“Gündəm Xəbər” xarici mediaya istinadən bildirir ki, jurnalistlər respublika ərazisində mavilər üçün həbsxana olduğunu aşkar ediblər. Burada saxlanılanları döyür, ələ salır və öldürürlər. Reportyorlar iddia edirlər ki, müəssisəyə Ramzan Kadırovun ətrafındakı adamlar rəhbərlik edir. Dünya ictimaiyyəti bu işi araşdırmağı tələb edir. Üç nəfər öldürülüb və yüzlərlə adam saxlanılır. Çeçenistanda mavilər üçün həbsxananın olduğunu "Novoy qazeta”nın reportyorları ifşa ediblər. Belə həbsxananın mövcud olduğunu böyük sayda mənbə təsdiqləyib. Qəzetin yaydığı məlumata görə, mavilərin saxlandığı gizli həbsxana Arqun şəhərindəki keçmiş hərbi prokurorluğun ərazisində yerləşir. Qeyri-ənənəvi orientasiyalı olduğu şübhəli bilinənlər belə ora düşürlər. Həbsxanaya Çeçenistan parlamentinin Lord ləqəbli spikeri Maqomed Daudov və yerli polisin rəhbəri Ayub Kataev nəzarət edir. Çeçenistanın rəhbəri Ramzan Kadırov yazılanlara şərh vermir. Onun nümayəndəsi Alva Karimov zarafata salır: respublikada mavilər yoxdur və ola da bilməz. İş Rusiyada insan hüquqları üzrə müvəkkilə qədər artıq çatıb. Tatyana Moskalkova mavilərin oğurlanması və öldürülməsi ilə məlumatların yoxlanılması üçün federasiya prokurorluğuna müraciət etməyə vəd verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?