GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » TRAMPI BİTİRƏCƏK TƏHQİQATDA İNANILMAZ DÖNÜŞ –Fətullah Güləni 15 milyona oğurlatmaq istəyən general danışa bilər!

TRAMPI BİTİRƏCƏK TƏHQİQATDA İNANILMAZ DÖNÜŞ –Fətullah Güləni 15 milyona oğurlatmaq istəyən general danışa bilər!

Tarix: 26-11-2017, 16:09 Bölmə :Dünya Baxış: 323
TRAMPI BİTİRƏCƏK TƏHQİQATDA İNANILMAZ DÖNÜŞ –Fətullah Güləni 15 milyona oğurlatmaq istəyən general danışa bilər!


Vladimir ABARİNOV
“Radio Svoboda”, ABŞ
General Maykl Flin “Raşaqeyt”in mərkəzində[/color
]


Mümkündür ki, “Raşaqeyt”in ("Russiangate") başlıca fiqurantlarından biri – prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri general Maykl Flin ədliyyə orqanları ilə sövdələşib, ya da sövdələşmə niyyətindədir.

Bu barədə məlumat verən “New Yоrk Times” (“NYT”) qəzeti dörd müstəqil mənbəyə istinad edir.

Qəzetin mənbələri təsdiq edir ki, Flinin vəkilləri Trampın hüquşünasları ilə olan informasiya mübadiləsini kəsiblər. Əvvəllər ümumi müdafiə xətti işləyib hazırlamaq üçün mübadilə aparılırdı.

“NYT” bunu Flinin istintaqla əməkdaşlıq etməyə başlamasının, ya da belə əməkdaşlığın şərtləri haqqında danışıqlar aparmasının açıq əlaməti hesab edir.

Belə olan halda, şübhəliyə öz davranış xəttini digər fiqurantlarla razılaşdırmaq artıq lazım olmur.

Əgər “NYT”-nin ehtimalı doğrudursa, Flinin qərarı xüsusi prokuror Robert Müllerin artıq yarım ildir apardığı bütün təhqiqatın qırılma anı ola bilər.

General istintaq altına birinci, hələ xüsusi prokuror təyin olunmamış düşmüşdü. O, Trampın bütün komandasının Rusiya vəzifəli şəxslərilə ən uzunmüddətli əlaqəsi olan üzvüdür. Misal üçün, Flin, Rusiyanın ABŞ-dakı artıq keçmiş səfiri olan Sergey Kislyakı Donald Trampdan əvvəl tanıyır.

General və səfir 2013-cü ildə Moskvada – Flin ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin rəisi kimi oraya səfər edərkən tanış olublar. Vladimir Putinlə isə o, 2015-ci ilin dekabrından, “RT”-nin 10 illiyi münasibətilə keçirilən banketdə eyni stol arxasında oturandan tanışdırlar. O zaman Flin istefaya çıxmışdı, Vaşinqtonda məsləhət firması açmışdı və tez-tez həmin televiziya kanalının tok-şousunun qonağı olurdu. Flinin müştəriləri arasında RF-nin “Volqa-Dnepr” aviakompaniyası və “Kasperski Laboratoriyası” da vardı.

Ötən ilin dekabr ayının 29-da səfir Kislyakı Dövlət Departamentinə dəvət edirlər və ona məlumat verirlər ki, ABŞ RF-yə yönəlik sanksiyaları sərtləşdirir və 35 diplomatı ölkədən çıxarır. Bu görüşdən qayıdan səfir seçilmiş prezidentin adını milli təhlükəsizlik müşavirliynə namizəd kimi göstərmiş köhnə dostunun nömrəsini yığır. Həmin gün Flin və Kislyak bir-birinə beş dəfə zəng edib. RF XİN simmetrik cavab verəcəyini vəd edib. Lakin səhəri prezident Putin həqiqi xristian təvazökarlığı ilə bəyan edib ki, cavab sanksiyaları olmayacaq, hətta Amerika diplomatlarının uşaqlarını Kremlə yolka şənliyinə dəvət edib.

30 dekabr 2016-cı ildə Donald Tramp “Twitter”də bu qərar haqqında təriflə, rəy bildirib: “Yubanmayla edilən çox gözəl gedişdir (V. Putin tərəfindən edilən). Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır!”

12 yanvar 2017-ci il tarixdə, hələ inaqurasiya olmamış, Flinin səfirlə telefon danışığı faktı aşkar edildikdə, general bəyan etdi ki, o, yalnız köhnə tanışını yeni il münasibətilə təbrik edib. Flin onu sorğuya çəkən FTB agentinə də eyni şeyi deyib.

Kəşfiyyat idarəsinin keçmiş rəisi izaholunmaz ağıl çaşqınlığı nəticəsində unudub ki, FTB səfirliyin bütün telefonlarını dinləyir. Şifrəsi açılmış danışıq FTB direktoru Ceyms Kominin və Ədliyyə nazirinin müavini Salli Yeytsin stolunun üstünə qoyulub. Nəticədə bu danışıq təyinatından cəmi 25 gün sonra Flinin istefasına səbəb olub.

İş gedib Trampa çıxır

Ceyms Komi məhz bu epizod üzrə təhqiqat başlayıb. Bu mövzu prezident Trampı o dərəcədə narahat edib ki, o, Komini təklikdə nahara dəvət edib, xidmətçinin otaqdan çıxmasını gözləyib və öz keçmiş müşaviri haqqında belə deyib: “Ümid edirəm, siz onu rahat buraxmağın yolunu tapacaqsınız. O, yaxşı dostdur.”

Komi xahişə fikir verməyib və öz növbəsində, vəzifədən məhrum edilib.

Xüsusi prokuror Müller prezidentin hərəkətlərində ədalət mühakiməsinə mane olma əlamətləri görür.

Flinin işində daha hansı epizodlar var?

Flinin işində isə çoxsaylı digər epizodlar toplanıb. Bu gün məlumdur ki, o, səfirliklə həm prezident kampaniyası, həm də keçid dövründə mütəmadi əlaqə saxlayıb. Dekabrın əvvəlində general, “Tramp Tower”da Kislyakı Trampın kürəkəni və yaxın məsləhətçisi Cared Kuşnerlə tanış edir. Söhbət Suriya məsələsinə gəlib çıxır. Səfir, seçilmiş prezidentin komandasının mühafizə olunan, rus generallarının vəziyyətə öz baxışlarını açıqlaya biləcəyi rabitə kanalının olub-olmaması ilə maraqlanır. Kuşner belə kanalın olmadığını deyir və öz növbəsində səfirdən soruşur ki, səfirliyin texniki bazası əsasında belə kanal təşkil etmək olmazmı?

1.5-2 ay sonra bütün düşünülən texnologiyanı öz sərəncamına alacaq komanda Rusiya rəhbərliyilə əlaqə saxlamaq məqsədiylə rus səfirliyindən onun üçün mühafizə olunan rabitə kanalı yaratmağı xahiş edir. ABŞ xüsusi xidmət orqanlarının monitorinqindən mühafizə olunan!

Sergey Kislyak bu qeyri-adi xahiş haqqında Moskvaya məlumat verir, FTB də onu belə öyrənir (RF səfirliyini dinlədiyi üçün – tərc.).

“Raşaqeyt”də Türkiyə izi

Ancaq xüsusi prokurorun Flinə qarşı elan etməyə hazır olduğu ittihamın, əslində, Rusiya ilə heç bir əlaqəsi yoxdur. O, Flinin Türkiyə hökuməti xeyrinə lobbiçilik fəaliyyəti və bu fəaliyyətlə bağlı olan maliyyə əməliyyatları haqqındadır.

O, Ankaranın düşmənlərini ifşa edərkən və rejimin başlıca düşməninin – ABŞ-da siyasi sığınacaq alan vaiz Fətullah Gülənin ekstradisiyasını tələb edərkən natiqlik istedadını əsirgəmir. Bu zaman o, artıq Trampın qərargahında işləyirdi, xarici agent kimi rəsmi qeydiyyatdan keçməyi isə unutmuşdu.

Nəhayət, o, bunu bu ilin martında etdikdə məlum oldu ki, Türkiyəyə xidmətlərinə görə yaım milyon dollar alıb. O zaman – martda MKİ-nin sabiq direktoru Ceyms Vulsi sensasiyalı ifşaedici bir çıxış etdi: general və onun oğlu – kiçik Maykl Flin 15 milyon dollara Güləni oğurlamaq və ölkədən çıxarmaq, sonra isə türk hakimiyyətinə təhvil vermək işinə girişiblər!

İş açılmağa yaxınlaşır

Flin Konqresə və FTB-yə cinayət təqibindən toxunulmazlıq əldə etməyə qarşılıq olaraq, Rusiya haqqında özünün ifadə verməsini təklif etdi. Təklif rədd edildi. Bunun yerinə Senatın kəşfiyyat komitəsi ona çağırış göndərdi, lakin Flin, V düzəlişə – öz əleyhinə ifadə verməmək hüququna istinad edərək, gəlmədi.

Budur, hər şeydən göründüyü kimi, indi iş açılmağa yaxınlaşır. Onun ifadəsi, – əgər o, həqiqətən də buna hazırdırsa, – başlıca sualı “Trampın seçki qərargahı ilə Rusiya hökuməti arasında, ABŞ-dakı prezident seçkilərinin nəticəsinə təsir etmək məqsədilə, sövdələşmə olubmu?”– olan, təhqiqat üçün həlledici ola bilər./Tərcümə Strateq.az-ındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…

    BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA - ...

    29-05-2017, 19:09

  • 
  • ABŞ-da xüsusi prokuror seksual model Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

    ABŞ-da xüsusi prokuror seksual model Nigar ...

    6-11-2017, 15:45

  • 
  • ABŞ Rusiya məsələsi ilə bağlı həbslərə başlayır

    ABŞ Rusiya məsələsi ilə bağlı həbslərə başlayır ...

    28-10-2017, 23:51

  • 
  • Dövlət katibi prezidentə “gicbəsər” deyibmi...

    Dövlət katibi prezidentə “gicbəsər” deyibmi... ...

    5-10-2017, 16:18

  • 
  • Trampın seçki qərargahının əməkdaşları Rusiyanın qara təbliğat reklamlarının yayılmasında iştirak ediblər

    Trampın seçki qərargahının əməkdaşları Rusiyanın ...

    23-10-2017, 12:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu