Suriyada İŞİD-in tərkibində döyüşən 3 tunisli döyüşçü qruplaşmadan ayrılaraq müxaliflərin nəzarətindəki İdlibə gəlib. Rakka şəhərinin Tabka mahalından gələn Əbuzər Tunusi, Bilal Şuvaş Tunusi və Əbu Hammam Tunusi adlı terrorçuların İŞİD-də yüksək vəzifə tutduqları bəlli olub. Əbuzər və Bilalın daha öncə Tabka hərbi bazasının rəhbəri olduqları bildirilib. Adıçəkilən şəxslər İŞİD-in güclü və zəif nöqtələrini bildiklərini, bunları zamanı gəldikdə açıqlayacaqlarını vurğulayıblar. Qeyd edək ki, İŞİD-dən ayrılmağın cəzası ölümdür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?