Rövşən Lənkəranskinin qəbri üstündə and içən Rafiq Masallinski Nadir Səlifova qan intiqamı elan edib
Odessada iki azərbaycanlının – Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edilib.
PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, onlar nüfuzlu “qanuni oğru” Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlar hesab olunurlar.
Məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib.
Killerlərin hücumu mayın 28-də gecə baş verib. Onların hər ikisi yüngül yaralanıb.
Basqınçıların məqsədi qorxudulması aksiyası yox, Gürcüstan nömrəli avtomobilin sərnişinlərinin aradan götürülməsi olub.
Yaralananlar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.
Bəzi məlumatlara görə, İlham Hacıyev və Oktay Arxalı hazırda Azərbaycanda həbsxanada cəza çəkən “qanuni oğru” Qulinin etibarlı adamları sayılırlar.
Digər məlumata görə, xəsarət alanlardan biri İlham Hacıyev azərbaycanlı “qanunçu” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda sui-qəsdin təşkilatçısıdır.
Maraqlıdır ki, kriminal aləmdə Rafik Masallinski kimi məşhur olan, qanlı dramdan sonra qulağından məhrum olan Rafik Eyvazov Odessadakı insidentdə əli oduğunu gizlətmir.
Xəbər verildiyi kimi, Eyvazova Türkiyədə divan tutulub. Mənbələr xəbər verirdilər ki, 2016-cı il dekabrın əvvəlində Rafik Masallinski İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşüb və hansısa miqdarda pul müqabilində Qulinin qardaşlarının yaşadıqları yeri göstərməyə razılaşıb.
Bir qədər sonra Quli bundan xəbər tutub, ardınca Eyvazova hücum edilib, nəticədə qulağını itirib.
Deyilənlərə görə, Eyvazov bundan sonra Rövşən Lənkəranskinin qəbrinin üstündə onu incidənləri cəzalandırmağa and içib və Quliyə qan intiqamı elan edib.
Bununla belə, məlumdur ki, nə İlham Hacıyevin, nə də Oktay Arxalının Rafik Masallinskinin cəzalandırılması ilə heç bir əlaqəsi yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?