GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bəşər Əsəd supergücləri savaşa sürükləyir

Bəşər Əsəd supergücləri savaşa sürükləyir

Tarix: 30-01-2013, 10:27 Bölmə :Dünya Baxış: 901
Bəşər Əsəd supergücləri savaşa sürükləyir

Rusiya və İran Qərbi dünya müharibəsiylə hədələdi

Suriya böhranı ətrafındakı proseslərin gedişatı bölgə üçün iri hərbi qarşıdurmalar vəd edir. Bölgədə davamlı olaraq, irimiqyaslı hərbi proseslər cərəyan edir. İndiki məqamda Suriyada Bəşər Əsəd rejiminin və tərəfdarlarının, nə də onun düşmənlərinin geri çəkilmək niyyəti görünmür.
Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Bəşər Əsədin hakimiyyətdən getməsi Suriya danışıqlarında ilkin şərt deyil” açıqlamasından sonra onun təmsil etdiyi ölkənin, son onilliklərin ən böyük hərbi dəniz təlimlərinə başlaması, rəsmi Moskvanın aqressiv niyyətlərindən xəbər verir.
Rusiya dünəndən etibarən Aralıq dənizində və Qara dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Yanvar ayının 29-na kimi davam edəcək hərbi təlimlərdə Rusiyanın Şimal, Baltik, Qara dəniz və Sakit Okean hərbi donanmalarının 20-dən çox döyüş, patrul və digər növlərdən olan gəmiləri iştirak edəcək. Bu hərbi manevrlər Rusiyanın SSRİ dağıldıqdan sonra keçirdiyi ən böyük təlimlər hesab edilir. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hərbi təlimlərdə “Moskva” kreyser gəmisi, “Severomorsk” sualtı müdafiə gəmisi, “Smetlivıy” və “Yaroslav” patrul gəmiləri, həmçinin “Saratov”, “Azov”, “Kaliningrad” və “Aleksandr Şabalin” adlı iri təyyarədaşıyan gəmilər, o cümlədən, hərbi hava qüvvələrinin vasitələri iştirak edəcək.
Nazirlikdən bildirilib ki, hərbi təlimlərin bir hissəsi Aralıq dənizinin Suriya dəniz sularına yaxın ərazilərində həyata keçiriləcək. “İnterfax” informasiya agentliyinə danışan nazirlik səlahiyyətlisi hərbi təlimlərin əsas məqsədinin hərbi birliklərin savaşa hazırlıq səviyyəsini müəyyən etmək və uzaq dənizlərdə müxtəlif dəniz qüvvələri arasında koordinasiyanı gücləndirmək olduğunu söyləyib.
Yuxarıda da qeyd etdik ki, indiki halda heç kim geri çəkilmək istəmir. Rusiya və İranın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Türkiyə NATO-nun “Patriot” raketdən müdafiə sistemlərinin Suriya sərhədində yerləşdirmə prosesinə başlayıb. Diqqət yetiriləsi əsas məqam da təlimlərin məhz “Patriot” raketdən müdafiə sistemlərini gətirən ilk gəminin Türkiyə sahillərinə yaxınlaşdığı bir vaxtda başlamasıdır. Türkiyənin Suriyadan ehtimal edilən raket hücumu təhlükəsinə qarşı NATO-dan istədiyi “Patriot” sistemlərini daşıyan ilk gəmi İskəndərun körfəzinə gəlib. Almaniyadan gələn və Danimarka bayrağı altında üzən “Suecia Seaways” adlı gəminin boşaldılmasına başlanılıb. Hollandiyadan gələn “Lovise Russ” adlı gəmi isə dünən axşam saatlarında İskəndərun limanına 4 millik məsafəyə qədər yaxınlaşıb.
Rusiya isə “Patriot” sistemlərinin Ankaranın iddia etdiyi kimi heç də, yalnız müdafiə xarakterli olması ilə razılşamır. Moskva “Patriot” sistemlərinin Türkiyə-Suriya sərhədində yerləşdirilıməsinin sülhə xidmət etməyəcəyi, əksinə, gərginliyi daha da artıracağı fikrindədir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç də Türkiyə-Suriya sərhədində "Patriot" raket qurğusu yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib: "Rəsmi Moskva Türkiyə-Suriya sərhədinin hərbiləşdirilməsini həyəcan siqnalı hesab edir. Biz artıq Türkiyəyə xəbərdarlıq etmişik. İndi mənə bunu şərh etmək çətindir. Lakin birmənalı olaraq deyə bilərəm ki, Türkiyə öz potensialını, dialoqu başlatmaqdan ötrü Suriya müxalifətinə təsir etmək üçün istifadə etməlidir, əzələlərini şişirdib, vəziyyəti daha da təhlükəli etmək üçün deyil".
Suriyanın digər bir müttəfiqi İran isə “Patriot” məsələsində daha aqressiv və təhlükəli bəyanatları ilə gündəmə gəlir. İran Sılahlı Qüvvələrinin Baş qərargah rəisi Həsən Firuzabadi Türkiyə-Suriya sərhədinə yerləşdiriləcək ”Patriot”ların bir dünya müharibəsinə zəmin hazırlayacağını söyləyib. İranlı general “Patriot”ların “Avropanı udacaq bir dünya müharibəsinə səbəb ola biləcəyini” də dilə gətirib. Bir sözlə, bu region Suriya böhranının başlanmasından buyana müharibəyə bu qədər yaxın olmayıb.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Bəşər Əsədin evini bombalayacaq

    ABŞ Bəşər Əsədin evini bombalayacaq ...

    6-09-2013, 13:59

  • 
  • İran və Rusiya birgə hərbi təlimlərə hazırlaşır

    İran və Rusiya birgə hərbi təlimlərə hazırlaşır ...

    1-07-2013, 17:54

  • 
  • Rusiya Xəzərə döyüş gəmiləri gətirdi

    Rusiya Xəzərə döyüş gəmiləri gətirdi ...

    4-09-2014, 20:55

  • 
  • SİYASƏT Azərbaycanın hərbi gəmiləri Mahaçqala limanında

    SİYASƏT Azərbaycanın hərbi gəmiləri Mahaçqala ...

    29-07-2015, 13:47

  • 
  • Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb

    Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb ...

    7-12-2012, 16:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (481)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu