Martın 26-da Rusiyanın, paytaxt Moskva da daxil olmaqla, 100-dək şəhərində korrupsiya əleyhinə mitinqlər keçirilib. Aksiyaların çoxu hökumət orqanları ilə razılaşdırılmayıb.
Mitinqlər müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə keirilir. Navalnı bu təşəbbüslə baş nazir Medvedevin korrupsiyaya yol verdiyinə dair bu yaxınlarda yaydığı araşdırmadan sonra çıxış edib.
Polis və təhlükəsizlik qüvvələri Moskva və bir çox başqa şəhərlərdə askiyaların qarşısını almağa çalışıb, həbslər həyata keçirilib.
Moskvadakı mitinqdə Navalnının özü də saxlanılıb.
Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.
Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.
Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?