GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Vitse-prezident M. Pens gürcülərin qulağına nəpıçıldadı?

Vitse-prezident M. Pens gürcülərin qulağına nəpıçıldadı?

Tarix: 5-08-2017, 11:17 Bölmə :Dünya Baxış: 340
Vitse-prezident M. Pens gürcülərin qulağına nəpıçıldadı?


Qərbin aparıcı siyasət və diplomatiya adamlarının bizim qonşu Gürcüstana tez – tez səfərlər etməsi adi bir hal olsa da, hər halda, ABŞ-ın vitse – prezidentinin bu ölkəyə gəlişi ciddi bir siyasi hadisə kimi diqqət çəkməyə bilməzdi.


Amma əvvəlcə onu qeyd edək ki, vaxtilə əcnəbi politoloqlar yeri gələndə qeyd edirdilər ki, Cənubi Qafqazın gənc dövlətlərinin problemi ondadır ki, onlar müxtəlif geosiyasi müstəvilərdə qərar tutublar – Gürcüstan israrla NATO-nun və Avropa Birliyinin qapılarını döyür, Azərbaycan nisbətən neytral siyasət yürüdür və hərbi–siyasi neytralitetin prinsiplərinə bağlılığını saxlayır, Ermənistan isə bölgədə Rusiyanın ən yaxın siyasi və hərbi müttəfiqi rolunu oynayır.

Bəzi kiçik epizodları nəzərə almasaq, belə bir mürəkkəb geosiyasi arxitektura bu gün də saxlanılır. Üstəlik, kiminsə bu mənzərəni kardinal şəkildə dəyişmək fikri də yoxdur. Belə təsəvvür yaranıb ki, elə Qərb və onun siyasət, iqtisadiyyat və təhlükəsizlik strukturları da bununla çoxdan barışıb və diqqətlərini daha Gürcüstana yönəldiblər. Gürcülərsə səylərini davam etdirməkdədirlər.

Bir sözlə, bölgədəki üç dövlətin hər birinin öz təhlükəsizlik trayektoriyası var. 15–20 il bundan əvvəl, NATO post–sovet ölkələrilə özünün ilk proqramlarına start verərkən vəziyyət bir qədər fərqli, hətta simmetrik idi. Amma artıq bunu demək olmur...

Özümüzə, Azərbaycana gəldikdə isə qeyd etmək yerinə düşərdi ki, hərbi–siyasi neytrallıq siyasəti, balanslaşdırılmış geosiyasi münasibətlər və çoxvektorlu xarici siyasət kursu bu vaxta qədər özünü doğruldubdur və hesab edirik ki, bu siyasətin imkanları hələ tükənmək həddindən çox uzaqdır.

Amma bununla bağlı cəmiyyətdə müəyyən tərəddüdlər və hətta mübahisələr də var. Bizə tez–tez Gürcüstanı misal çəkirlər. Nə demək olar? Bu ölkənin məntiqini başa düşmək mümkündür. Belə ki, gürcülər başa düşdü ki, Rusiya ilə heç bir sövdələşmə onlara Abxaziyanı və ya Cənubi Osetiyanı qaytarmayacaq.

Heç təsadüfi deyildir ki, “Gürcü arzusu” koalisiyasının bir vaxt verdiyi şirin vədlərə baxmayaraq Rusiya – Gürcüstan danışıqları hələ də heç bir nəticə verməyib. Mən bu sətirləri yazanda hətta belə xəbərlər gəzirdi ki, V.Putin Abxaziyaya səfər etməyi planlaşdırır. Ona görə də gürcülər bir növ “va–bank” getdilər və problemlərinin həllini Qərblə sıx əməkdaşlıq müstəvisində aramağa başladılar.

Ötən həftə ABŞ-ın vitse–rezidenti M.Pensin də Gürcüstana səfəri bir daha göstərdi ki, onların bu ölkəyə müəyyən marağı vardır. Hərçənd, bu müstəvidə də hələ konkret nəticə yoxdyr və daha çox vəd vardır.

Elə ruslar da məsələnin yalnız bu tərəfilə təsəlli tapmağa çalışır və düşünürlər ki, Gürcüstanın Avro–Atlantik çabalarının heç bir mənası olmayacaq.

Rusiyalı analitiklər M.Pensin səfərini “görməməyə” çalışdı və daha çox kiçik, ironik replikalarla kifayətləndilər, “Gürcüstan ABŞ-a yaxınlaşmaq istiqamətində daha bir addım atdı” kimi rişxənd dolu atmacalar yazdılar.

Amma düşünürük ki, son nəticədə Gürcüstanın səyləri nəticəsiz qalmayacaq və bu ölkə nəhayət ki, Avropanın təhlükəsizlik müstəvisində yerini tapacaq...

Digər bir detal isə budur ki, indi ən qərbçi bir mövqedə dayanan bizim bəzi siyasət və ictimaiyyət adamları bir vaxt proqram və məramnamələrində Azərbaycanı neytral dövlət kimi görmək istəyirdilər.

Başqa bir məqam da var. Məsələnin daha bir qəlizliyi bundadır ki, burada bizim hətta Gürcüstandan da fərqlərimiz vardır. Əgər Abxaziyanı və Cənubi Osetiyanı yalnız Rusiya müdafiə edirsə, ermənilərin daha çox havadarı mövcuddur–güclü erməni lobbisi nəinki ABŞ-ı, hətta digər Qərb ölkələrini də Ermənistana qarşı biganə qalmamağa vadar edibdir.

Təsadüfi deyil, Qərb ölkələri Gürcüstanın ərazi bütövlüyü ilə bağlı daha konkret danışırlar, amma Qarabağla bağlı bunu etmirlər.

Belə tendensiya dəfələrlə müşahidə olunub. Məsələn, on illər bundan əvvəl baş tutmuş məşhur Lissabon sammitində Gürcüstanın ərazi bütövlüyü daha konkret bir şəkildə ifadə olunsa da, bunu Azərbaycana tətbiqən etmək istəmirdilər. İki – üç il bundan əvvəl Azərbaycanın ərazi bütövlüyü BMT-də səsvermə predmeti olarkən də eyni hal sezildi. Bəli, üç həmsədrdən heç biri Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmədi.

Fəqət, belə “nüans”lara baxmayaraq özümüzü qətiyyən məhdudlaşdırmamalıyıq və təkcə regional geosiyasi arxitekturanın imkanları ilə kifayətlənməməli və NATO-nun da tədbirlərinə qatılmalıyıq. Belə bir halda daha çox şey öyrənə bilərik. Həm də unutmaq lazım deyil ki, NATO dünyanın ən böyük hərbi blokodur. Bir detalı qeyd edim. Alyansın illik büdcəsi 940 milyard dollardır və bu, Rusiyanın ümumi büdcəsindən düz üç dəfə böyükdür.

Amma təəssüf ki, bizim belə mühüm struktur ilə əməkdaşlığımız son vaxtlar bir qədər məhdud xarakter alıbdır.
Hələ qədim yunanlar yazırdı ki, təbiət boşluğu sevmir. Elə siyasi fəza ilə bağlı da eyni sözləri demək olardı: imkan daxilində biz hər yerdə olmağa çalışmalıyıq, çünki haradasa, hansısa bir mühüm institutda olmamağımız orada ermənilərə meydan açmaq deməkdir.

Düzdür, ordumuz Türkiyənin hərbi qüvvələrilə müntəzəm təlimlər keçirir. Amma bunlar bizə NATO ilə münasibətlərdə öz vektorumuzu qurmağa mane olmamalıdır. Bir daha deyirik ki, istəsək, hətta bundan da fayda götürərik. Praqmatik millətlərin nöqteyi–nəzərindən isə faydalı olan hər şey məqbuldur. Ona görə də gəlin daha bir faydalı şansı əldən verməyək...

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan müharibə ərəfəsində

    Azərbaycan müharibə ərəfəsində ...

    30-01-2013, 10:09

  • 
  • 2013-cü il seçkisinin gərginliyi

    2013-cü il seçkisinin gərginliyi ...

    17-02-2013, 12:46

  • 
  • Deputatlığa namizəd vitse - prezident oldu...

    Deputatlığa namizəd vitse - prezident oldu... ...

    10-12-2015, 14:18

  • 
  • Rusiyanın kürəyindən saplanan xəncər: Ermənistan üzünü NATO-ya çevirir

    Rusiyanın kürəyindən saplanan xəncər: Ermənistan ...

    25-07-2017, 12:58

  • 
  • Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

    Qəbələ RLS-in dalğasında Rusiya çöküşü ...

    15-12-2012, 14:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu