GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran Qafqazı viran görmək istəyir...

İran Qafqazı viran görmək istəyir...

Tarix: 16-12-2012, 13:23 Bölmə :Dünya Baxış: 756
İran Qafqazı viran görmək istəyir...
Tehranda çoxları hələ də Türkmənçay müqaviləsi – Cənubi Qafqazın itirilməsilə barışa bilmir

gundemxeber.az Ağ Ev İranla münasibətlərdə hərarəti aşağı salmaq imkanları axtardığı bir məqamda Vaşinqtonda siyasətçilər administrasiyanı Cənubi Qafqazdakı müttəfiqlərinin təhlükəsizliyi və özünün geodiyasi-iqtisadi maraqlarını İslam Respublikasının mümkün zərbələrindən qorumağa səsləyirlər. Bir qayda olaraq, bu səpkili çağırışlarda ötən il İrana bağlı qüvvələrin Gürcüstan və Azərbaycanda Qərb diplomatlarına qarşı həyata kecirdiyi idddia olunan terror cəhdinə istinad edilir. Bir sıra yerli təhlilçilər narahatdırlar ki, İran hakimiyyətinin hərbi ritorikası onunla nəticələnər ki, vəziyyət hətta Tehranın özünün də nəzarətindən çıxar və iranlılar Qafqazda “tarixi imperiya iddialarını reallaşdırmaq” niyyətinə düşərlər...

Niyə məhz Qafqaz?

İranın iddia olunan nüvə planlarında “qapı qonşunun “payı” nə qədərdir? “Təbii” maraqlar? Amerika Sahibkarlıq İnstitutunun eksperti, prezident Buş administrasiyası dövründə Müdafiə Departamentinin İran və İran tematikası üzrə müşaviri olmuş Michael Rubinə görə, Cənubi Qafqazda Qərblə İran arasında münaqişə varsa, bu, Tehranın regiona, xüüsusilə qonşusu Azərbaycana “qonşu gözü ilə” baxmaması və onun suverenliyinə hörmət etməməsindən qaynaqlanır.
Cənab Rubin ötən həftə Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsində təşkil olunan “İranın Cənubi Qafqaza təsiri və ətraf region” mövzusunda dinləmələrdə çıxış edib. Onun fikrincə, İslam inqilabının Qafqaza ixracı “təbii düşmən” İranın əsas məqsədi olaraq qalır.“İran regional səylərini xüsusilə Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir. İran hakimiyyəti öz nüfuzunun artırılması üçün bir çox mümkün vasitələrdən, məsələn xeyriyyə fəaliyyətindən istifadə edir”, deyib cənab Rubin. Təhlilçi fikirlərini belə izah edib ki, Tehran kifayət qədər təsir vasitlələri, məsələn, din xadimləri hazırlayıb ki, onlar da Qafqazda, xüsusilə Azərbaycanda problemlər yaratmaq iqtidarındadırlar. Məqsəd, onun fikrincə, regonu nüfuz dairəsinə qaytarmaqla, İranlıların nəzərində “tarixi ədaləti bərpa etməkdir”.
“İranda çoxları hələ bu gün 1828-ci ilin Türkmənçay müqaviləsini – Cənubi Qafqazın itirilməsilə nəticələnən indiki Rusiya-İran anlaşmasını tarixin haqsız səhvi kimi görürlər və onların nəzərində bu region ərazi iddiaları üçün mənbə olmasa da, hər halda, ən yaxın uzaqdır və İraınn bura həm iqtisadi, həm siyasi həm də diplomatik nəzarət etməyə hamıdan artıq haqqı çatır”, deyir təhlilçi.
“Bakıda rəsmilər və adi insanlar bunu unutmamalıdırlar”, - o daha sonra vurğulayıb. “Qafqaz İran qüvvələrinə qarşı çıxsa da, Qərblə ittifaqdan daha çox qazanır, nəinki İranla”, təhlilçi əlavə edir..

Sui-Qəsdlər...

Rubin kimi, bir sıra Vaşinqton təhlilçilərinə görə, İranın terrorizmin əsas sponsoru olduğunu nəzərə alaraq, onun qonşu ölkələrə qarşı da sui-qəsdlərinin təhrik olunması ilə məşğul olmasına təəccüblənməyə dəyməz. 2008-ci ildə Azərbaycanın təhlükəsizlik orqanları İsrailin Bakıdakı səfirliyini partlatmağı planlaşdıran terrorçu qrupların üzvlərini ələ keçirib. Bundan əvvəl 2001-ci ildə isə İran katerləri Xəzərdə Azərbaycanın neft-kəşfiyyat gəmisini İranın ərazi sularını pozmaqda ittiham edərək, ona hücum etdilər.
2009-cu ildə isə İranın Xəzərdə Azərbaycanın ərazi sularında neft buruğuna yaxınlaşması Bakını məsləhət üçün Vaşinqtona müraciət etməyə vadar etdi. Region üzrə ekspert Brenda Shafferin fikrincə, bütün bunların arxasnda duran İranın Qafqazda dörd əsas marağı var: Öz şimalında ən böyük etnik azlıq sayılan azəraycanlıların ölkə daxilində yarada biləcəkləri qeyri-sabitliyi əngəlləmək, Qərbin regiona təsir imkanlarını məhdudlaşdırmaq, regional ticarət və nəzarət medotlarını genişləndirmək, eləcə də nəqliyyat və enerji layihələri vasitəsilə bölgəyə çıxış vasitələrini əldə saxlamaq.

Sözdə müsəlman?

Xanım Shafferə görə, İran rejimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur. Azərbaycanla din yaxınlığına baxmayaraq, Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir. “Fikir versəniz, Yerevan vaxtaşırı olaraq İranın Qarabağ nizamlamasında geniş iştirakının vacibliyini vurğulayır və bu ölkənin münaqişədə mövqeyini alqışlayır”, deyib təhlilçi...
Onun fikrincə, İranın birbaşa yardımları və nəqliyyat yolu olmasa, Ermənistan “Qarabağın işğalı ilə bu qədər dözüm gətirə bilməzdi”. Bütün bunlardan ən çox əziyyət çəkənlər isə Bakı ilə yanaşı, İran daxilindəki azərbaycanlılardır, belə ki, onlar baş verənlərə müdaxilə imkanı xaricindədirlər...

Azərbaycanlılar...

Bu yaxınlarda Konqresin Nümayəndələr Palatasına İrran azəriləri iıə bağlı qətnamə layihəsini (H. CON. RES. 137) təqdim etmiş Konqresmen Dana Rohabacher isə ötən həftə Kapitolidəki dinləmədə Tehran hökumətini “qanqster rejim” adlandıraraq azərbaycanlı əhalinin hüquqlarının kobud şəkildə pozmaqda ittiham edib.
“Dünya anlamalıdır ki, Azərbaycan xalqı Azərbaycanla İran arasında bölünüb və əgər istəsə öz müqəddəratını təyin etmək, öz suveren ölkəsini yaratmaq hüququ var”, deyib Konqresmen BBC-Azərbaycancaya. Bu ilin avqust ayında, o, dövlət katibi Hillari Klintona yazaraq məsələyə ABŞ Administrasiyasının münasibət bildirməsini istəmişdi...
Eyni zamanda, onun fikrincə, bu, Vaşinqtondakı bürokratların və ya İrandakı molla diktaturasının işi deyil, azərbaycanlıların özlərinin işidir. Hələ ki, Konqresmenin qətnaməsi Xarici Əlaqələr Komitəsində gündəmə gəlməyib, amma cənab Rohabacher gələn ilin əvvəlində Komitədə Avrasiya regionu üzrə alt-Komitənin boş qalmış sədri vəzifəsinə seçiləcəyinə ümid edir və deyir ki, bu baş tutsa, mövzunu asanlıqla həmkarları arasında qaldırmaq imkanı olacaq.
Eyni zamanda, təhlilçi Rubin İran azərbaycanlılarının kifayət qədər birləşdiyinə inanmır. “Yada salmaq kifayətdir ki, bu ölkənin ali dini rəhbəri Əli Xamneyi etnik azərbaycanlıdır”, o deyir. İrana qarşı hərbi aksiya ona gətirib çıxaracaq ki, “bu gün öz hökumətinin əleyhinə çıxan iranlılar İran bayrağının ətrafında birləşəcəklər”, Rubin belə hesab edir.

Vaşinqtonun siyasəti...

Bəs Vaşinqton rəsmiləri İranın regional hədələri barədə nə düşünürlər? BBC-Azərbaycancaya danışan Dövlət Departamentinin dövlətlərarası münasibətlər üzrə məsləhətçisi John Sitilidesə görə, adətən çətin qonşuluqda da qonşular təxribatçı əməllərdən daha çox öz ailəvi və qonşuluq maraqlarını üstün tuturlar.
Onun fikrincə, Tehranın davranışı və ya buradakı rejim dəyişmədikcə Bakı ehtiyatlı olmalı, təxribatdan uzaq durmalıdır. Eyni zamanda, mütəxəssis əlavə edib ki, NATO-nun üzvü olan və İranla səmimi münasibətləri olan Türkiyə kimi digər qonşular qeyri-sabit geosiyasi vəziyyət fonunda Azərbaycanın regional balansı qoruyub saxlamaq səylərini dəstəkləyə bilərlər.
Konqressmen Dan Burton Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin Avropa və Avrasiya məsələləri üzrə alt-Komitə sədridir. O, bu yaxınlarda Azərbaycan və Ermənistan və Gürcüstana səfərdən qayıdıb. BBC-Azəraycanca ilə söhbətində Konqressmen deyib ki, İran məsələsi onun yerli lderlərlə müzakirələrinin ana xəttini təşkil edib.
“Mən şübhə etmirəm ki, İranın regional siyasəti onların özlərinin təbirincə, Qərbin yumşaq yeri hesab etdikləri hədəflərə hücum etmək üzərində köklənib”, deyir Konqressmen. Beləcə, Tehranın məqsədi, onun fikrincə, regionun geosiyasi reallıqlarından bəhrələnmək və Qərbin sanksiyalarından yayınmaqdır. “Qafqazda İran hədəsi bu regionun bizim üçün siyasi əhəmiyyətini xatırlamağa kifayət edir”, əlavə edib Konqressmen.

Ələkbər Raufoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerikalı ekspertlər İran-Azərbaycan münasibətləri barədə

    Amerikalı ekspertlər İran-Azərbaycan ...

    7-12-2012, 11:14

  • 
  • ABŞ-İrana müharibəsi başlayır

    ABŞ-İrana müharibəsi başlayır ...

    25-07-2013, 10:07

  • 
  • İran parlamentində rəsmi Azərbaycan təhdid edildi

    İran parlamentində rəsmi Azərbaycan təhdid edildi ...

    11-04-2013, 10:04

  • 
  • Obama İrana xəbərdarlıq etdi

    Obama İrana xəbərdarlıq etdi ...

    18-01-2016, 11:25

  • 
  • ABŞ vitse prezidentindən şok bəyanat

    ABŞ vitse prezidentindən şok bəyanat ...

    13-03-2013, 10:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu