Çeçenistan Qafqazda xarici investorların cəlb edilməsində uğur əldə edən yeganə Rusiya regionudur. Bunu Moskva məmurları deyirlər.
Bu sərmayələr barədə şəxsən respublika başçısı Ramzan Kadırov özü danışıqlar aparır.
O, bunu niyə edir? Niyə Rusiya investorları Çeçenistana getmir, amma ərəblər gedir?
Çeçenistan başçısı bu payızı Yaxın Şərq ölkələrinə səfərlərdə keçirib, məmurlarla və iş adamları ilə görüşüb.
Noyabr ayının sonundan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin yüksək rütbəli nümayəndələri ilə aşağısı 7 görüş keçirib.
Kadırov bu barədə öz İnstagram səhifəsində (hazırda bu səhifə mövcud deyil) yazmışdı.
Səfərlər barədə yerli KİV-lər də fəal şəkildə məlumat yaymışdılar.
İnstagram və digər sosial şəbəkələrə əsasən qiymətləndirsək Yaxın Şərqə səfərlərə Kadırovun cədvəlində tez-tez rast gəlinir.
Bu görüşlər sadəcə nəzakət və dostluq naminə deyil, subsidiyalar alan bölgə üçün ehtiyacdır.
Çeçenistan Yaxın Şərqə niyə lazımdır?
"Mən bir sirr açmaq istəyirəm. Bu gün Kadırovun imzaladığı məktub layihəsi var və bu layihə bizim Dağıstandakı həmkarımız tərəfindən öyrənilir. Biz ölkə prezidentindən yüksək sürətli Mahaçqala -Moskva dəmiryolu magistralının tikilməsini xahiş edirik... ", - deyə onlarla adama Arxızın Romantik qəsəbəsindəki "Tramplin 1650" restoranında Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev deyib.
Çeçenistan rəhbərinin fikrincə, dəmiryolu xətti Qroznıdan keçməlidir.
Ötən il dekabrın 9-da "Qafqaza sərmayə qoy" forumunun iştirakçıları restoranda toplaşıblar.
Bu layihənin qəbul edilib-edilmədiyini aydınlaşdırmaq mümkün olmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kadırovun mətbuat katibi və Dağıstan hökumətinin mətbuat xidməti şərh verməkdən imtina ediblər.
Baş nazirin müavini Arkadi Dvorkoviçin aparatında bu istiqamətə məsul olan şəxslər məktub almadıqlarını bildiriblər.
Nəqliyyat Nazirliyi BBC Rus Xidmətinin sorğusuna cavab verməyib.
Elə həmin restoranda gündüz vaxtı, bir qədər əvvəl "Spagetti" MMC-nin direktoru Ramzan Naurbiyev dövlətdən Çeçenistanda makaron fabrikinin tikilməsinə 125 milyon rubl almağa cəhd göstərib.
Kadırov Qroznı gününü Bəhreyn kralının şəxsi nümayəndəsi şeyx Nasser bin Həmad İsa Əl Xəlifa və Krımın başçısı Sergey Aksenovun iştirakı ilə qeyd edib. Bunun üçün o, Moskvadan Səudiyyə Ərəbistanı kralı ilə görüşdən qayıdıb. O, BBC-yə özəl investorların yalnız 10 milyon rubl verə biləcəyini söyləyib.
Naurbiyev "Qafqaza sərmayə qoy" forumunda öz layihəsini təqdim edən, Şimali Qafqazın İnkişaf Korporasiyası,kiçik və orta biznesin inkişafı Korporasiyasından kömək almaq istəyən 3 çeçen iş adamından biridir.
Digər iki layihə "Sernovod Kavkazskiy" kurortunun inkişafına və pomidor yetişdirmək üçün planlaşdırılan istixana komleksinə aid olub.
Orta ölçülü müəssisələr hökumətin əhəmiyyətli dəstəyi olmadan regionda layihəyə başlamırlar.
Büdcə uğrunda döyüş Bununla yanaşı federal mərkəz hər il rəsmən regionlara dəstəyin azaldılması planları barədə bəyanat verir.
Bu Çeçenistan üçün mühüm məsələdir.
Respublikanın büdcəsi subsidiyalardan çox asılıdır.
Hesabat Palatasının məlumatına görə, Çeçenistan federal büdcədən edilən köçürmələrdən daha çox asılı olan regionların siyahısındadır.
Çeçenistanın federal büdcədən maliyyələşməsindən yüksək asılılığını S&P reytinq agentliyinin aparıcı təhlilçisi Yekaterina Yermolenko da təsdiqləyir.
Onun sözlərinə görə, Çeçenistanda böyük layihələrin çoxu federal büdcədən ayrılan vəsaitlər həyata keçirilir.
Artıq neçə ildir ki, respublikanın maliyyələşdirilməsi məsələsi KİV-lərin diqqət mərkəzindədir.
Ötən il federal məmurların büdcə dəstəyinin azaldılması barədə bəyanatı Çeçenistan başçısı ilə maliyyə naziri Anton Siluanov arasında ictimai mübahisələr yaratmışdı.
2016-cı ildə Kadırov respublikanın maliyyələşdirilməsinin azalmasına görə Maliyyə Nazirliyinə rəsmən etirazını bildirmişdi.
"Əgər büdcə kəsirləri təcrübəsi gələcəkdə də davam edərsə, respublika inkişaf edə bilməyəcək və biz götürdüyümüz sosial öhdəlikləri yerinə yetirə bilməyəcəyik", - deyə o, İnstagram-da yazmışdı.
Nəticədə Çeçenistanda subsidiyalar demək olar ki 2016-cı il səviyyəsində saxlanılıb.
Ötən il federal büdcə üzərində qızğın iş gedən zaman Kadırov şəxsən Moskvaya gəldi və səlahiyyətli məmurlarla görüşdü.
Onun İnstagram səhifəsində baş nazirin müavinləri Olqa Qolodets (sosial siyasətə nəzarət edir) və Dmitri Kozakla (regionların inkişafına nəzarət edir) şəkilləri yayılıb.
Şəkilləri əlavə maliyyə barədə istəklər müşayiət edib.
Lakin bu il üçün subsidiyalar praktiki olaraq dəyişilməz qalıb.
"Biz hər şeyi (dövlət sərmayə proqramlarını - BBC) təhlil etdik və başa düşdük ki, belə inkişaf edə bilmərik ", - deyə Edelqeriyev Arxızdakı forumda deyib.
O, təkid edib ki, Çeçenistanda doğum hesabatına görə ildə iki-üç deyil, onlarla layihə lazımdır.
Əsas vəsaitlər üzrə sərmayələrin həcminə cədvəldə baxmaq olar.
Ekspertlər Kadırovu Rusiyanın Yaxın Şərqdə "elçisi" adlandırır Pulu hardan almaq olar Büdcə respublikanın yanlız sosial xərclərini qarşılayır, lakin çeçen rəhbərliyinin geniş planlarında bir sıra iri inşaat layihələri var.
Bunun böyük hissəsi regionda turizmin inkişafı ilə bağlıdır.
Çeçenistan bu pulları Moskvadan ala bilmir, vəsaitləri ölkə daxilində də almaq olmaz.
Rusiyanın Şimali Qafqaz üzrə nazirinin müavini Mixail Razvozjayev BBC rusca xidməti ilə söhbətində bildirib ki, böyük Rusiya biznesi hələki nə Çeçenistanda, nə də Şimali Qafqazda ciddi sərmayə qoymağa hazır deyil.
"Çeçenistanın investisiya cəlbediciliyi çox aşağıdır. Hər kəs orada rejimin hansı keyfiyyətdə olduğunu başa düşür ", - deyə Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə eksperti Yekaterina Sokiryanskaya bildirib.
Nəticədə Kadırov vəsait arxasınca Şərqə gedib.
"O, federal mərkəzin ərəb sərmayəsini Rusiyaya cəlb etmək istəyən elçisidir", - Müstəqil Sosial Siyasət İnstitutunun regional proqram direktoru Natalya Zubareviç belə düşünür.
Onun sözlərinə görə, Kadırovun ikinci məqsədi investorları məhz Çeçenistana cəlb etməkdir.
"O, yalnız özü üçün deyil, açıq-aydın körpülərin qurulması üçün federal tapşırığı yerinə yetirir, böyük ehtiyatlara malik olan ərəb ölkələri ilə danışıqlar aparır.
Rusiyada isə xarici sərmayələr kəskin şəkildə çatışmır ", - deyə iqtisadçı təsvir edir.
"Təbii ki, əgər Ramzan Əhmədoviç Yaxın Şərq ölkələrinin birinci nümayəndələri ilə isti, qardaş, sadəcə yaxşı münasibətləri varsa, bu, Rusiya Federasiyasının ümumilikdə maraqlarına cavab verir. Bu isə ona əsaslanır ki, Vladimir Putin bəyan edib ...
Rusiya islam dünyasının ən yaxşı və etibarlı dostudur. Gələcəkdə bunu Rusiya prezidentinin apardığı siyasət də təsdiqləyir.
Ramzan Əhmədoviç bu siyasətin effektiv hissəsidir. Onun bütün hərəkətləri Rusiyanın Yaxın Şərq xarici siyasət doktrinası çərçivəsindədir ", - deyə Ramzan Kadırovun mətbuat katibi Alvi Kərimov BBC rusca xidmətinə bildirib.
Ərəb sərmayəçiləri on milyon dollar yatırmağa hazırdırlar, Ruslan Edelqeriyev BBC-yə deyib.
Onun sözlərinə görə, hazırda Yaxın Şərq ölkələri, məhz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn region üçün əsas xarici investor olub.
Çeçenistan respublikası Rusiyanın Şimali Qafqazda yeganə regionudur ki, xarici investorların cəlb edilməsində uğur əldə edib, Razvozjaev etiraf edib. Bu belədirmi?
Razvozjaev iddia edir ki, Çeçenistanın xarici investorları cəlb etməsində uğur qazanması qismən "respublika başçısının şəxsi nüfuzu və şəxsi münasibətləri" ilə izah olunur.
Sosial şəbəkələrdəki və KİV-lərdəki məlumatlara görə, danışıqları Kadırov şəxsən aparır, bəzən onu Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev, baş nazirin müavini Hasan Hakimov və Çeçenistan administrasiyasının digər üzvləri müşayiət edir.
Sosial şəbəkələrin hesabatına və çeçen KİV-lərinn məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Kadırovun ən çox səfər etdiyi ölkələrdir.
Yaxın Şərqə səfərindən sonra o, bir qayda olaraq Çeçenistandakı sərmayələrlə bağlı müxtəlif razılaşmalar barədə məlumat verir.
Lakin Çeçenistanın İqtusadi İnkişaf Nazirliyi (İİN) BBC-nin sorğusuna cavabında Yaxın Şərqdən olan sərmayəçilərin iştirakı ilə olan iki layihənin adını çəkib.
Bunlardan biri Canvas mehmanxana kompleksi - digəri Qroznıda Beynəlxalq Universitetdir.
İİN-nin məlumatına görə, Canvas-ın inşaası 4,8 milyard rubl (83 milyon dollar) dəyərindədir.
Mehmanxana layihəsinin özü, 2014-cü ilin yazında Dubayda təqdim edilib və həmin vaxt onun elan edilən dəyəri 120 milyon dollar təşkil edib.
Tikintini Əbu-Dabidən olan Trojan Holding şirkəti aparır.
Bu şirkət BƏƏ-dən olan Royal Group şirkətinin törəməsidir.
Şirkətə şeyx Təhnun ibn Zeyd əl Nəhyan rəhbərlik edir.
Mehmanxana BƏƏ-dən olan investorların vəsaiti hesabına tikilib. Bu barədə Kadırov özü İnstagram-dakı payalaşımlarından birində yazıb.
Qroznıdakı Beynəlxalq Universiteti də BƏƏ—dən olan investorlar - EMAAR şirkəti tikir.
Şirkət BBC rusca xidmətinə layihənin "qohum" Eagle Hills şirkəti tərəfindən aparıldığını təsdiqləyib.
BƏƏ-nin varis şahzadəsi Məhəmməd Əl Nəhyan bir qədər əvvəl univeristetin tikintisi üçün vəsaiti BƏƏ-dən olan sərmayəçilərin verəcəyini bəyan etmişdi.
Çeçenistan rəhbərliyi universitetin tikilməsi barədə 2014-cü ildə Birləşmiş Əmirliklərdən bir qrup iş adamının respublikaya səfəri zamanı razılığa gəlib.
Qrupa şeyx, Əbu-Dabi İnvestisiya Fondunun başçısı Təhnun ibn Zeyd əl Nəhyan rəhbərlik edib.
"Universitet binasının 60%-70%-i tikilib. Bu mərhələdə qoyulan vəsait 4,5 milyard rubldur. Biz torpaqla təmin edirik, bütün kommunikasiyanı aparırıq. Çeçenistanda çox tikinti materialları tikintiyə pulsuz gedir- respublika öz ehtiyatlarından istifadə edir" - deyə Federasiya Şurasında Çeçenistandan senator olan Sabsabi BBC Rus Xidmətinə danışıb.
Sabsabi ərəb investorları ilə danışıqlarda iştirak edir.
Ərəb investorları subsidiyalı respublikanın infrastrukturuna niyə sərmayə qoyurlar? BBC-nin bu sorğusuna investor şirkətlər cavab verməyib.
Ötən ilin oktyabrın əvvəlində Kadırov Səudiyyə Ərəbistanı kralının nümayəndə heyəti ilə bir neçə görüş keçirib Edelgeriyev bildirib ki, ərəb investorları ümumilikdə investisiyalar barədə qərar qəbul edərkən layihənin dövlət dəstəyinə diqqət yetirir.
"Onlar sözsüz ki, təhlil aparır, regionun imkanlarına diqqət yetirir, eyni zamanda federal mərkəzin layihəyə münasibətinə də fikir verirlər", o deyib.
Amma ərəb investorların pul ayırdığı iki layihəyə nəzər salanda onlar digər səbəbləri əsas götürmüşdülər.
Edelqeriyevin sözərinə görə, Misir yığması Çeçenistanda yaşayacağına görə, mehmanxananı investorlar dünya çempionatına qədər özləri tikmək qərarına gəliblər.
Universitet məsələsinə gəldikdə isə, Sabsabinin sözlərinə görə, "bu dostluq sərmayəsidir".
"Ramzan Kadırovla Əbu Dabi şahzadəsinin münasibəti o qədər yaxın və o qədər güclüdür ki, vəsaitləri geri qaytarmaq barədə danışılmır (BBC). Bu bir növ Rusiya xalqına və Çeçenistan republikasına hədiyyədir ", - Sabsabi deyib.
Amma Yekaterina Sokiryanskaya hesab edir ki, ərəb investisiyalarının başqa məqsədləri var.
"Əgər Yaxın Şərq Çeçenistana sərmayə qoysa, bunu əsasən Rusiya və Putinlə yaxınlaşmaq üçün edəcək", - deyə o, BBC Rus Xidmətinə xidmətinə bildirib.
Çörək və ya toxuculuq sexi Yaxın Şərq investorları Çeçenistanda kiçik və orta biznesin inkişafına dəstək olmaq üçün özləri dövləti əvəzləməyə hazırdırlar.
Çeçenistanda təsdiqlənmiş daha bir ərəb investoru "Sahibkarlıq və innovasiyaların dəstəyi üzrə "Şeyx Zeyd adına Fond"un filialıdır ki, bu da Xəlifə Fondudur.
Onun filialı ötən ilin mayında açılmışdı.
Bu barədə çeçen KİV-ləri və BƏƏ-nin Al Bayan agentliyi məlumat yaymışdı.
"Fondun məqsədi kredit götürməyə gücü çatmayan gənclər və iş adamları üçün fərdi kommersiya layihələrini dəstəkləməkdir. Çörək və ya toxuculuq sexi üçün. 10 min dolları onlar geri qaytarmadan ala biləcəklər ", - deyə Sabsabi aydınlıq gətirib.
Çeçenistanda biznesi dəstəkləmək məqsədilə Xəlifə Fondu 50 milyon dollar ayırmağa hazırdır.
Sabsabinin sözlərinə görə, fondun həcmi 10 il ərzində 300 milyon dollara yüksələ bilər.
Müqayisə üçün bu, Çeçenistanın illik büdcəsinin təqribən üçdə biridir.
Nizamnamə kapitalı 10 min rubl (Rusiyada hüquqi şəxsin qeydiyyatdan keçməsi üçün minimal məbləğ) olan fondun direktoru Kadırovun bacısı oğlu Adam Çerxiqovdur.
BBC rusca xidmətinin Xəlifə Fonduna sorğusu cavabsız qalıb.
Hazırda Çeçenistanda həyata keçirilən məhşur layihələrindən biri "Əhməd-Tower" qülləsidir.
Bu, Kadırov üçün xüsusi layihədir.
102 mərtəbə yüksəkliyində olan nəhəng kompleksdə ofislərlə, yaşayış mənzilləri və mehmanxanalarla bərabər Əhməd Kadırovun adına muzey də olacaq.
Tikintinin təməlqoyma mərasimi 2013-cü ildə təntəli şəkildə keçirilib.
Lakin tikinti 2016-cı ildə başlayıb.
Göydələn Avropada ən yüksək bina olmalıdır.
Bu tikinti 1 milyard dollara başa gələcək.
Lakin görünən odur ki, hələki bu layihə üçün sərmayə qoyan tapılmayıb.
"Qafqaz.Realiyi" yazır ki, elə bu səbəbdən də layihənin uzun müddətli tikinti halına çevrillməsi təhlükəsi var.
Çeçenistanın İqtisadi İnkişaf Nazirliyi BBC-nin sorğusunu cavablandırarkən respublikada xarici maliyyənin köməyilə həyata keçirilən layihələr arasında "Əhməd-Tower"-in adını çəkməyib.
Qroznının meri Müslim Xuçiyev dəfələrlə bəyan edib ki, "Əhməd-Tower"-in tikintisinə büdcədən bir qəpik də xərclənməyəcək.
Lakin o, layihənin rəsmi investorunun adını çəkməyib.
Ötən ilin dekabr ayında Kadırov İnstagram-dakı səhifəsində , "Əhməd-Tower" layihəsinin Əbu-Dabi İnkişaf Fondunun prezidentii Məhəmməd Əli Mübarəkin başçılıq etdiyi BƏƏ investorlar qrupuna təqdim edildiyini yazıb.
Lakin razılaşma barədə rəsmən elan edilməyib.
"Biz arzulayan hər kəsə ora sərmayə yatırmağa icazə veririk. Lakin heç harada əli uzanıqlı gəzmirik, çünki təklif çoxdur.
Biz indi elə bir şəraitdəyik ki, bizim seçmək imkanımız var ", - layihədə xarici investorların olması barədə sualı cavablandıran Alvi Kərimov bildirib.
Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov RNS-ə açıqlamasında həmçinin Avropadan olan investorların da layihəyə daxil ola biləcəyini bildirib.
Lakin nazirin Şimali Qafqaz məsələləri üzrə birinci müavini Odes Baysultanov portala açıqlamasında Qazaxıstandan olan investorların layihə ilə maraqlandığını söyləyib.
Lakin hələ ki, bu sövdələşmələr barədə elan edilməyib.
Hər iki layihəni həyata keçirən Moskva və Qroznıda yaşayış binalarının inşası ilə məşğul olan Rusiyanın "Smart" şirkətlər qrupudur.
Ziyad Sabsabinin sözlərinə görə, layihəni də elə həmin EMAAR həyata keçirir, amma mühəndislər "iməclik kimi pulsuz işləyiblər".
Ərəb şirkətlərinin bu layihədə iştirak etməsində rəsmən yalnız Eagle Hills-in tikinti məsləhətçisi olması məlumdur və otel kompleksinin idarə olunması müqaviləsi EMAAR Hospitality Group-un bir hissəsi olan "Address Hotels + Resorts" ilə imzalanıb", - Smart qrupdan BBC-yə bildiriblər.
Ötən ilin yayında Çeçenistan az qala potensial sərmayəçidən məhrum olurdu.
Avqust ayında Qroznıda islam konfransı keçirilirdi.
Burada fitva qəbul edilmişdi.
Bu qərara əsasən sələfiliyin (Səudiyyə Ərəbistanı məhz bu ideologiyaya riayət edir) davamçıları "təhlükəli təriqət" adlandırılmışdı.
Bundan sonra Səudiyyə Ərəbistanı kralı İnquşetiya başçısı Yunus bəy Yevkurovu qəbul edib.
Onun arxasınca səfərə gələn Kadırovla görüşə şahzadələrdən birini göndərib.
Nəticədə 2017-ci ilin oktyabrın 5-də, doğum günündə Ramzan Kadırov Putinlə Moskvaya rəsmi səfərə gələn kral Salmanın görüşünə getdi.
Kadırovun doğum günü şərəfinə keçirilən bayram tədbirləri Çeçenistanda günün birinci yarısında özü olmadan keçirildi.
Növbəti gün Kadırov yenidən Moskvaya qayıtdı və kralla çoxdan gözlənilən görüş baş tutdu.
Məhz bu görüşdən sonra Ramzan Kadırovun Yaxın Şərq ölkələrinə səfərləri başladı.
Kadırovun Səudiyyə Ərəbistanı elitası ilə layihələrin maliyyə cəhətdən dəstəklənməsi barədə razılığa gəlib-gəlmədiyi məlum deyil.
Ölkənin suveren fondları 2018-ci ildən başlayaraq Çeçenistan ərazisindəki layihələrə on milyonlarla ABŞ dolları sərmayə qoymağa hazırlaşırlar.
Bu barədə TASS agentliyi Çeçenistan hökumət başçısının müavini Həsən Hakimova istinadən Səudiyyə Ərəbistanı kralı Səlman bin Abdul Əziz Əl Saudun ötən ilin oktyabr ayında Rusiyaya səfəri ərəfəsində yayıb.
Lakin səfərdən sonra nə Çeçenistan hakimiyyəti, nə də Səudiyyə Ərəbistanı konkret layihələr barədə danışmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?