Gundemxeber.az » İdman » Paris-2024: Azərbaycan badmintonçusu mübarizəni dayandırıb
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
İdmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).
O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq./report.az
18-05-2019, 13:19
27-09-2019, 15:01
30-11-2012, 22:28
12-08-2016, 01:08
17-07-2021, 10:18
Sorğu
Yeni dizaynımız necədir?