“Müsavat Xalq Cəbhəsi ilə münasibəti pozmamaq, müttəfiq kimi qalmaq üçün bu addımı atdı”. Bu sözləri Müsavat Divanın üzvü Novella Cəfəroğlu Teleqraf.com-a Müsavatın Milli Şuradan çıxmaq barədə qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Müsavat güclü partiyadır və Milli Şura prezident seçkilərinə istiqamətlənən qurum idi: “Çox istəyərdim ki, Müsavatla AXCP birləşib bir partiya olsun. Amma AXCP-nin Müsavata qarşı “Facebook”da təhqirlərinə baxın. Bu hər bir müsavatçıya pis təsir edir. AXCP ilə partiyamızın müttəfiqliyi qalır, sadəcə olaraq Milli Şuradan çıxırıq. Sosial şəbəkələrə baxın, mənim haqqımda da AXCP-dən təhqirlər yağdırırlar. Başa düşürəm, demokratik dövlətdir, hamı istədiyini yazır. Amma bir ideyaya xidmət edib, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyə bilər? Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?