Ağ Ev Taksimdə Gəzi Parkı hadisələri ilə mövqeyini bildirib.Ağ Evdən verilən açıqlamada “İfadə azadlığı hüquqlarından istifadə edənlərin cəzalandırılması istiqamətində hər hansı bir cəhd və ya hansısa tərəfin şiddədi təbliğ etmək istəklərindən narahatıq”, – deyə qeyd edilib.
ABŞ prezidentinin beynəlxalq təhlükəsizlik məsələləri sözçüsü Caitlin Hayden verdiyi yazılı açıqlamada Türkiyədəki hadisələri narahatlıqla izlədiklərini və barış yönlü etiraz hüquqları ilə yanaşı ifadə və toplaşmaq azadlığının tərəfdarı olduqlarını qeyd edib. “İfadə azadlığı hüquqlarından istifadə edənlərin cəzalandırılması istiqamətində hər hansı bir cəhd və ya hansısa tərəfin şiddədi təbliğ etmək istəklərindən narahatıq. Bu günki hadisələrin dialoq vasitəsilə həll ediləcəyinə inanırıq. Əvvəldə qeyd etdiyimiz kimi, Türkiyənin uzun müddətli sabitliyi, təhlükəsizliyi və rifahını qorumağın yolu ifadə, toplaşmaq və təşkilat yaratmaq kimi əsas azadlıqları və azad, asılı olmayan mediyanın tərəfdarı olmasıdər. Türkiyə ABŞ-ın yaxın dostu və müttəfiqidir və Türkiyənin səlahiyyətli şəxslərinin bu əsas azadlıqlarının tərəfdarı olacaqlarına ümid edirik”. Qeyd edək ki, Türkiyədə iki həftədən çoxdur Taksim Gəzi Parkı ilə bağlı etirazlar davam edir. Yaşıllıqların qorunması ilə başlayan aksiya sonradan baş nazir Ərdoğanın istefası tələbi ilə davam edir. Dünən axşamda Taksimdə etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?