yUkraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin iqamətgahından sənədlər tapılıb. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, sənədlər qanunların pozulması, hakimlərin satın alınması və rüşvət verilməsi ilə bağlı faktları əks etdirir.
Sənədlər dalğıclar tərəfindən sudan çıxarılıb. Yanukoviçin adamları bəzi sənədləri yandırmağa çalışıblar. Lakin kağızları tam yandırmağa vaxt qalmadığını gördükdə onları Dnepr çayına atıblar.
Sənədlərin əksəriyyəti Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevə və “Ukraynanın dirçəlişi” xeyriyyət fonduna məxsus “Tantalit” firması tərəfindən iqamətgahın tikilməsinə çəkilən xərclərlə bağlıdır. Sənədlərdən birində tenderdə qalib gəlmək üçün rüşvət verildiyi açıq şəkildə yazılıb.
Ukrayna müxalifətçiləri isə Qostomeldəki (Kiyevdən 38 km aralıda yerləşir) şəxsi anbardakı qarajların birindən ümumi qiyməti 2 milyon dollar olan 12 ədəd eksklüziv avtomobil aşkarlayıblar.
33Virtualaz.org saytı bu barədə yerli TSN kanalına istindən xəbər verir.
Müxalif fəal İqor Mazurun sözlərinə görə, bu avtomobillərin hamısı həmin qaraja fevralın 21-də gecə saatlarında gətirilib: “Bunu görən şahidlər var. Bu maşınların hamısı prezident Viktor Yanukoviçin oğlu Viktor Yanukoviçindir”.
Süjetdə deyilir ki, oğul Yanukoviç bu maşınların biri ilə – qiyməti 130 min dollar olan “Picap İnternational” maşını ilə üç il qabaq tez-tez küçələrdə görünərdi. Oğul Yanukoviçin kortejində yer alan digər sevimli maşını isə 150 min dollarlıq “Mersedes Cabriolet” idi ki, o da bu anbarda tapılıb.
Sorğu
Yeni dizaynımız necədir?