Dəməşqi ələ keçirmək üçün gizli əməliyyat ifşa edilib
İranın “Tabnak” saytının verdiyi məlumata görə, Rusiya və İran kəşfiyyatı ABŞ, Fransa, Türkiyə və ərəb ölkələrinin birgə hazırladığı məxfi əməliyyat planından xəbər tutaraq Suriyadakı terrorçu qruplaşmalara ağır zərbə endiriblər. “Kəlbətin” adlanan bu əməliyyat Putin İstanbulu tərk etdikdən dərhal sonra həyata keçirilib. Belə ki, ABŞ, Fransa, Türkiyə və ərəb kəşfiyyatı digər ölkələrdən, o cümlədən Suriyadan olan döyüşçüləri səfərbər edərək paytaxt Dəməşqə sonuncu hücuma hazırlaşıblarmış. Təxminən 10 gün öncə də Azad Suriya Ordusunun komandanı Riyad əl-Əsəd “əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə yaxın günlərdə paytaxt Dəməşqi ələ keçirmək üçün geniş əməliyyatın olacağını açıqlamışdı. Amma Rusiya və İran kəşfiyyatının birgə səyi nəticəsində bu plan tamamilə ifşa edilib. Əməliyyatlar zamanı əsasən əl-Qaidə terror təşkilatının “ən-Nusrə” qruplaşmasına ümid bəsləyən Bəşər Əsəd əleyhdarları onlara vurulan qabaqlayıcı zərbədən şoka düşüblər. Hətta bu məsələ Amerikanı o qədər qəzəbləndirib ki, “ən-Nusrə” qruplaşmasını terrorçuların siyahısına salacağı ilə hədələyib. Hazırlanan əməliyyat planına əsasən 50 minlik döyüşcü ilk öncə paytaxt Dəməşq ətrafında olan 4 hava limanını ələ keçirməli və daha sonra müxtəlif istiqamətlərdən şəhərə daxil olacaqlarmış. Amma öncədən əldə olunan məlumatlar əsasında terrorçuların toplaşdığı yerləri və onların məxfi silah anbarlarını müəyyənləşdirən Suriya ordusu, qarşı tərəfi demək olar ki, tamamilə məhv edib. Saytın yazdığına görə, ordunun keçirdiyi əməliyyatlar zamanı 50 minə yaxın terrorçu öldürülüb, minlərlə döyüşçü isə ölkənin şərqindəki çöllərə qaçmağa məcbur olublar. Suriya və müttəfiqlərinin bu nailiyyəti qarşı tərəfi elə çətin duruma salıb ki, bununla bağlı olan xəbərləri tam şəkildə senzura etmək məcburiyyətində qalıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?