Kolumbiyanın Cartagena şəhərində tikilməkdə olan binanın çökməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
gundemxeber.az report.az-a istinadən bildirir ki, hadisə zamanı 23 nəfər yaralanıb, 41 nəfər xilas edilib. Yaralılardan 16 nəfəri xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, binanın dağıntıları altında aparılan axtarış-xilasetmə işləri artıq dayandırılıb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?