iki təcridxana mərkəzində 10 mindən 20 minədək adam saxlanıla bilər. Beynalxalq hüquq müdafiə təşkilatı Suriya paytaxtı Dəməşq yaxınlığındakı Saydnaya hərbi həbsxanasında edam və işgəncələr barədə apardığı araşdırmanın nəticələrini açıqlayıb. Amnesty International təşkilatının yaydığı hesabatda deyilir ki, 2011-2015 illər arasında məhkəmədənkənar qərarlara əsasən 5 mindən 13 minədək məhbus edam olunur. Hesabatın yekunları, o cümlədən həbsxananın sabiq işçilə məhbusların ifadələrinə əsaslanır. "Suriya hökumətinin sanksiyası olmadan bu dərəcədə sistemli və miqyaslı fəaliyyətin həyata keçirilməsini təsəvvür etmək çətindir", - sənədin müəllifləri bildirir. Amnesty International Saydnaya məhbəsində qanun pozuntuları ilə bağlı sənədləri bir il ərzində təhlil edib. Təşkilat 2015-ci ildən başlayaraq 2016-ci ilin sonunadək 31 məhbusla yanaşı, sabiq həbsxana əməkdaşları, hakim, vəkil, mühafizəçi və tibb işçilərindən müsahibə alıb. Bununla yanaşı hesabat müəllifləri Suriyada həbsxana sistemi üzrə 17 yerli və beynəxalq mütəxəssislə danışıblar. Amnesty International 2015-ci ildən sonra edamların icra olunub-olunmayacağı barədə dəqiq məlumata malik olmadığını bildirir. hökuməti Aİ əməkdaşlarına ölkəyə daxil olmağı qadağan edib. Hərçənd ki, hüquq müdafiə qrupu Saydnaya həbsxanasına hazırda da məhbusların göndərildiyini və əl-Kabun (Dəməşqin rayonu) məhkəməsində "məhkəmələr"in davam etdirildiyini qeyd edir. "Edamların dayandırıldığını deməyə heç bir əsas yoxdur", - hesabatda vurğulanır. "Çox güman ki, 2015-ci ilin dekabr ayından bəri minlərlə adam edam olunub". Hüquq müdafiə qrupu "Saydnaya hərbi həbsxanasında məhkəmədənkənar edam və qırğın metodlarının müstəqil və qərəzsiz araşdırılmasına" səsləyir. "Ölüm cəzaları prezident Bəşər Əsədin adından çıxış etmək səlahiyyətlərinə malik Suriyanın baş müftisi, müdafiə naziri və yaxud da Baş Qərargah rəisi tərəfindən çıxarılır", - hüquq müdafiə qrupunun hesabatında deyilir. Sənədə əsasən məhkəmələr bir dəqiqədən 3 dəqiqəyədək vaxt tutur. Ölüm cəzası kəsilən məhbusları başqa mülki həbsxanaya keçirmək bəhanəsilə kameradan aparırlar. Lakin daha sonra onları Saydnaya həbsxanasının zirzəmisinə apararaq vəhşicəsinə döyürlər, şahidlərdən biri deyib. Fotonun müəllifiAMNESTY INTERNATİONAL/ FORENSİC ARCHİTECTURE "Biz onları cərgəyə düzüb aşağıdakı kameraya aparırdıq... Onlara oturmaq icazəsi verilmirdi... Biz onlara qışqırmağa başlayırdıq... Onları döyürdük... Onların artıq öləcəyini bilirdik deyə, onlara qarşı istədiyimizi edirik".
Hesabat müsahiblərindən birinə əsasən hər həftə, bəzən də hər gün yetirilən xəsarət, işgəncə, xəstəlik, susuz və ya ac qalma nəticəsində məhbuslar arasında kimsə ölürdü. "Bu müddət ərzində [fevral 2014-cü ilin iyun ayına kimi] kamerada kimsə ölürdü. Biz yorğana bükülmüş cəsədi qapının qarşısına qoyurduq. Səhər keşikçi gəlirdi... Keşikçi "Meyit varmı?" soruşurdu. Şaviş [kamera üzrə böyük] "bəli" deyə cavab verirdi. Onda onlar cəsədi aparırdılar", - hesabatda Kərim adlı sabiq məhbusun sözlərindən iqtibas çəkilir. 2011-ci ildə başlayan vətəndaş müharibəsinin əvvəlindən Amnesty İnternational qrupunun əməkdaşlarına Suriyaya daxil olmaq qadağan edilib. Buna görə müsahibələrin çoxu Türkiyə ərazisində və yaxud da telefonla aparılıb. Hesabatda cəmi 84 şahiddən müsahibə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?