Demokratlar seçkilərdə nə üçün məğlub olmaları ilə bağlı bir hekayə yaratmaq istədilər. Ona görə də Rusiya hekayəsini uydurdular. Yalan xəbər! Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb. Daha sonra isə milyarder prezident bunları əlavə edib: “Hekayələr” və “mənbələr” yaradan yalan xəbər mediası isə etibarı zədələnən demokratlardan daha sürətlidir. Lakin onların rəngi tez solur”. Qeyd edək ki, ABŞ-da prezident seçkilərindən bir müddət sonra demokratlar Trampın Rusiyanın kiber müdaxiləsi nəticəsində qalib olduğunu iddia etmişdilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?