Baş nazirdən sensasion bəyanat: "Görüş dayandırılmalıdır..."
Bu gün Bakı vaxtı ilə saat 20.00-da Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında Bolqarıstanın Varna şəhərində növbəti görüş keçiriləcək. Avropa İttifaqına üzvlüklə bağlı gedən müzakirələrdə kritik görüş sayılan bu toplantıda Türkiyə prezidenti Ərdoğan da iştirak edəcək. Aİ - Ankara görüşünə saatlar qalmış isə Avstriyanın baş naziri Sebastyan Kurz sensasion bəyanat verib. O, Avropa ölkələrinin liderlərinə səslənərək, Türkiyənin Aİ-yə üzvlük müzakirəsinin dayandırılmasını tələb edib: "Ankaranın təməl demokratik dəyərləri və insan haqlarını pozmasını nəzərə alsaq, o zaman Türkiyə ilə Aİ arasındakı üzvlük görüşmələrinə son verilməlidir. Faktdır ki, Kopenhaq kriteriyaları da həyata keçirilmir, o üzdən belə görüşlər dayandırılmalıdır". Bəyanatda o da bildirilir ki, Türkiyə hələ də Avropa üçün vacib bir dövlətdir: "O üzdən Ankara ilə əlaqələri Aİ çərçivəsində deyil, yaxşı qonşuluq münasibətləri zəminində davam etdirməliyik". Onu da qeyd edək ki, Aİ-Ankara toplantısının 2 saat çəkəcəyi gözlənilir. Toplantıdan sonra isə mətbuata birgə açıqlamalar veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?