“Atatürk Mədəniyyət Mərkəzi” uçurulmamalı, “Topçu kışlası” layihəsi ləğv olunmalıdır
Ötən gün Türkiyə baş nazirinin müavini Bülent Arıncla danışıq aparan Taksim həmrəylik platformunun üzvləri görüşdən sonra mətbuata açıqlama veriblər. Platform üzvləri irəli sürdükləri tələblər barədə jurnalistlərə məlumat veriblər. Platformun tələbləri:
“Gəzinti parkı” park kimi qalmalıdır. “Topçu kışlası” (topçu kazarması) layihəsi ləğv olunmalıdır. “Atatürk Mədəniyyət Mərkəzi” (AKM) uçurulmamalıdır. Hadisəyə görə məsuliyyət daşıyanlar işdən çıxarılmalıdır. Gözyaşardıcı qazdan istifadə qadağan olunmalıdır. Saxlanılanlar azadlığa buraxılmalı və onlar barəsində hər hansı bir istintaq başladılmamalıdır. Söz azadlığının qarşısındakı maneələr götürülməlidir. Platform sözçusu hadisələrin gedişinin hökumətin verəcəyi qərarla müəyyənləşəcəyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?