GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan Türkiyənin Dəstəyini İtirə Bilər

Azərbaycan Türkiyənin Dəstəyini İtirə Bilər

Tarix: 21-12-2013, 13:28 Bölmə :Siyasət Baxış: 813
Azərbaycan Türkiyənin Dəstəyini İtirə Bilər

Azərbaycan Türkiyənin əlverişli dəstəyini itirə bilər. Bu haqda Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin sammitində iştirak etmək üçün Yerevana gedən Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlunun səfərinin nəticələrini təhlil edən rusiyalı politoloq Stanislav Tarasov yazır.

İA “REX” saytında dərc olunan məqalədə deyildiyi kimi, Ahmet Davutoğlunun Yerevana səfərini əhəmiyyətli hadisələrdən hesab etmək olar. “Bu sammit istənilən başqa ölkədə keçirildiyi təqdirdə, Türkiyə bu təşkilatın üzvü kimi mütləq iştirak etməli idi. Ancaq Azərbaycanın təzyiqi ilə 2009-cu il oktyabr ayında imzalanmış, Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşdırılması və sərhədlərin açılması nəzərdə tutulan Sürix protokollarından imtinasından sonra türk siyasətçiləri Yeravandan yan keçirdilər. Bakı bu sənədlərdən çıxmayan Qarabağ məsələsini nizama qoyan protokolların bağlanmasında israrlıdır”, - məqalədə deyilir.

Müəllif xatırladır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının sammitinə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da çağırılmışdı. Ancaq o, iclasda sədrliyin onun ölkəsinə keçməsi səbəbi ilə Yerevana getməkdən imtina etdi. Onun əvəzinə Yerevana Azərbaycanın Xarici İşlər Nazirliyinin iqtisadi şöbə müdiri Şövqi Mehdizadə getdi.

“Bu da Davutoğlunu təyin olunmuş aparıcı rola çıxardı. Eyni zamanda Türkiyənin Xarici İşlər Nazirinin Ermənistanda söylədiyi məsləhətlər Məmmədyarovun iştirakı şəraitində səsləndirilsəydi, bu böyük siyasi sensasiya olardı”, - müəllif qeyd edir.

S.Tarasovun yazdığı kimi, belə bir hiss yaranır ki, ya Ankara Yerevanda səfər gününün danışıqları barədə Bakı ilə razılığa gəlməyib, ya da Azərbaycan tərəfini qane etməyən 1915-ci il soyqırımının qiymətləndirilməsi haqda bəyənatı barədə əvvəlcədən xəbərdarlıq edib.

Qara Dəniz Əməkdaşlıq təşkilatının sammiti ərəfəsində Yerevanda, Türkiyənin kütləvi informasiya vasitələrində Türkiyənin 2014-cü il üçün yeni strateji proqramı açıq şəkildə müzakirə olunurdu. Bu proqramın məqsədi əsas beş xarici siyasi “uğursuzluğa düçar olunmuş” kimi qiymətləndirilən məsələlərin müsbət həllini tapmaqdır. Türkiyənin Akşam qəzeti birinci yerdə Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi durduğunu vurğulayırdı, sonra Kiprlə əlaqələrin qaydaya salınması, İraqla dialoqların bərpası, İsraillə böhran münasibətlərdən çıxış və Suriyada seçkilər gəlir.

“ Bu baxımdan prinsipial xarakter daşıyan daha bir faktı qeyd etmək lazımdır. Ermənistan AB ilə ittifaq müqaviləsini imzalamaqla bağlı razılığını Türkiyənin sərhədləri açmağı ilə şərtləndirmişdi. Bu iqtiqamətdə Qərb bir-neçə yerdən Ankaraya təzyiq edirdi”, - Tarasov qeyd edir.

Azərbaycan Türkiyənin Dəstəyini İtirə BilərMəqalədə deyildiyi kimi, Vaşinqton Ankaraya onunla təzyiq göstərirdi ki, Türkiyə Ermənistanla sərhədləri açmasa, o, Konqresi 1915-ci il soyqırımının yaxınlaşan yüz illiyi ilə əlaqədar müvafiq addımlar atmaqdan saxlaya bilməyəcək. Tarasov yazır ki, Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarını elan edənə kimi Türkiyənin belə bir addım atacağı təqdirdə regionda vəziyyətin necə olacağını demək çətindir. Həm də onu qeyd edir ki, müəyyən kombinasiya mövcud idi və Davutoğlu bunu Yerevandakı mətbuat konfransında təsdiq etdi.

Müəllif xatırladır ki, Davutoğlunun Yerevana səfəri ərəfəsində türk KİV-lərində onun Qarabağ münaqişəsinin və Ermənistan-Türkiyə münasibətlərinin həlli yolunda təşəbbüsü əlinə alaraq çıxış etmək niyyəti barədə məlumat çıxmışdı. Söhbət Ermənistana Azərbaycanın iki rayonunu qaytarmaq təklifindən gedirdi. Bundan sonra, ya da eyni vaxtda Türkiyə onunla sərhədlərini açacaqdı. Bu hadisə ilə bağlı Davutoğlu maraqlı bəyanat verdi: “Türkiyə Ermənistana Azərbaycanın iki rayonunu geri qaytarmaq tələbini irəli sürməyib. Yuxarıda qeyd olunmuş məsələ ilə bağlı bütün xəbərlər jurnalistlərin uydurmasıdır. Bütün informasiya bu istiqamətdə keçmiş planlara əsaslanır”.

“ Belə çıxır ki, planlar olub, amma o, Azərbaycan tərəfi ilə müzakirə olubmu, məlum deyil. Müzakirə olunubsa, onda görünür, Bakı müəyyən mərhələdə, Qarabağ münaqişəsinin həlli məsələsində “kəsilmiş ssenari” ilə razılaşıb. Yox əgər müzakirə olunmayıbsa, onda bu istiqamətdə Türkiyənin böyük siyasi blefindən danışmaq olar”, - məqalədə deyilir.

Tarasov qeyd edir ki, indi Türkiyə başqa vəziyyətdədir – Ermənistan Gömrük İttifaqına qoşulur və Ankara atdığı addımları Bakı ilə deyil, Vaşinqtonla razılaşdıraraq yeni ssenarini həyata keçirir. Təsadüfi deyil ki, Davutoğlu Yerevana səfəri ərəfəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon bağlantısı qurub. Və ardınca sensasiya baş verib. Yerevanda Türkiyənin Xarici İşlər naziri Davutoğlu deyib: “1915-ci ildə ermənilərin deportasiyası humanist addım olmayıb və Türkiyə heç vaxt bu siyasəti dəstəkləməyib”. Əlavə edib: “Əminəm ki, deportasiya tamamilə səhv və humanist tədbir olmayıb”.

“Burdan vacib nəticələr çıxır: yeni türk mövqeyi Azərbaycanınkından kökündən fərqlənir. Türkiyə 1915-ci ildə baş verən faciəvi hadisələri fakt kimi qəbul edir, düzdür, onları “soyqırım” yox, “deportasiya” adlandırır”, - Tarasov yazır.

Müəllif qeyd edir ki, Ankara diasporası açıqca erməniləri iki yerə ayırmaq istəyir. “Keçmişdə erməni diasporası ilə danışıqlar təhdid və ya kəşfiyyat addımı kimi qəbul olunurdu. Diplomatlar danışıqlar yazılarsa, nə edəcəkləri haqda düşünürdülər. Ancaq indi bu onların vəzifə borclarıdır. Müəyyən vaxtdan bəri xaricə səfərlərimdə, əgər həmin ölkədə erməni icmaları varsa, onların nümayəndələri ilə görüşürəm”, - Davutoğlu dedi.

S.Tarasov hesab edir ki, Sürix sənədləri ermənilərin soyqırımı problemini “böyük siyasət”dən tarix sferasına gətirib çıxardı. “Ankara bu sənədlərin ratifikasiyasına getsə, Yerevanla diplomatik əlaqələri bərpa eləsə və sərhədləri açsa, belə, erməni diasporasını Yerevandan ayıracaq və onunla müstəqil danışıqlara gedəcək. Diasporanın Ankaradan nə kimi kompensasiya tələb edəcəyini isə yalnız təxmin etmək olar. Eyni zamanda Ankaranın kürd amilini nəzərə alaraq daxili geosiyasi sxem quracağını da istisna etmək olmaz”, - müəllif belə düşünür.

Azərbaycan Türkiyənin Dəstəyini İtirə BilərMəqəladə də deyildiyi kimi, bu o deməkdir ki, Türkiyə Qarabağ “oyun”undan çıxır və Azərbaycanla əlaqələrini yeni qaydada formalaşdıracaq. Türkiyənin Zaman qəzeti Ankaranın xarici siyasətindəki yenilikləri belə izah edir: “Türkiyə onun üzvlüyünü istəməyən, böyüyən Avropa, güclü Rusiya və öz mövqelərini möhkəmləndirən İranın məngənəsi arasında qalıb. Və siyasi-diplomatik resurslarının əsassız xərclərindən qurtulmaq üçün strategiyasında etibarlı istiqamət seçməli, əsas prioritetlərini ayırmalıdır”.

“Odur ki, Azərbaycan Zaqafqaziyada Türkiyənin dəstəyini itirə bilər. Bununla yanaşı o adəti üzrə Bakının ünvanına tərif xarakterli şüarlar səsləndirməyə davam edəcək. Ancaq bir var söz, bir də var əməl”, - müəllif yekunlaşdırır.

Məlumdur ki, 1915-ci il Osmanlı imperiyasında ermənilərin soyqırım (Armenian Genocide) faktı bir çox ölkələr tərəfindən qəbul olunub. Birinci bunu 1965-ci ildə Uruqvay edib. Uruqvaydan nümunə götürənlər: Rusiya (1995-ci il), Fransa (2001-ci il), İtaliya (2000-ci il), Almaniya (2005-ci il), Hollandiya (2004-cü il), Belçika (1998-ci il), Polşa (2005-ci il), Litva (2005-ci il), Slovakiya (2004-cü il), İsveç (2010-cu il), İsveçrə (2003-cü il), Yunanıstan (1996-cı il), Kipr (1982-ci il), Livan (1997-ci il), Kanada (1996-cı il), Venesuela (2005-ci il), Argentina (1993-cü il), Çili (2007-ci il), Vatikan (2000-ci il). Erməni soyqırımı həmçinin Avropa parlamenti və Ümumdünya Kilsə Məclisi tərəfindən də qəbul edilib. ABŞ-ın 50 ştatından 42-i rəsmi olaraq erməni soyqırımını qəbul edib və pisləyib, həmçinin 24 apreli Ermənistan xalqının soyqırım qurbanlarının xatirəsini anma günü kimi elan edib. Bir neçə Avropa ölkələrinin parlamentləri tərəfindən erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutulan qanun qəbul edilib. Amma Türkiyə əvvəlki kimi Osmanlı imperiyasında Birinci Dünya müharibəsində ermənilərin kütləvi qırğınını inkar edir ( Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasında 2 milyon erməni yaşayırmış, təqribən 1,5 milyon erməni 1915-1923-cü illərdə məhv edilib, sağ qalan yarım milyon erməni isə bütün dünyaya səpələnib).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Davudoğlu İrəvana gedir

    Davudoğlu İrəvana gedir ...

    6-12-2013, 08:26

  • 
  • Gizli Qarabağ danışıqları başladı

    Gizli Qarabağ danışıqları başladı ...

    11-12-2012, 17:24

  • 
  • Türkiyə Ermənistanla sərhədin açılması şərtini açıqladı

    Türkiyə Ermənistanla sərhədin açılması şərtini ...

    8-11-2013, 11:30

  • 
  • Davudoğlunun təyyarəsində üç erməni

    Davudoğlunun təyyarəsində üç erməni ...

    13-12-2013, 10:27

  • 
  • Davudoğlu Sərkisyanla görüşəsi olmadı

    Davudoğlu Sərkisyanla görüşəsi olmadı ...

    12-12-2013, 14:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu