Kot d`İvuar Milli Təhlükəsizlik Şurası dünən gecə ölkənin bir neçə şəhərində hərbçilərin yenidən üsyana başlaması ilə əlaqədar olaraq ölkə Prezidenti Alassan Uattaranın rəhbərliyi ilə təcili iclas keçirib. TASS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbə bildirib. Üsyan edən hərbçilər mükafatlarının ödənilməsini tələb edirlər. Hətta bəzi şəhərlərdə hərbçilər kazarmaları tərk edib, şəhərdə əllərində silah gəzirlər. Qeyd edək ki, bu ilin əvvəlindən hərbçilərlə hökumət arasında mükafatların ödənilməsinə görə mübahisələr vaxtaşırı baş verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?