Britaniyanın baş naziri İordaniyaya iqtisadi dəstək vəd edib.
İordaniya kralı II Abdulla ilə görüşü zamanı Tereza Mey deyib ki, Britaniya Avropa İttifaqını tərk etməzdən öncə, regionla əlaqələrini genişləndirmək istəyir.
Regionda dini tolerantlığı tanınan kral Qərbin İŞİD-lə mübarizədə ən yaxın tərəfdaşıdır.
Mey deyib ki, səfəri ona əlaqələrin dərinləşdirilməsi imkanı yaratmaqla yanaşı, iqtisadi əlaqələrin də genişləndirilməsi yolunda irəliləyişdir.
Abdulla İordaniya iqtisadiyyatının inkişafında Britaniyanın dəstəyinin əhəmiyyətini vurğulayıb. O, siyasi məsələrində eyni müstəvidə olduğunu bildirib.
İordaniya iqtisadiyyatından narahat olan Qərb tərəfdaşları ölkədə sabitliyin qorunmasının vacibliyini bildirir.
Bu ölkədə İraq və Suriya münaqişələrinin yayılma səbəbi ilə iqtisadi artım azalıb. Gənclər arasında işsizlik 30 faiz təşkil edir.
Meyin şəfərinə Səudiyyə Ərəbistanı və İraq daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?