GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Vladimir Putin dövründə Rusiyada həyat necə dəyişib?

Vladimir Putin dövründə Rusiyada həyat necə dəyişib?

Tarix: 14-03-2018, 10:45 Bölmə :Dünya Baxış: 264
Vladimir Putin dövründə Rusiyada həyat necə dəyişib?

Vladimir Putin artıq iki onillikdir ki, Rusiya siyasətinin lideridir.

Hakimiyyətdə həm prezident, həm də baş nazir kimi olduğu illər ərzində ölkədə iqtisadi bum, hərbi genişlənmə və Rusiyanın böyük güc kimi yenidən qurulması kimi mühüm proseslər baş verib.

Bir çox rusiyalı üçün həyat standartları yaxşılaşıb və stabillik anlayışının yeni forması və milli qürur yaranıb. Lakin bir çoxlarının dediyi kimi bütün bunlar Rusiyanın demokratiyası bahasına başa gəlib.

Bu müddət ərzində sadə rusiyalıların həyatı necə dəyişib?

1. Kasıbların sayı azalıb

Rusiyada yoxsullar
Yoxsulluq əvvəlkindən daha az olsa da, Rusiya hələ də dünyanın bir çox ən böyük iqtisadiyyatlarının orta səviyyəsindən yuxarıdadır.

2. Lakin son zamanlar maaş artımı dayanıb

Cənab Putinin prezident kimi ilk seçildiyi dövrdə maaşlar hər il 10%-dən çox artırdı.

2012-ci ildə yenidən prezident kürsüsünə seçildikdən sonra, bir sıra böhran və iqtisadi sanksiyalar fonunda bu artım əlçatmaz oldu.

3. Artıq daha çox insan maşın sahibidir və mikrodalğalı sobaların sayı evlərdən daha çoxdur

Rusiyanın Lada ilə olan sevgi münasibəti hələ də güclüdür. 2017-ci ildə satılan 1 milyon 595 min 737 yeni maşından 311 min 588-i Lada olub.

Rusiyada maşın sahibi olan insanların sayı keçmiş Şərq Bloku ölkələri Polşa və Macarıstanla paralel şəkildə artsa da, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına əsasən, hər 100 evə 76 maşının satıldığı qonşu Finlandiyadan aşağıdır.

4. Rusiyalılar Ikea-ya vurulublar

Rusiyada ilk Ikea mağazası 2000-ci ildə Moskva yaxınlığında yerləşən MEGA ticarət mərkəzində açılıb.

Bu mağaza dərhal Ikea-nın dünya üzrə 10 ən çox gəlir gətirən dükanları sırasına girməyi bacarıb.

2015-ci ilə qədər ölkə Ikea imperiyasını ən sürətlə böyüyən ikinci bazarına çevrilib.

IKEA Russia
Artıq Sankt Peterburqdan Novosibirskə qədər şirkətin Rusiya boyunca 14 mağazası var. Onlardan üçü Moskvadadır.

Bununla belə, hər şey heç də səsləndiyi qədər asan olmayıb.

Cənab Putinin kiçik yaşlı uşaqlara gey dəyərlərinin ötürülməsinə qarşı qadağa barədə qanununu poza biləcəyindən çəkinən Ikea, internet dükanını bağlamalı olub.

Rusiyada fəaliyyəti çərçivəsində şirkət korrupsiya əleyhinə ciddi siyasətini qorumaq uğrunda da mübarizə aparıb.

5. Və şampan...

Rusiyalıların alkoqollu içki qəbulu barədə müzakirələr də mövcuddur.

Rəsmi rəqəmlərdə göstəricilər aşağı düşsə də, Səhiyyə naziri bunun 80% olduğunu iddia edir.

Vodka içənlərin sayının azalması isə "qərbə xas" sayılan pivə və şərab mədəniyyətinin artmasından qaynaqlanır.

Bir vaxtlar pivə Rusiyada yüngül içki kimi qəbul edilirdi. Artıq bəzi oliqarxlar öz şərabxanalarını açıblar.

6. Hər yerdə olduğu kimi internet hər şeyi ələ keçirib

İnternetdən istifadə


Rusiyada internetin öz nəhəngləri mövcuddur - ən yuxarı sosial media platforması VK-dır (VKontakte).

Dünya Bankı analizlərinə görə, Facebook-un 20 milyon istifadəçisi ilə müqayisə bu platformadan istifadə edənlərin sayı 90 milyondur.

Yandex axtarış sistemi isə ikinci sırada gəlir.

Rus dili və alqoritmləri əsasında qurulduğuna görə Yandex üçün Google ilə rəqabət üstünlüyü yaranır.

7. Fəqət sirk izləyənlərin sayı aşağı düşür
Moskva Dövlət Sirki kimi Rusiya üzrə 60-dan çox daimi məkanı ilə sirklər milli təsisat hesab olunur. Lakin onlar qərbli rəqibləri tərəfindən güclü rəqabət ilə qarşılaşıblar.


Və 2010-cu ildən bəri sirk tamaşalarına maraq kəskin şəkildə - 60% aşağı düşüb.

Bu enişi izah etmək üçün heç bir faktor müəyyənləşdirə bilmədik: dəyişən zövqlər, rəqib attraksionlar və internetin inkişafı kimi bir çox nüanslar rol oynaya bilər.

8. Eləcə də ictimai kitabxanalar

Demək olar ki, hər yerdə olduğu kimi internetin yaranması ilə kitabxanaya gedənlərin sayı azalıb.

9. Rusiya əhalisinin sayı yenidən artmağa başlayıb

Prezident Putinin ən böyük məqsədlərindən biri də 1991-ci ildə kommunizmin dağılması nəticəsində yaranan əhali sayının kəskin enişidir.

2012-ci ildə yenidən prezident seçilməmişdən əvvəl cənab Putin doğuşların sayını artırmaq üçün 53 milyard dollar xərcləməyi təklif etmişdi.

Rəqəmlər
Bəlkə də təsadüfən 2012-ci ildə Rusiyada doğuş göstəricisi son 21 ildə ölüm göstəricisini ilk dəfə keçmişdi.

Göstəricinin 2017-ci ildə aşağı düşməsi cənab Putinin rəqibləri üçün hücum əsası oldu. 2016 və 2017-ci illərdə 10.6% eniş göstəricisi real rəqəmlərlə hər min nəfərə 12.9-dan 11.5-ə enən doğuş deməkdir.

Ən yüksək doğuş göstəricisi Qafqaz respublikaları Çeçenistan və Dağıstandadır. Moskvada doğulan uşaqlara verilən ən məşhur adlar isə Aleksandr və Sofiyadır.

10. Və Putin orduya həmişəkindən daha çox pul xərcləyir

Güclü ordu Rusiya milli kimliyinə həmişə hakim olub, lakin Soyuq Müharibə zamanı Birləşmiş Ştatlar ordusu ilə ayaqlaşmaq cəhdi Sovet İttifaqıni bankrot etmişdi.

Sovet İttifaqının çöküşü silahlı qüvvələrin büdcəsini heçə endirmişdi. Təchizat və silahlar azalmış və əhval-ruhiyyə aşağı düşmüşdü.

Vladimir Putin bu enişin qarşısını vaxtında alaraq Rusiyaya müasir hərbi güc bəxş edib.

Bir sıra müasirləşdirmə üsulları ÜDM üzrə xərc faizlərinin az qala ikiqat artmasına səbəb olub.

Və cənab Putinin prezidentlik fəaliyyəti nəticəsində Rusiyanın inkişaf edən hərbi gücünü Çeçenistan, Gürcüstan, şərqi Ukrayna və Suriyada görmüşük.(BBC)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18

  • 
  • ​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?

    ​RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI - Putinin ...

    4-01-2018, 20:39

  • 
  • Putin Romaya 50 zirehli maşınla gəlib

    Putin Romaya 50 zirehli maşınla gəlib ...

    27-11-2013, 05:49

  • 
  • Putin 755 ABŞ diplomatının fəaliyyətinə son qoyan sərəncam verib

    Putin 755 ABŞ diplomatının fəaliyyətinə son qoyan ...

    31-07-2017, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu