Mosulun azad edilməsi üzrə əməliyyatların komandiri Abduləmir Yarullah şəhərdə öldürülən terrorçularını sayını açıqlayıb.
Gündəm xəbər "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ötən ilin 17 noyabrında başlayan Mosul əməliyatlarında 25 min terrorçunun öldürüldüyünü bildirib.
Bundan başqa, terrorçulara məxsus 3 mindən çox hərbi texnika və avtomobil məhv edilib. Onlardan 1247-si bomba ilə yüklənmiş avtomobil olub. Həmçinin, 130 piltosuz uçan aparat da (PUA) vurulub.
A.Yarullah deyib ki, Mosuldan sonra növbə Təlafərin azad edilməsindədir:
"Yaxın zamanlarda Təlafər əməliyyatlarına da başlayacağıq və şəhərin azad edildiyini elan edəcəyik".
Qeyd edək ki, Mosulun şərq hissəsi isə ötən ilin 17 oktyabrında başlayıb bu il 24 yanvarında bitən əməliyyatlar nəticəsində terrorçulardan tamamilə təmizlənib.
Şəhərin qərb hissəsi isə 19 fevral - 29 iyun aralığında keçirilən əməliyyatlar nəticəsində azad edilib. Şəhərin tam azad edilməsi isə 10 iyulda elan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?