün də ən böyük təhlükə məhz bu faktordan qaynaqlanır.

Paşinyan hakimiyyətinin nəzərə almadığı ən ciddi məqam ondan ibarətdir ki, nəhəng dövlətlərin geopolitik maraqları dəyişəcəyi təqdirdə, Ermənistan heç kimə lazım olmayacaq. Hər halda, rəsmi İrəvan son bir neçə ildə analoji reallıqlarla bir neçə üzləşsə də, lazımi nəticə çıxartmağı bacarmayıb. Ona görə də, Paşinyan hakimiyyəti indiyə qədər Ermənstanın gələcək taleyini təminat altına almaq şanslarını bir-birinin ardınca əldən buraxıb. Və bəzi ehtimallara görə, rəsmi İrəvan bu reallığı görsə də, Qərbdən asılı vəziyyətə düşdüyündən fərqli müstəqil qərarlar verməyə cəsarət etmir.

Halbuki, Ermənistan üçün “təhlükəsizlik resepti” o qədər də qəliz deyil. Çünki rəsmi İrəvanın Ermənistanın gələcək mövcudluğunu təminat altına alması üçün ilk növbədə qonşu dövlətlərlə münasibətlərini normallaşdırmağa nail olması vacibdir. Xüsusilə də, Ermənistan Azərbaycan və Türkiyə ilə dinc qonşuluq münasibətlərinin taleyüklü məsələ olduğunu mümkün qədər sürətlə qəbul etmək məcburiyyətindədir. Əks halda, mövcud proseslərin sonrakı inkişaf istiqamətləri Ermənistanın ümumiyyətlə, demontaj edilməsinə də yol aça bilər.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də bu təhlükənin tamamilə real olduğunu anlamağa başladığını sezdirir. Hər halda, rəsmi İrəvanın Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına verdiyi reaksiya belə təsəvvürlər yaradır. Belə ki, Prezident İlham Əliyev Azərbaycana qarşı hər hansı təhlükə yaranacağı təqdirdə, dərhal sərt addımlar atılacağına yönəlik mesajlar vermişdi. Və bu, hazırda Ermənistanın hakim siyasi dairələrində açıq-aşkar şok effekti yaradıb.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyanın hakim partiyanın qapalı toplantısında Azərbaycan və Ermənistanın bir-birinə hücum etməyəcəklərinə dair qarşılıqlı təminat verməli olduğunu vurğuladığı bildirilir. Ermənstan mətbuatına sızan məlumatlara görə, erməni baş nazir hər iki qonşu ölkənin bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləməsinin önəmini də qabardıb. Və bu istiqamətdə konkret addımların atılmasının artıq vaxtının çatdığını bildirib.

Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan məhz bu mövqeyinə görə Ermənistan cəmiyyətində Azərbaycanın sifarişlərini yerinə yetirməkdə ittiham edilir. Xüsusilə də, erməni baş nazirin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövzunu yenidən gündəmə gətirməsi qızğın mübahisələrə səbəb olub. Çünki baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistanın konstitusiya islahatlarına deyil, məhz yeni konstitusiyaya ehtiyacı var. Onun fikrincə, konstitusiyanın məzmunu Ermənistanın inkişafına əngəl törətməməlidir.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)

Xatırladaq ki, baş nazir Nikol Paşinyan bir müddət öncə Ermənistan himninin və gerbinin dəyişdirilməsinin vacibliyini də gündəmə gətirmişdi. Hər iki dövlət simvolunda Ermınistanın Azərbaycan və Türkiyəyə qarşı iddialarını əks etdirən məqamlar yer alır. İndisə, erməni baş nazir məhz Ermənistanın konstitusiyasının yenilənməsində israr edir. Mövcud konstitusiyada isə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Və bu iddialar konstitusiyadan çıxarılmayana qədər Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər qurması mümkün deyil.

Ancaq rəsmi İrəvanın konstitusiyanı dəyişməsi də Azərbaycanla münasibətlərin normallaşdırılması üçün yetərli olmaya bilər. Belə ki, Ermənistanın müstəqillik barədə bəyannaməsində Azərbaycanın Qarabağ regionunun Ermənistana birləşdirilməsi tələb olunur. Bu isə rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddiasının irəli sürülməsi anlamı daşıyır. Ona görə də, rəsmi İrəvan Ermənistan konstitusiyası ilə yanaşı, müstəqillik barədə bəyannaməni də yeniləməsi lazım gələcək. Əks halda, Ermənistanın təhlükəsizliyinə tam təminat verən yekun sülh sazişinin imzalanması çətin ki, baş tutsun. Belə situasiya isə yaxın gələcəkdə istənilən hərbi toqquşmanın süni yaradılmış qondarma dövlət olan Ermənistanın ümumiyyətlə, demontaj edilməsinə səbəb ola bilər./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45

  • 
  • Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

    Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və ...

    19-11-2020, 18:54

  • 
  • Ermənistan qanlı hadisələrdə sadəcə "alət" rolunu oynayır - İNCƏLƏMƏ...

    Ermənistan qanlı hadisələrdə sadəcə ...

    16-09-2022, 13:26

  • 
  • Baydenin "genosid hədiyyəsi" Ermənistana təzyiqləri artırdı: Azərbaycan və Rusiya hərəkətə keçdi

    Baydenin "genosid hədiyyəsi" ...

    30-04-2021, 09:04

  • 
  • Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir

    Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ...

    1-02-2021, 09:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu