GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Tarix: 26-03-2017, 23:24 Bölmə :Dünya Baxış: 450
 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA
David Filipov

The Washington Post (ABŞ), 25.03.2017

Rusiya prezidenti Vladidmir Putinlə dalaşanların heç də hamısı amansız və yaxud şübhəli şəraitdə həlak olmur. Lakin Putin siyasətinin səs-küylü tənqidçilərindən kifayət qədəri öldürülüb və Ukraynada sığınacaq axtaran Rusiya vətəndaşının qətli Kremlin dəxli olduğu haqda spekulyasiyalara səbəb olub.

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya kommunist partiyasının keçmiş üzvü, 2016-cı ildə Rusiyadan qaçdıqdan sonra Putini kəskin tənqidə başlamış Denis Voronenkovun Kiyevdə qətlə yetirilməyini “Rusiya tərəfindən dövlət terrorizmi aktı” adlandırıb. Bu, Putinin bu ittihama “cəfəngiyyat” deyən təmsilçisi tərəfindən kəskin qınaq doğurub. Kreml uzun illər boyu siyasi qətl anlayışının özünü həmişə ikrahla rədd edib. Amma Putinin tənqidçiləri Kremlin digər düşmənlərinin izaholunmaz həlakı ilə bağlı paralellər aparmaya bilməyiblər. Parlamentin keçmiş deputatı və təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Gennadi Qudkov “The Moscow Times”-a deyib: “Məndə təəssürat yaranıb ki (ümid edirəm ki, bu, sadəcə, təəssüratdır), Rusiyada siyasi opponentlərin qətli praktikası yayılmağa başlayıb”.

Budur, Putinin öldürülmüş və yaxud müəmmalı şəraitdə ölmüş bir neçə açıq tənqidçisi.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Boris Nemtsov, 2015

Nemtsov 90-cı illərdə postsovet Rusiyası “gənc islahatçılar”ının ulduzu idi. O, baş nazirin birinci müavini olub və bir müddət mümkün gələcək prezident hesab olunub, lakin 2000-ci ildə keçmiş prezident Boris Yeltsini məhz Putin əvəzləyib. Nemtsov bu seçimə açıq dəstək verib, amma Putin vətəndaş azadlıqlarını məhdudlaşdırdıqdan sonra onun tənqidi getdikcə daha bərk olurdu və son nəticədə Nemtsov Rusiya siyasi həyatının arxa planına itələnib.

O, 2011-ci ildə parlament seçkilərinin nəticələrinə qarşı etiraz əlaməti kimi kütləvi küçə mitinqlərinə başçılıq edib və məmurların rüşvətxorluğundan məqalələr yazıb. Kreml müxalif mitinqlərə divan tutarkən onu da bir neçə dəfə həbs ediblər. 2015-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı nümayişə qoşulmaq çağrışından cəmi bir neçə saat sonra, Kremlin versiyasına görə, naməlum adamlar Nemtsovun kürəyinə dörd dəfə atəş açıblar. Putin Nemtsovun qətlinin təhqiqatını “şəxsi nəzarətinə” götürüb, lakin qatil azadlıqda qalıb.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Boris Berezovski, 2013

Hesab edilir ki, 1990-cı illərin sonunda Yeltsinin çevrəsində etibarlı şəkildə möhkəmlənmiş, özünü maqnat elan etmiş Berezovski (KİV-də Nemtsovu ləkələyən kampaniyanı işə salmaqla) Putinin hakimiyyətə gəlişinə şərait yaradıb. Ancaq Berezovski yeni prezidentin dövründə ümid etdiyi nüfuzu qazana bilməyib. Putinlə münaqişə onun ölkədən prezidenti devirməyə and içdiyi Britaniyaya didərgin düşməyinə səbəb olub. O həmçinin Kremli kəşfiyyatın keçmiş zabiti və xəbərçisi, 2009-cu ildə zəhərlənmiş Aleksandr Litvinenkonu öldürməkdə ittiham edib. Berezovski Birləşmiş Krallıqda öz evində qapısı bağlı vanna otağında boğazında ilgək ölü tapılıb. Buna görə də bunu əvvəlcə intihar sayıblar. İstintaq ölümün səbəbini müəyyən edə bilməyib.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Stanislav Markelov və Anastasiya Baburova, 2009

Markelov insan hüquqları üzrə vəkil idi və bununla məşhurlaşmışdı ki, indan hüquqlarını pozuması haqda Rusiya ordusuna qarşı işlərdə Çeçenistanın mülki əhalisini təmsil edirdi. O həmçinin “Novaya qazeta”nın 2006-cı ildə qətlə yetirilmiş müxbiri Anna Politkovskaya daxil olmaqla Putini tənqid edən məqalələr yazdıqdan sonra çətin duruma düşmüş juranlistləri təmsil edib.

Markelovu Kremlin ətrafında maskalı adam güllələyib. “Novaya qazeta”nın müxbiri Baburova ona kömək etməyə çalışarkən onu da öldürüblər.

Rusiya hökuməti bildirib ki, bu qətllərin arxasında neonasist dəstə durur və onların qətlinə görə dəstənin iki üzvü mühakimə olunub.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Sergey Maqnitski, 2009

Hüquqşünas Sergey Maqnitski 2009-cu ilin noyabrında amansız şəkildə döyüldükdən və tibbi xidmət göstərməkdən imtina edildikdən sonra həbsdə ölüb. O, Britaniya-Amerika biznesmeni Uilyam Brauderə işləyib, böyük vergi fırıldağı haqda işi araşdırıb. Ehtimala görə, Maqnitski polislərin bu fırıldaqda əli olduğunu aşkarlayandan sonra həbs olunub. Maqnitski 2012-ci ildə ölümündən sonra vergidən yayınmaqda günahkar bilinib, Brauder isə onun ölümündə əli olanlara sanksiyalar qoyulması üçün ABŞ hökumətinə lobbilik edib. Sanksiyalar haqda qanun onun şərəfinə adlandırılıb və o vaxtdan bəri başqa məsələlərdə hüquq pozanlara qarşı tətbiq olunur.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Nataliya Estemirova, 2009

Nataliya Estemirova Çeçenistanda adi hadisəyə dönmüş adam oğurluğu və qətlləri araşdıran jurnalist idi. Rusiyayönlü təhlükəsizlik qüvvələri orada ölkədə ən qəddar teror aktlarından birinə görə məsul islamçı döyüşçülərin məhvi məqsədilə keçirilən amansız repressiv tədbirlər görürdü.

Estemirova da jurnalist Anna Politkovskaya kimi tez-tez bu iki amansız tərəf arasında qalan mülki şəxslərdən danışırdı.

Estemirovanı evini yanında oğurlayıb bir neçə dəfə, o cümlədən düz başına atəş açıb və yaxınlıqdakı meşəyə atıblar. Onun ölümünə görə heç kim mühakimə olunmayıb.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Anna Politkovskaya, 2006

Anna Politkovskaya “Novaya qazeta”nın Rusiya müxbiri idi, “Putin Rusiyası” kitabında Kreml liderini ölkəni polis dövlətinə çevirməkdə ittiham edib. O, Çeçenistandakı cinayətlərdən çox yazıb və Moskva radiosunda bir neçə dəfə çıxış edib. Onu evinin liftində yaxından güllələyiblər. Qətlində beş nəfəri ittiham ediblər, lakin hakim bu nəticəyə gəlib ki, bu, 150 min dollar ödənilmiş sifarişli qətl olub, amma sifarişçinin şəxsiyyəti müəyyən edilməyib. Putin Kremlin Politkovskayanın qətlinə dəxli olduğunu inkar edərək bildirib ki, “onun ölümü özlüyündə həm Rusiya hökumətinə, həm də Çeçenistana fəaliyyətindən daha çox ziyan vurur”.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Aleksandr Litvinenko, 2006

Keçmiş DTK agenti Aleksandr Litvinenko London otelində ölümcül polonium-210 qatılmış bitr fincan çay içdikdən üç həftə sonra ölüb. Britaniya araşdırması göstərib ki, Litvinenkonu “ehtimal ki, prezident Putuinin bəyəndiyi əmrlə hərəkət edən” Rusiya agentləri Andrey Luqov və Dmitri Kovtunzəhərləyiblər.

Rusiya onları ekstradisiya etməkdən imtina edib, Rusiya prezidenti 2015-ci ildə isə Luqova “Vətən qarşısında xidmət”ə görə medal təqdim edib. Litvinenko FTX-dən getdikdən sonra Putinin rəhbərlrik etdiyi xidmətin fəal tənqidçisi olub və sonralar təhlükəsizlik xidmətini 1999-cu ildə Rusiyada nəticədə yüzlərlə adamın həlak olduğu evlərin silsilə partlayışını təşkil etməkdə ittiham edib. Ardınca həmin il Rusiyanın Çeçenistana müdaxiləsi, bununla bərabər isə Putinin hakmiyyətə gəlişi baş verib. Şübhə var ki, Berezovskinin, məqsədi Putini hakimiyyətə gətirmək olan planın, ən azı, bir hissəsində əli olub, lakin o sonradan Putini Litvinenkonun qətlində ittiham etməyə səy göstərib. Litvinenko Putini Poplitkovskayanın qətlində də ittiham edib.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Sergey Yuşenkov, 2003

Bu xeyirxah, keçmiş ordu polkovniki 1990-cı illərin başlanğıcında “The Moscow Times”-da peşənin əlifbasını mənimsəyərkən parlament reportyorlarının favoriti idi. Sergey Yuşenko özünün “Liberal Rusiya” hərəkatını siyasi partiya kimi təzəcə qeydiyyatdan keçirmişdi ki, Moskvada evinin yannda güllələndi. Yuşenkov 1999-cu ildə mənzillərin partladılmasının arxasında Putinin durduğu haqda sübutlar toplayırdı.

 Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

Yuri Şekoçixin, 2003

Yuri Şekoçixin jurnalist və keçmiş Sovet İttifaqında haqqında yazılması hələ də çox çətin olan cinayət və korrupsiyadan yazan müəllif idi. O, 2003-cü ildə “Novoya qazeta” üçün 1999-cu ildə evlərin partladılmasını araşdırırdı və bu zaman müəmmalı xəstəliyə düçar oldu. Birləşmiş Ştatlara getməyə bir neçə gün qalarkən qəflətən keçindi. Rusiya hökuməti onun tibbi sənədlərini məxfi elan edib.

Tərcümə Strateq.az-ındır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan Putini yerində oturtdu

    Ərdoğan Putini yerində oturtdu ...

    5-12-2012, 10:18

  • 
  • Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir

    Tramp Rusiyanı çaşdırdı: Kreml nə edəcəyini bilmir ...

    14-11-2016, 18:51

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Obama ilə Putin nə danışdılar?

    Obama ilə Putin nə danışdılar? ...

    17-04-2014, 10:15

  • 
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu