Ekstremal idman (djampinq) növü ilə məşğul olan rusiyalı idmançı Valeri Rozov paraşütlə Everest zirvəsindən tullanaraq dünya rekordunu qırıb.Everest zirvəsinin fəth olunmasının 60-cı illiyi ilə əlaqədar V. Rozov dəniz səviyyəsindən 7 min 220 metr yüksəklikdən özünü boşluğa atıb.
Edmund Hillari və Tensinq Norqayın dünyanın ən yüksək dağına çıxmasından tam 60 il sonra 48 yaşlı rusiyalı ekstremal yeni üğura imza atıb.
V. Rozov son illər etdiyi nəfəskəsici tullanışları ilə dünyanın diqqətini özünə çəkə bilib. O, 2009-cu ildə Kamçatka yarımadasındakı aktiv bir vulkanın içinə tullanıb. Rozov vətənə döndükdən sonra bildirib ki, o, bu işin onun üçün həm fiziki, həm psixoloji baxımdan nə qədər çətin olduğunu başa düşüb.
Qeyd edək ki, V. Rozov Everest zirvəsindən tullanmaq üçün iki il hazırlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?