GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ-da vətəndaş olmaq

ABŞ-da vətəndaş olmaq

Tarix: 12-02-2013, 10:35 Bölmə :Dünya Baxış: 901
ABŞ-da vətəndaş olmaq

Vətənə bağlılıq bir parça kağızla ölçülmür

Birləşmiş Ştatlar təşəkkül tapandan bəri mühacirət başlıca debat mövzularından biri olub. Ötən bir neçə ildə ispandilli mühacirlərin ölkəyə axını məsələni xeyli aktuallaşdırıb. Bir çox təhlilçilər güman edirlər ki, Respublikaçı namizəd Mitt Romninin seçkilərdə prezident Barak Obamaya uduzmasına əsas səbəb məhz onun qeyri-qanuni mühacirətlə bağlı tutduğu mövqe oldu. Belə ki, Romninin qeyri-qanuni mühacirlərə qarşı sərt mövqeyi ispandillilər arasında Barak Obamaya 71% səs qazandırdı ki, Amerikanın dəyişkən demoqrafiyası fonunda bu faktor seçkilərin taleyini həll etdi. Baxmayaraq ki, Romni ağlar arasında səs çoxluğu qazanmışdı (59%), onun etnik azlıqlar arasında göstəriciləri Respublikaçılar partiyasını Ağ Evə növbəti dörd ilə həsrət qoydu.
Seçkilərin ardınca həm Respublikaçılar, həm də Demokratlar anlayırlar ki, mühacirət məsələsi ilə bağlı nəsə etmək lazımdır. Təxminlərə görə Amerikada hazırda 10 milyondan çox qeyri-qanuni mühacir yaşayır ki, onların ölkədə hüquqi statusu yoxdur. Bu, isə o deməkdir ki, onlar normal qaydada işləyə, təhsil ala, bir sözlə cəmiyyətin əksər imtiyazlarından yararlana bilməzlər. Demokratlar təklif edirlər ki, Amerikada uzun müddət yaşamış adamlara vətəndaşlıq əldə etmək üçün yol xəritəsi verilsin. Təklifin əleyhdarları isə hesab edirlər ki, Amerikaya qeyri-qanuni gəlmiş adamlara vətəndaşlıq vermək gələcək qanunsuzluqlara rəvac vermiş olur və özbaşınalığa haqq qazandırır.
Washington Post qəzetində debatın tarixi köklərinə nəzər salan Elizabeth Cohen hələ Amerika dövlətinin ilk günlərində bu məsələnin gündəmdə olduğunu yazır. “18-ci əsrdə ABŞ-da qeyri-qanuni mühacir yox idi, amma burada çox sayda daha təhlükəli bir qrup adam var idi ki, onlar Amerika Birləşmiş Ştatlarının mövcudluğuna hədə törədirdilər. Bunlar Amerika İnqilabı zamanı Britaniya kralı tərəfində vuruşmuş Loyalistlər idi. Cohenin yazdığına görə Loyalistlər həmin vaxt Amerika əhalsinin 20 faizini təşkil edirdilər. Təsəvvür edin ki, hər beş nəfərdən biri yeni dövlətdə yaşamağa haqq etməmiş adamlardan ibarət idi. Bəs hökumət problemi necə həll etdi? 1805-ci ildə Ali Məhkəmə bu adamlara vətəndaşlıq verilməsi barədə qərar çıxardı. Qərar ona əsaslanırdı ki, koloniylar hələ müstəqilliyi müzakirə edəndə artıq bu insanların vətəndaşlıq əldə etməyə ixtiyarları çatırdı. Bir az qəribə səbəbdir, amma Amerikanın kompromisə söykənən siyasi mədəniyyətinə büsbütün uyğun gəlirdi.
Ali Məhkəmənin qərarı əslində vətəndaşlıq üçün yeni fəlsəfi formul yaratdı: vaxt+yaşam+yaxşı mənəvi xarakter. Həmin vaxtdan bəri Amerikada vətəndaşlıq və mühacirət qaydaları çox dəyişib. Amma bu üç amil həmişə vətəndaşlığın özəyində dayanıb. Amerikada vətəndaşlıq almaq istəyən adam bir müddət bu ölkədə yaşamalı, bu vaxt ərzində onun dəyərlərini əxz etməli və vətəndaşlığa layiq normal adam olmalıdır. Vətəndaşlıqdan öncə müəyyən edilən 5 il ərzində adam bu cəhətlərə malik olduğunu göstərirsə onda həmin adama vətəndaşlıq verilir.
Məhkəmə kimi ABŞ-ın ilk Konqresi də bu fikirdə idi ki, vətəndaşlıq insanın Amerikaya sədaqəti ilə uzlaşmalıdır, və bunun əsas şərti ölkədə yaşayıb onun dəyərlərini qəbul etməkdir. Gələcək prezident Ceyms Madison Virciniya Konqresmeni kimi yoxlama periodunun tərəfdarlarından idi. Madison deyirdi ki, bu cür gözləmə müddətləri mühacirlərin amerikalılaşmasına yardım göstərir və onlarda seçdikləri yeni vətənə sədaqət hissini aşılayır. Bu fikirlə razılaşan Teodor Zedvik hesab edirdi ki, gözləmə müddəti həm də mühacirlərə “köhnə rejimlərdə bəslədikləri dəyərlərlə vidalaşmağa və xalis respublikaçılığı ürəkdən qəbul etməyə” sövq edər. Bu müddətdə yeni dünyanın dəyərlərinə yiyələnən adamlardan həqiqi mənada yaxşı vətəndaş çıxar. Məhz Amerikada doğulan adamlara avtomatik vətəndaşlıq statusunun verilməsi və prezidentlik üçün tələb olunan Amerikada doğulmaq şərti də bu fəlsəfədən qidalanır: Əgər bu torpaqda dünyaya göz açmısansa, ona və onun dəyərlərinə şəksiz bağlılığın var.
İndi Amerikada qeyri-qanuni mühacirlərlə bağlı debatda nə kimi addımlar atılacağını proqnozlaşdırmaq çətindir. Amma bütün hallarda Konstitusiyanın məramları aydın edir ki, vətəndaşlıq sadəcə vəsiqə, kağız pasport yox, insanın mənəvi dəyərlərini əks etdirən bir məfhumdur. Amerikalıları etnik, irqi yaxud dini mənsubiyyətlər birləşdirmir, fundamental siyasi azadlıqlara və demokratiyaya inanc kimi dəyərlər birləşdirir. Ölkənin gələcək rifahı naminə müəyyən edilməli olan başlıca kriteriya da insanların dəyər testindən keçib-keçə bilməməsidir.
Əsgər Möhsümoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Barak Obamaya şüşədən sipər çəkildi - FOTOSESİYA

    Barak Obamaya şüşədən sipər çəkildi - FOTOSESİYA ...

    20-06-2013, 11:45

  • 
  • Prezident İlham Əliyev Barak Obamanı təbrik edib

    Prezident İlham Əliyev Barak Obamanı təbrik edib ...

    3-08-2016, 21:06

  • 
  • Obama və respublikaçılar razılığa gəlmədilər

    Obama və respublikaçılar razılığa gəlmədilər ...

    11-10-2013, 10:46

  • 
  • Qorbaçov Kiyevdəki hadisələrlə bağlı Putin və Obamaya müraciət etdi

    Qorbaçov Kiyevdəki hadisələrlə bağlı Putin və ...

    23-01-2014, 15:58

  • 
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu