GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Güney Azərbaycan aksiyalara niyə qoşulmadı?

Güney Azərbaycan aksiyalara niyə qoşulmadı?

Tarix: 5-01-2018, 12:12 Bölmə :Dünya Baxış: 346
Güney Azərbaycan aksiyalara niyə qoşulmadı?


Hazırda İranda baş verənlər ölkə daxilində islahatçılarla mühafizəkarlar arasında gedən siyasi mübarizənin təcəssümüdür.

Bunu açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, İranda baş verən son etiraz aksiyalarında daxili faktorlar da önəmli rol oynayır:

“Fikir verin, bu aksiyalar Məşhəddən başladı. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Etirazların 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisi və onun tərəfdarları tərəfindən təşkil edilməsi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə, ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyalarda ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi də az şey ifadə etmir. Əslində, bütün bunlar onu göstərir ki, aksiyalar İranın daxilində siyasi qüvvələr arasında gedən toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar da var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir”.

Analitik bildirib ki, regionda marağı olan xarici qüvvələr hazırda İranda baş verən proseslərdən yararlanmağa çalışırlar:

“Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi həm də xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hazırda İranla çox ciddi siyasi münaqişədədir”.

V.Zifəroğlu İrandakı proseslərdə Güney Azərbaycanla bağlı məqamlara da diqqət çəkib:

“Zəncan istisna olmaqla, Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Güney Azərbaycandakı soydaşlarımız yaxşı anlayırlar ki, baş verənlər əslində ölkədəki siyasi oyunların təzahürüdür. Ərdəbil, Urmiyə və Təbrizdən fərqlı olaraq, Zəncan hər zaman mühafizəkar baxışları ilə seçilib. Bu şəhər ali dini ruhani sistemə daha çox bağlıdır. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi. İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız Amerika, İsrail və ya Səudiyyənin barmağının olduğunu iddia etmək tamamilə yanlış olardı. Sadəcə, bu qüvvələr baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin daha kəskin hal almasında maraqlıdırlar.

SEPAH komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında Əhmədinejada və onun tərəfdarlarına vurğu etməsi isə onu göstərir ki, İranda baş verən ixtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürüdür”.

Qeyd edək ki, İranda etiraz aksiyaları 28 dekabrdan başlamışdı./axar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xameneyi Ruhaninin təhsil planını tənqid edib

    Xameneyi Ruhaninin təhsil planını tənqid edib ...

    7-05-2017, 21:27

  • 
  • İranda prezident seçkilərində səsvermə vaxtı bitdi

    İranda prezident seçkilərində səsvermə vaxtı bitdi ...

    15-06-2013, 00:20

  • 
  • Ruhaninin azərbaycanlı xanıma təbriki İranı qarışdırdı

    Ruhaninin azərbaycanlı xanıma təbriki İranı ...

    15-08-2014, 10:31

  • 
  • Rza Zərrabın iş ortağı İranda hədəfə alındı

    Rza Zərrabın iş ortağı İranda hədəfə alındı ...

    29-12-2013, 15:37

  • 
  • İlham Əliyevin İran səfərinin şok detalları

    İlham Əliyevin İran səfərinin şok detalları ...

    11-04-2014, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu