Azərbaycanı boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.
71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib. Görüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb - 5:0. İdmançımız 1/8 finala yüksəlib.
Onun qardaşı Tayfur Əliyev də dünya çempionatında 1/16 final görüşünə çıxıb.
60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?