GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanda hakimiyyəti devirmək planı - baş tutsa nə olar?

İrəvanda hakimiyyəti devirmək planı - baş tutsa nə olar?

Tarix: 3-05-2024, 14:24 Bölmə :Siyasət Baxış: 196

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə qarşı etiraz aksiyaları keçirilir. İşğalda olan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və demarkasiya işlərinin başlamasından sonra sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri etiraza qalxıblar. 


Kənd sakinləri mütəmadi olaraq magistral yolları bağlayır, hökumətdən demarkasiya işlərinin dayandırılmasını tələb edirlər. Sakinlərin etiraz aksiyalarına erməni müxalifəti də dəstək verir, qızışdırıcı mövqe sərgiləyirlər. Məlumatlara görə, etiraz edənlərin əksəriyyəti Kirant kəndinin sakinləri yox, kənardan gələn qızışdırıcı şəxslərdir. Onlar Azərbaycana kəndlərin qaytarılması prosesinin, delimitasiya və demarkasiyanın referendum yolu ilə həyata keçirilməli olduğunu iddia edir və Ermənistan hakimiyyətindən referendum keçirilməsini tələb edirlər. Ermənistan Daxili İşlər Nazirliyinin mayın 2-də yaydığı məlumatda deyilir ki, polis Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır. “Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.

Ermənistanın baş naziri Nikol Paşinyanın isə Kirants sakinləri ilə görüşündən nəticə hasil olmayıb, etirazçılar onun vədlərinə qulaq asmayıblar. Aydındır ki, bu etirazların hədəfi sərhədlərin müəyyənləşməsi deyil, Paşinyan hakimiyyətinə qarşıdır. Əsasən Rusiyaya bağlı siyasi qüvvələr və “Qarabağ klanı” xalqdan istifadəyə cəhd göstərir. Müxalifət delimitasiyanı elə təhlükəli məsələ, proses kimi təbliğ edir ki, insanlarda xof yaranır. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçılmaz proses olduğunu başa düşür, bunun doğru proses olduğunu qəbul edir və müxaliflərə qoşulmur, etirazlara dəstək vermir. Müxalifət yolları bağlamaq, hökumət binası qarşısında aksiyalar təşkil etməklə xaos yaratmaq istəyir. Müxalifət etirazlardan yararlanmaq, etirazları böyütmək və Paşinyanı devirmək niyyətindədir. Ekspertlərə görə, indiki etiraz aksiyaları Paşinyanı hakimiyyətdən sala biləcək miqyasda deyil. Amma proseslər başqa məcraya yönələ, xarici qüvvələrin köməyi ilə, silahlı terrorla ölkədə xaos dərinləşə, Paşinyan devrilə bilər. Bəzi ekspertlər o fikirdədir ki, Ermənistanda kim hakimiyyətə gəlsə, bu prosesi ləngidə bilsə belə, dayandıra bilməyəcək.

“Demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu əraziləri mühafizə etməyəcək, bu vəzifəni Milli Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri icra edəcək”. Paşinyan İctimai Televiziyanın efirində deyib. “Sərhədin bu hissələrində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Mümkündür ki, biz suveren ərazilərimizdən çıxaq, çünki burada (Tavuş - red.) Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək”, - deyə o bildirib. “Paşinyan ərazilərdən danışanda əmin dedi ki, əllərimi kəsərəm, bir millimetr torpaqdan da əl çəkmərəm. Torpaqdan imtina etsəm, məni meydanda asın”. Ermənistan parlamentinin revanşist-müxalif deputatı Qarnik Danielyan tərəfindən səslənib. “İndi bu adam konstitusiyanı, istiqlal bəyannaməsini, bayrağı, gerbi, bir sözlə, hər şeyi dəyişək deyir. Belə getsə bir azdan artıq Alagöz dağına da (Ermənistanda ən yüksək dağ) baxmayın deyəcəklər”, - deyə erməni deputat qeyd edib. Göründüyü kimi, erməni cəmiyyətində Paşinyan haqda satqın, milli maraqlara xəyanət edən obraz yaradılmasına cəhd edilir. 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, siyasi analitik Rauf Arifoğlunun sözlərinə görə, bu proseslərin gedişində Nikol Paşinyanı devirsələr, bu, Ermənistan-Azərbaycan münasibətlərini mənfi mənada təsirləndirəcək: “Sözsüz ki, bu çevriliş neqativ yöndə münasibətlərimizə təsir edəcək. Biz Azərbaycan dövləti və toplumu olaraq heç bir halda arzu etməməliyik ki, Paşinyan devrilsin. Çünki bu dəyişiklik Ermənistanı idarəolunmaz vəziyyətə gətirib çıxara bilər və siyasi kollabs baş verər. Yox, əgər xalq özü ayağa qalxarsa, bu, başqa bir geçəklik yaradacaq. Amma hərbi elitanın iştirakı ilə çevriliş baş tutarsa, rusiyayönümlü elementlərin iqtidara gəlməsi baş verərsə, bu, yeni yol izləməsinə gətirib çıxaracaq. Yox, daha bir versiya -  Paşinyan sui-qəsdlə aradan götürülsə, o zaman da bir ayrı reallıqlar yaranacaq”. 

R.Arifoğlunun fikrincə, bütün hallarda Paşinyanın devrilməsi ilə Ermənistan-Azərbaycan münasibətlərində və danışıqlar prosesində pauza əmələ gələcək: “Biz Paşinyan hakimiyyəti ilə müəyyən nöqtəyə gəlib çıxmışıq. Hazırda Azərbaycanın arzuladığı və diktə etdiyi bir proses getməkdədir və ən əsası, vasitəçisiz danışıqlar aparırıq. Bu ikitərəfli anlaşma prosesi ötən ilin dekabrında bir razılaşma ilə başladı, sonra baş nazirlərin müavinləri səviyyəsində gedən danışıqların 8-ci görüşündə bir anlaşmaya nail olduq və hazırda delimitasiya işləri aparılır. Yəni biz istəyirik ki, Ermənistanın indiki hökuməti Azərbaycanla sülh sənədi imzalasın. Çünki bizim gündəmimiz sülh gündəmidir”. 

R.Arifoğlu hesab edir ki, əgər revanşistlər Ermənistanda iqtidara gəlsələr, o halda münasibətlərdə gərginlik yarana, pauza ola bilər, lakin bu dövr keçici bir hal daşıyacaq: “Ermənistanın gücü yoxdur, heç bir iqtidarın da ictimai dayağı olmayacaq. Rusiya rəsmilərinin bu yaxınlarda çox mühüm bir açıqlaması oldu - Ermənistandan daha çox Rusiyada erməni yaşayır. Eyni zamanda biz 44 günlük müharibənin gedişində gördük ki, ermənilər necə fərarilik edirlər, döyüşlərdən qaçırlar. Ona görə də revanşistlər gəlib nə edəcək ki?! Yəni strateji anlamda Azərbaycana bir təhdid ola bilməzlər, sadəcə, danışıqların dalana dirənməsi, münasibətlərdə fasilə mümkündür. Biz isə bunu arzu etmirik, bizim gündəmimizdə qalıcı, dayanıqlı sülhün təmin olunması, əməkdaşlığın yaranmasıdır. Bu gün Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistanın müstəqillik bəyannaməsində olan ərazi iddialarını aradan qaldırması vacibdir. Ona görə Paşinyan iqtidarının devrilməsini istəməzdik ki, sıfır nöqtəsinə qayıdaq”.

Politoloq Elxan Şahinoğluna görə, Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar: “İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə, radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda, onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxın 7 kəndinin qaytarılması haçağa  ertələndi?

    Qazaxın 7 kəndinin qaytarılması haçağa ertələndi? ...

    21-11-2020, 22:10

  • 
  • Paşinyan Azərbaycandan hansı əraziləri istəyir?..

    Paşinyan Azərbaycandan hansı əraziləri istəyir?.. ...

    22-05-2021, 10:06

  • 
  • Masallıda icra başçısının əleyhinə etiraz aksiyası keçirilir-FOTOLAR

    Masallıda icra başçısının əleyhinə etiraz ...

    21-01-2014, 17:09

  • 
  • Ermənistanda yeni etiraz aksiyası keçiriləcək

    Ermənistanda yeni etiraz aksiyası keçiriləcək ...

    21-07-2019, 15:17

  • 
  • Ermənistan kəndi Gürcüstana qaytaracaq?

    Ermənistan kəndi Gürcüstana qaytaracaq? ...

    27-03-2024, 11:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu