İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunur.
İspaniya hökuməti vəd edib ki, Konstitusiya məhkəməsi tərəfindən qeyri-qanuni tanınan referenduma yol verməyəcək. Polis seçiciləri səsvermə məntəqələrinə buraxmır, bülleten və səsvermə qutularını müsadirə edir. Kataloniya hökuməti buna rəğmən davamiyyətin yüksək olduğunu proqnoz edib.
Bəziləri gecəni səsvermə məntəqələrində keçiriblər. Referendumun təşkilatçılarına əsasən məntəqənin bağlı olduğu təqdirdə seçici başqa məntəqədə səs verə bilər. Seçicilərə həmçinin öz bülletenlərini çap etmək tövsiyyə olunur./bbc.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?