Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin 15 iyul gecəsi dövlət çevrilişinə cəhd edənlər tərəfindən atəşə tutulmasının görüntüləri yayılıb.
gundemxeber.az bildirir ki, APA TV-nin məlumatına görə, nazir helikopter və F-16-lar tərəfindən atəşə tutulan Türkiyə Böyük Millət Məclisinə gələrkən ölümlə üz-üzə qalır. Nihat Zeybəkçi parlamentə gələrkən oğlu və mühafizəçiləri yanında olur. Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdəonun divarın arxasında gizləndiyi də görünür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?