Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.
Əhali gece saat 4:00-dan etibarən küçələrə axışaraq növbə çəkməyə başlayıblar. İspaniya hökumətinin aksiyaya və seçkilərə əngəl olması üçün minlərcə polisin göndərdiyi bildirilir. Polisləri 2315 məktəbdən 1300-nü bağlamaq üçün göndərsələr də, ancaq 130-nu bağlaya biliblər.
Bundan əlavə polisiin 9 milyondan çox seçki kağızına əl qoyduğu bildirilir.
İnsanlar küçələrə axışıb və hər kəs seçki abu-havasındadır. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər. Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.
Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.
Kataloniya hökuməti isə bu kimi təzyiqlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır. Əgər sandıqlardan müsbət nəticə çıxarsa, Kataloniya parlamentinin 2 gün içində bir araya gəlib müstəqillik qərarını açıqlaması gözlənilir./ökə.az
Sorğu
Yeni dizaynımız necədir?