Trump-ın çoxdankı həkimi Harold N. Bornstein müsahibələrində onun saç uzanması üçün prostat dərmanı qəbul etdiyini bildirib.
Trump bundan başqa, dəri problemi sayılan çəhrayı civzələrə qarşı antibiotik və qanda xolesterol və lipidlərin miqdarını azaltmaqdan ötrü statin qəbul edir. Bornstein həmçinin deyib ki, Trump infarkt riskini azaltmaq məqsədiylə hər gün uşaq aspirini içir. Həkim Trump-ın sağlam olduğunu, onun "ən müasir" tibb xidmətindən yararlandığını deyib. 70 yaşlı Trump ən yaşlı prezidentdir. Bornstein-ın dediklərinə aydınlıq gətirmək istəməyən Ağ Ev rəsmiləri onun hələ də Trump-ın həkimi olub-olmadığını da söyləməyiblər. “TRUMP-IN HƏKİMİ”
Trump-ın hər gün kiçik dozada qəbul etdiyi "Propecia" adı ilə satılan finasterid preparatı prostat mənşəli PSA antigeninin miqdarını azaldır. Bu preparatdan kişi keçəlliyinin önlənməsində istifadə olunur. PSA antigeninin azalması həm də xərçəng riskini aşağı salır. 69 yaşlı doktor Bornstein Tufts və Yale kimi universitetlərdə təhsil alıb. O, 1980-ci ildən bəri həkimliklə məşğuldur. Bildirib ki, Trump prezident olandan onunla əlaqəsi kəsilib və Ağ Ev əməkdaşlarından heç kim ondan Trump-ın tibbi qeydlərini istəməyib. Həkim həmin qeydləri 36 ildir ki, saxladığını deyir.
Doktor Bornstein-ın sözlərinə görə, Trump 1980-ci ildən bəri hər il onun klinikasına ümumi müayinəyə gəlib. Bundan əvvəl Trump Bornstein-ın atası doktor Jacob Bornstein-ın xəstəsi olub. Həkimin sözlərinə görə, o, indi dostlarının ona diqqətinin artmasından, ona "Trumpın həkimi" kimi yanaşılmasından məmnundur. O, mətbuatın buna görə onu "ələ salmasından", ofisinin pəncərəsinə daş atılmasından və küçədə insanların onu görəndə qışqırmasından narazılığını da gizlətməyib. “AĞ EVİN HƏKİMİ OLMALYAM”
Seçki kampaniyası dövründə məşhur “əgər seçilərsə, cənab Trump ən sağlam prezident olacaq" bəyanatını verən də məhz doktor Bornstein idi. Səkkiz ay sonra o, həmin məktubu, Trump-ın göndərdiyi limuzin qapısının ağzında gözlərkən, tələsik yazdığını deyərək çaşqınlıq yaratmışdı. Doktor Bornstein vaxtaşırı Trump-ın birinci və üçüncü arvadlarının da həkimi olduğunu, vaxtaşırı ikinci arvadına da xidmət göstərdiyini söyləyib. Təqribən bir ay öncə, Bornstein Trump-ın katibi Rhona Graff-a deyib ki, "Mən Ağ Evin həkimi olmalıyam. Ronald Reagan və George H. W. Bush kimi keçmiş prezidentlər öz həkimlərini Ağ Evə gətiriblər..." Bornstein Trump-ın andiçmə mərasiminə də dəvət olunub. Amma o, mərasimdə elə də xoş anlar yaşamadığını söyləyib. Belə ki, mərasim zamanı kürsüdə oturdulacağını gözləyirmiş, ancaq ona oturmaq təklif edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?