Nazirlər Kabinetində Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun rəhbərliyi altında hakimiyyəti ələ keçirməyə çalışan qrup fəaliyyət göstərir.
Bu sözləri Poroşenko Blokundan olan millət vəkili Sergey Leşçenko deyib. Millət vəkilinin sözlərinə görə, Ukraynada onsuz da rəsmi və ya qeyri-rəsmi qaydada heç bir qərar Avakovun iştirakı olmadan qəbul edilmir: “Onun rəhbərliyi altında fəaliyyət göstərən “Avakov dəstəsi” 3 yerə bölünür: Təbliğat qrupu: “Xalq cəbhəsi”ndən olan millət vəkili Anton Geraşenko və Avakovun müşaviri Zoryan Şkiryak; Güc dəstəsi: Avakovun məsləhətçisi İlya Kiva və “Xalq cəbhəsi”ndən olan millət vəkili Yevgeni Deydey; Biznes qrupu: “Xalq cəbhəsin”ndən olan millət vəkili İqor Kotvitski və biznesmen Aleksandr Pavlyuçenko”. Sergey Leşçenko bu qrupların Ukraynada rəsmi səviyyədə hakimiyyəti ələ keçirmək üçün birbaşa fəaliyyətə keçməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Avakov Daxili İşlər Nazirliyində mütəmadi olaraq biznesmen və məmurlarla gizli görüşlər keçirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?