Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar olaraq fövqəladə vəziyyət və komendant saatı elan olunub. TRT telekanalında bununla bağlı açıqlama verilib. Milli.Az DHA-ya istinadən bildirir ki, lakin az öncə Türkiyənin Müdafiə Nazirliyi bəyanat yayaraq bu açıqlamanın qanunsuz olduğunu vurğulayıb. "Qiyamçılar TRT binasına soxularaq belə bəyanatı diktora oxutdurublar. Bəyanat mənasızdır. Ölkədə Konstitusiyanı və demokratiyanı qorumaqü üçün bütün gərəkli addımlar atılacaq", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?